Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-139/2022 18.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.10.2019cu il tarixli 002432/19 saylı kredit müqaviləsi üzrə əsas borc 5994,88 manat, faiz borcu 2449,79 manat, dəbbə 2933,59 manat, ümumilikdə müqavilə üzrə cəmi 11378,26 manat və iş üzrə ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş qolbağ 1 ədəd 21 əyarlı 39,0 qram, qolbağ 1 ədəd 21 əyarlı 11,7 qram, dəst 2 ədəd 750 əyarlı 50,5 qram, boyunbağı 1 ədəd 750 əyarlı 13,7 qram, sırğa 2 ədəd 22 əyarlı 10,0 qram, sırğa 4 ədəd 750 əyarlı 19,0 qram, üzük 1 ədəd 22 əyarlı 5,2 qram, üzük 7 ədəd 750 əyarlı 40,60 qram, klon 1 ədəd 750 əyarlı 7,90 qram qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızılzinət əşyalarının açıq hərrac vasitəsilə satılması, girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 03.10.2019-ci il tarixində İddiaçı və Cavabdeh arasında 002432/19 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit borcunun təminatı olaraq Cavabdeh ilə iddiaçı "Finex Kredit” BOKT ASC arasında bağlanmış 26.09.2019-cu il tarixli, 002432/19/G saylı girov müqaviləsinə əsasən cavabdehə məxsus 267,40 qram qızıl-zinət əşyası (583 əyara çevrildikdə) girov qoyulmuşdur. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmış, cavabdeh qismən ödənişlər etməklə sonradan ödənişləri dayandırmışdır. Cavabdeh Saban qızının iddiaçıya 26.10.2021-ci il tarixə olan borcu aşağıdakı kimidir: 03.10.2019-cu il tarixli, 002432/19 saylı kredit müqaviləsi üzrə: Əsas borc: 5994.88 (beş min doqquz yüz doxsan dörd manat, 88 qəpik) AZN, Faiz borcu: 2449.79 (iki min dörd yüz qırx doqquz manat, 79 qəpik) AZN, Dəbbə: 2933.59 (iki min doqquz yüz otuz üç manat, 59 qəpik) AZN, Cəmi: 11378.26 (on bir min üç yüz yetmiş səkkiz manat, 26 qəpik) AZN. Cavabdeh kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliywfl icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilədən yaranan öhdəlikdir. İddia tələbinə qarşı qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişı göndərilməklə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları 03.10.2019-ci il tarixli iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 002432/19 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 11385 manat kredit verilmişdir. Həmin kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə öhdəliklər 03 oktyabr 2022-ci ilədək tam yerinə yetirilməlidir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən bu Müqavilə üzrə 1 (bir) gündən 90 (doxsan) günədək gecikdirilmiş kreditə görə, “Kreditalan" hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin (əsas borc məbləğinin) 1(bir) faizi miqdarında cərimə ödəyir. Həmin Müqavilənin 6.1-ci maddəsinə əsasən kredit alanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin elmək məqsədilə "Kredit verən" lə Cavabdeh 15 iyul 2020-ci il tarixli 002432/19/G saylı girov müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış girov müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. 03.10.2019-ci il tarixli iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 002432/19/G nömrəli girov müqaviləsindən görünür ki, 03.10.2019-ci il tarixli 002432/19 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh müqavilənin tərkib hissəsi olan qiymətləndirmə aktında qeyd edilən 9 adda tərəflərin razılığı ilə qiyməti 16265 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarını "xxxx" BOKT ASC-nin xeyrinə yüklü etmişdir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən girov ilə təminolunmuş öhdəliyin icra müddəti Kredit müqaviləsi ilə müəyyən edilir. Həmin Müqavilənin 4.2.2-ci maddəsinə əsasən “borclu” kredit müqaviləsi üzrə öz öhdəlikərini icra etmədikdə və ya Müqavilədə müəyyən edilmiş müddətdə və qaydada icra etmədikdə “girov saxlayan" kredit borcunu, faizləri, zərəri, məhkəmə və ümumi tələbin 5%dən aşağı olmumaq şəni ilə nümayəndə xərclərini Girova qoyulmuş əmlaka yönəltmək hüququna malikdir. Həmin Müqavilənin 5.1.2-ci bəndinə əsasən əsas öhdəliyin və ya onun bir hissəsinin icra olunmaması və kredit müqaviləsi üzrə hər hansı bir ödəniş müddətinin iki dəfədən çox pozulması halında tələb birbaşa Girov predmetinə yönəldilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən borclu kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə və ya Müqavilədə müəyyən edilmiş müddətdə və qaydada icra etmədikdə "girov saxlayan" kredit borcunun, faizlərin, cərimənin və zərərin ödənilməsi tələbini Girova qoyulmuş əmlaka yönəltmək hüququna malikdir. 03 oktyabr 2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, 21 əyyar 1 əşyanın çəkisi 39,0 qram olan 1 ədəd qızıl qol bağın yekun dəyəri 3558 manat, 21 əyyar 1 əşyanın çəkisi 11,7 qram olan 1 ədəd qızıl qolbağın yekun dəyəri 1067 manat, 750 əyyar 1 əşyanın çəkisi 50,5 qram olan 2 əşyadan ibarət dəstin yekun dəyəri 3931 manat, 750 əyyar 1 əşyanın çəkisi 13,7 qram olan 1 ədəd boyunbağın yekun dəyəri 1067 manat, 22 əyyar 1 əşyanın çəkisi 10 qram olan 2 ədəd sırğanın yekun dəyəri 912 manat, 750 əyyar 1 əşyanın çəkisi 19 qram olan 4 ədəd sırğanın yekun dəyəri 1479 manat, 22 əyyar 1 əşyanın çəkisi 5,2 qram olan 1 ədəd üzüyün yekun dəyəri 474 manat, 750 əyyar 1 əşyanın çəkisi 40,60 qram olan 7 ədəd üzüyün yekun dəyəri 3161 manat, 750 əyyar 1 əşyanın çəkisi 7,90 qram olan 1 ədəd kulonun yekun dəyəri 615 manat olduğu müəyyən edilmiş və həmin akt girov qoyan Cavabdeh tərəfindən imzalanmışdır. "xxxx" BOKT ASC tərəfindən cavabdehə ünvanlanmış 18 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, 03.10.2019-ci il tarixli 002432/19 saylı kredit müqaviləsinə əsasən 05.08.2021-ci il tarixə yaranmış kredit borcu 3 (üç) gün müddətində ödənilməsini tələb olunmuş, əks halda kredit borcunun ödənilməsi tələbi ilə bağlı barənizdə məhkəmədə iddia qaldırılacağı ona bildirilmişdir. Ödənişlər üzrə çıxarışdan görünür ki, Cavabdehnun 03.10.2019-ci il tarixli kredit müqaviləsi üzrə 26.10.2021-ci il tarixə əsas borcu 5994,88 manat, faiz borcu 2449,79 manat, dəbbə borcu 2933,59 manat, cəmi 11378,26 manat borcu vardır. Azərbaycan Respublikası “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 fevral 2022-ci il tarixli 20 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, Zaqatala şəhərində yerləşən, "xxxx" BOKT ASC-nin Zaqatala filialında 03.10.2019-cu il tarixli, 002432/19/G saylı kredit müqaviləsi üzrə girovda olan, Cavabdeh məxsus 3 (cəmi 4 ədəd) predmetdən (boyunbağı, qolbaq və dəst) ibarət zərgərlik məmulatlarının əlamətlərinə, yəni qızılın əyarına, çəkisinə, məmulatın üstündə olan qaşların keyfiyyətinə və ölçüsünə müvafiq olaraq, nəzəri hesablama yolu ilə dəyəri, hər biri ayrı ayrılıqda qeyd edilməklə girov predmetinin orta bazar qiymətlərinə uyğun olaraq hazırda ilkin satış qiyməti təxminən 5465.07 manat müəyyən edilir. Qeyd: Respublika bazarlarında fəaliyyət göstərən qızıl-zinət malları satışı mağazalarında mövcud olmuş 2022-ci il tarixə olan qiymətlərdən, tələblə-təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən (zərgərlik dəstinin əyarından, üstündə olan brilyant, zümrüd və ya digər qaşların keyfiyyətindən və ölçüsündən, kolyenin istehsal yerindən, çməmulatın işlənməsinin mürəkkəbliyindən, dəbdən və sair) asılı olaraq, yuxarıda müəyyən medilmiş qiymətdə dəyişiklik olması istisna edilmir. Rəydə qeyd edilmiş cədvələ əsasən Cavabdeh məxsus 3 (cəmi 4 ədəd) predmetləri və onların likvid dəyəri: 750 əyyar 1 əşyanın çəkisi 13,7 qram olan 961,74 manat dəyərində 1 ədəd boyun bağı, 21K əyyar 1 əşyanın çəkisi 11,7 qram olan 958,23 manat dəyərində 1 ədəd qolbağı, 750 əyyar 1 əşyanın çəkisi 50,5 qram olan 3545,1 manat dəyərində 2 əşyadan ibarət dəst, cəmi 5465,07 manat. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsində əlavə edilmiş qeyddən görünür ki, tədqiqat zamanı qərardadda qeyd olunan 9 adda qızıl-zinət əşyalarından 4 ədədi aşkar olundu. "xxxx" BOKT ASC-nin Zaqatala filialının müdiri X2 verdiyi məlumatlara əsasən digər əşyalar kredit ödənildiyindən müştəriyə geri qaytarılmışdır. Bu səbəbdən tədqiqat 4 ədəd qızıl-zinət əşyalarının qiymətləndirilməsi üzrə aparılmışdır. Azərbaycan Respublikası “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə əmtəəşunaslıq ekspertizasının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsində göstərilir ki Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarı Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.11.2005-ci il tarixli Qərarı 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 03.10.2019-ci il tarixli 002432/19 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 36 faiz olmaqla 36 ay müddətinə hissə-hissə qaytarılmaq şərti ilə 11385 (on bir min üç yüz səksən beş) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminat üsulu kimi eyni tərəflər arasında 03.10.2019-ci il tarixli 002432/19 G nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə məxsus qiymətləndirmə aktına əsasən ümumi dəyəri 16265 manat müəyyən edilmiş 9 adda qızıl zinət əşyaları iddiaçının xeyrinə yüklü edilmişdir. Bununla da onların arasında girovla təmin edilmiş öhdəlik münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun kredit müqaviləsi üzrə 26.10.2021-ci il tarixə əsas borc üzrə 5994,88 manat, faiz borcu üzrə 2449,79 manat, dəbbə borcu üzrə 2933,59 manat, cəmi 11378,26 manat borcu yaranmışdır. İddiaçı "xxxx" BOKT ASC 03.10.2019-ci il tarixli 002432/19 nömrəli kredit müqaviləsi üzrə yaranmış kredit borcunun 03.10.2019-ci il tarixli 002432/19 G nömrəli girov müqaviləsi üzrə girov predmeti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 fevral 2022-ci il tarixli 20 nömrəli rəyi ilə girov predmeti olan 3 adda (4 predmet) qızıl zinət əşyalarının ümumi dəyərinin 5465,07 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 03.10.2019-ci il tarixli 002432/19 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyindən, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, 03.10.2019-ci il tarixli 002432/19 nömrəli kredit müqaviləsinə əsasən 5994,88 manat əsas borc Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 2449,79 manat faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə qanunvericiliyin yuxarıda qeyd edilən normaları əsasında münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan “iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 03.10.2019-ci il tarixli 002432/19 nömrəli kredit müqaviləsinin 2.2-ci bəndindən görünür ki, borcalan alınmış kredit üçün illik 36 faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 19 faizdir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Göründüyü kimi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə məhkəmə qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Məhkəmə iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 2933,59 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 2933,59 manat cərimə qismən, 29 manat həddində təmin edilməlidir. Məhkəmə 125 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə münasibət bildirərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 124 manat dövlət rüsumu ödənildiyindən iddia tələbi 124 manat dövlət rüsumunun ödənilməsi hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin 03.10.2019-ci il tarixli 002432/19 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun və ödənilmiş 124 manat dövlət rüsumunun tutulmasının cavabdeh tərəfindən 03.10.2019-ci il tarixli 002432/19/G nömrəli girov müqaviləsinə əsasən iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, girov saxlayan iddaçı "xxxx" BOKT ASC-in tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə dair girov saxlayanla girov qoyan hesab edilən Cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş razılaşma mövcud olmadığından və buna görə də girov saxlayanın, yəni iddiaçı "xxxx" BOKT ASC-in tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli olduğundan iddiaçı iddia tələbinin qeyd edilən hissəsi ilə müraciət etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, 03.10.2019-ci il tarixli 002432/19/G nömrəli girov müqaviləsinə əsasən cavabdeh tərəfindən girov qoyulmuş 9 adda 20 ədəd qızıl zinət əşyalarının bir hissəsi iddiaçı tərəfindən cavabdehə qaytarıldığından iddia tələbi qeyd edilən hissədə qismən, girov saxlayanda qalan girov predmeti olan və qiymətləndirici tərəfindən aparılan tədqiqat zamanı qiymətləndiriciyə təqdim edilmiş 3 adda 4 predmetdən ibarət qızıl zinət əşyalarına yönəldilməsi hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03.10.2019-ci il tarixli 002432/19/G nömrəli girov müqaviləsi eyni tərəflər arasında bağlanmış 03.10.2019ci il tarixli 002432/19 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi çıxış etdiyindən və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçının tələblərinin ödənilməsi məqsədi ilə tələb girov qoyulmuş və girov saxlayan iddiaçıda qalan 3 adda (4 predmet) olan qızıl-zinət əşyalarına yönəldilməli, girov əşyaları açıq hərracda satılmalı, girov əşyalarının ilkin satış qiyməti Azərbaycan Respublikası “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 fevral 2022-ci il tarixli 19 nömrəli rəyinə uyğun müəyyən edilməli, satışdan əldə olunan vısait cavabdehin borcuna yönəldilməli, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, 150 manat aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehdən alınaraq "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 03.10.2019-ci il tarixli 002432/19 nömrəli kredit müqaviləsinə əsasən 5994,88 manat məbləğində əsas borc, 2449,79 manat məbləğində faiz borcu, 29 manat məbləğində cərimə borcu, cəmi 8473,67 manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 124 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalı, tutma 03.10.2019-ci il tarixli 002432/19 /G nömrəli girov müqaviləsinə əsasən iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş və girov saxlayanda qalan Cavabdeh mülkiyyətindəki 750 əyyar 1 əşyanın çəkisi 13,7 qram olan 961,74 manat dəyərində 1 ədəd boyun bağı, 21K əyyar 1 əşyanın çəkisi 11,7 qram olan 958,23 manat dəyərində 1 ədəd qolbağı, 750 əyyar 1 əşyanın çəkisi 50,5 qram olan 3545,1 manat dəyərində 2 əşyadan ibarət dəst olan qızılzinyət əşyalarıına yönəldilməli, girov əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi cavabdehdən tutulmalı, iddia tələbinin qalan hissəsi rədd edilməli, 150 manat aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehdən alınaraq "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 03.10.2019-ci il tarixli 002432/19 nömrəli kredit müqaviləsinə əsasən, 5994,88 (beş min doqquz yüz doxsan dörd manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 2449,79 (iki min dörd yüz qırx doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində faiz borcu, 29 (iyirmi doqquz) manat məbləğində cərimə borcu, cəmi 8473,67 (səkkiz min dörd yüz yetmiş üç manat altmış yeddi qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə tutulsun. Cəmi 8473,67 (səkkiz min dörd yüz yetmiş üç manat altmış yeddi qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə tutma 03.10.2019-ci il tarixli 002432/19 /G nömrəli girov müqaviləsinə əsasən yüklü edilmiş və girov saxlayanda qalan Cavabdeh mülkiyyətindəki 750 əyyar 1 əşyanın çəkisi 13,7 qram olan 961,74 manat dəyərində 1 ədəd boyun bağı, 21K əyyar 1 əşyanın çəkisi 11,7 qram olan 958,23 manat dəyərində 1 ədəd qolbağı, 750 əyyar 1 əşyanın çəkisi 50,5 qram olan 3545,1 manat dəyərində 2 əşyadan ibarət dəst olan qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın və onların satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinə olan borcu ödənilsin. Hərracdan satılmış qızıl-zinət əşyalarının dəyəri iddiaçıya olan borcun ödəməsinə kifayət etmədikdə, borcun qalan hissəsi Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə tutulsun. Girov müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh mülkiyyətindəki 750 əyyar 1 əşyanın çəkisi 13,7 qram olan 1 ədəd boyun bağı, 21K əyyar 1 əşyanın çəkisi 11,7 qram olan 1 ədəd qolbağı, 750 əyyar 1 əşyanın çəkisi 50,5 qram olan 2 əşyadan ibarət dəst olan qızıl-zinət əşyalarının hərracda ilkin satış qiyməti müvafiq olaraq 961,74 manat, 958,23 manat, 3545,1 manat müəyyən edilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. Cavabdeh 150 (bir yüz əlli) manat ekspertiza xərci alınaraq "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinin , Kapital bank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208 hesabına köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-139/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-139/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver