Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1166/2021 12.11.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli 036CASA192670004 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 2942.48 AZN əsas kredit borcu, 19.50 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 2961.98 AZN məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı “Bank Respublika" ASC-nin Qax filialı tərəfindən Cavabdeh1 krediti Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2972.48 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 036FİZAM44051302 saylı 24 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində bankla Cavabdeh3 arasında 036FİZAM49606103 saylı 24 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində bankla Cavabdeh4 arasında 036FİZAM49078602 saylı 24 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh1, eləcə də onun zaminləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etmələrinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmiş, banka olan borcunun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 02.08.2021-ci il tarixə İddiaçı ASC-yə 2942.48 AZN əsas kredit borcu, 19.50 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 2961.98 AZN borcu qalmaqdadır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş İddiaçı ASC-in Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2019-cu il tarixli 036CASA192670004 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 60 ay ərzində qaytarılmaq şərti ilə kreditdən istifadəyə görə illik 1 faiz hesablanmaqla kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 2972,48 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit Banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 faiz olmaqla hesablanır. İşdə olan 24.09.2019-cu il tarixli 036FİZAM49078602 nömrəli, 036FİZAM49606103 nömrəli və 036FİZAM44051302 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 İddiaçı ASC qarşısında 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün sonuncu qarşısında öhdəlik götürmüşdür. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. İşdə olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC tərəfindən ünvanlanmış bildirişdən görünür ki, 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərin icra edilmədiyi halda 3 bank iş günü ərzində kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi məqsədi ilə məhkəmə orqanlarına göndıəriləcəkdir. İşdə olan arayışdan görünür ki, 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə üzrə 02.08.2021-ci il tarixinə 2942,48 manat əsas kredit borcu, 19,50 vaxtı keçmiş və vaxtı keçməmiş faiz borcu, cəmi 2961,98 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçi ilə Cavabdeh1 arasında bağlanmış 036CASA192670004 nömrəli kredit müqaviləsinə əsasən qalıq qalmış 2972,48 manat kredit borcu restrukturizasiya edilərək tərəflər arasında yeni 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 qalıq qalmış kredit məbləğinin ödənilməsi üçün 2972,48 manat krediti 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə verir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2942,48 manat əsas borc məbləği Cavabdeh1 alınaraq, iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin 2.4-cü bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini 1 faiz olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh1 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 19,50 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdə olan 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin 3.1.2-ci bəndindən görünür ki, ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada kredit borcunu banka ödəmədikdə bank bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi və vurulmuş zərərin əvəzininin qaytarılmasını tələb edə bilər. Qanunvericiliyin müvafiq normasını və kredit müqaviləsinin müvafiq bəndini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 036CASA192670004 saylı 24 sentyabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsinin şərtləri əhəmiyyətli dərəcədə pozulduğuna və iddiaçı tələb etdiyinə görə həmin müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 24.09.2019-cu il tarixli 036FİZAM49078602 nömrəli, 036FİZAM49606103 nömrəli və 036FİZAM44051302 nömrəli zaminlik müqavilələrinin şərtlərinə görə cavabdehlər-zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC qarşısında cavabdeh borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 2942,48 manat əsas kredit borcu və 19,50 manat ona hesablanmış faiz borcu, cəmi isə 2961,98 manat kredit borcu cavabdehlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğuna görə iddia ərizəsi təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2019-cu il tarixli 036CASA192670004 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 24.09.2019-cu il tarixli 036CASA192670004 nömrəli güzəştli kredit müqaviləsinə əsasən 2942,48 manat məbləğində əsas borc, 19,50 manat ona hesablanmış faiz borcu, olmaqla cəmi 2961,98 manat məbləğində vəsait və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2019-cu il tarixli 036CASA192670004 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 24.09.2019-cu il tarixli 036CASA192670004 nömrəli güzəştli kredit müqaviləsinə əsasən 2942,48 (iki min doqquz yüz qırx iki manat qırx səkkiz qəpik) manat məbləğində əsas borc, 19,50 (on doqquz manat əlli qəpik) manat ona hesablanmış faiz borcu, olmaqla cəmi 2961,98 (iki min doqquz yüz altmış bir manat doxsan səkkiz qəpik) manat məbləğində vəsait alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-1166/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1166/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver