Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-16/2023 06.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 katibliyi, İddiaçı1, onun vəkili Vəkil Hacıməhəmməd oğlunun, İddiaçı2 və Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılmasına və qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində 0,1134 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini 24 may 2014-cü ildə həmkəndliləri İddiaçı2 satmışlar. Həmin torpaq sahəsindən hazırda hər ikisi istifadə edir. Günü bu gün cavabdeh onlara torpağa giriş çıxışa maneə törədir, torpağa giriş çıxışa imkan vermir. Bundan başqa, torpaq sahəsinin yolunun qarşısına və ətrafına müxtəlif odun məmulatları yığaraq onlara qarşı qanunsuz hərəkətlər edir, torpaqdan istifadə etmələrinə, torpağa rahat giriş-çıxışa maneə törədir. Həm qonşu, həm də İddiaçı2 qohumu olduğu üçün dəfələrlə şəxsən İddiaçı2 həm də kənd ağsaqqallarını qanunsuz hərəkətlərinə son qoyması üçün qapısına göndərsələr də onların səyləri nəticəsiz qalmış, cavabdeh qanunsuz hərəkətlərinə davam edərək hüquqlarını pozur. Hərdəfəsində də onlara guya torpağa giriş çıxış qapısının qarşısı, həmçinin ümumi istifadədə olan kənd yolunun kənarı olan torpağın ona məxsus olduğunu bildirir. Halbuki onun dediklərini təsdiq edəcək mülkiyyət sənədi yoxdur, ola da bilməz, çünki iddia etdiyi əraziyə mülkiyyət sənədi verilsə tək onların yox, hətta digər qonşuların da toprağa giriş çıxış yolu bağlanar, başqa ərazidən isə torpaq sahəsinə ümumiyyətlə yol yoxdur. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq etmələrinə baxmayaraq qanunsuz hərəkətlərinə son qoymur. Demək olar ki, hər gün aralarında münaqişə olur. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Onlar eyni zamanda torpaqlarına keçmək üçün yolun mövcud olmadığını bildirdilər. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil Hacıməhəmməd oğlu çıxış edərək bildirdi ki, ekspert rəyi ilə tanış olmuşdur. İddiaçılar da həmin rəylə tanışdırlar. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, ekspert rəyi ilə razı olduğunu bildirərək, iş üzrə qərar qəbul edilməsini xahiş etdi. O, eyni zamanda bildirdi ki, iddiaçıların mövqeyini nəzərə alaraq mülki işin mahiyyəti üzrə baxılıb yekunda qətnamə qəbul edilməsi vacibdir. İddiaçılarla aralarında hər hansı razılaşma əldə edilməsi qeyri mümkündür. İşin halları JN-041F nömrəli Kod 40212018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarına əsasən Zaqatala rayonu Maqov kəndində yerləşən 0,11 ha torpaq sahəsi İddiaçı1, X7 və X5 mülkiyyətinə verilmişdir. Şəhadətnamə 8251 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Zaqatala rayonu 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış və 4Ə-150 nömrə ilə reystrdə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli 24 may 2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Zaqatala rayonu Maqov kəndində yerləşən 0,11 ha torpaq sahəsi İddiaçı1, X7 və X8 tərəfindən İddiaçı2 1100 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Makov kəndində yerləşən reyestr nömrəsi **********52 olan 0,1134 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 229 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Makov kəndində yerləşən reyestr nömrəsi **********97 olan 0,0063 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X9, X6 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsinin 31 may 2023-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Zaqatala rayonu Makov kəndində yerləşən reyestr nömrəsi **********52 olan 0.1134 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Zaqatala rayonu Makov kəndində yerləşən reyestr nömrəsi **********52 olan 0.1134 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh tərəfindən istifadə olunmur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Zaqatala rayonu Makov kəndində yerləşən reyestr nömrəsi **********52 olan 0.1134 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə iddiaçının tələb etdiyi yol ərazisi hüquqmüəyyənedici sənədlər əsasında **********97 reyestr nömrəli çıxarış sənədinə əsasən Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.0063 ha torpaq sahəsinin cizgiləri yerləşir. Torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2023-cü il tarixli 10/4655 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Zaqatala rayonu Makov kəndində yerləşən reyestr nömrəsi **********52 olan 0.1134 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Zaqatala rayonu Makov kəndində yerləşən reyestr nömrəsi **********52 olan 0.1134 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh tərəfindən istifadə olunmur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Zaqatala rayonu Makov kəndində yerləşən reyestr nömrəsi **********52 olan 0.1134 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinə iddiaçının tələb etdiyi yol ərazisi hüquqmüəyyənedici sənədlər əsasında **********97 reyestr nömrəli çıxarış sənədinə əsasən Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.0063 ha torpaq sahəsinin cizgiləri yerləşir. Torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə əsasən yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair 05 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədbiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 63.1-ci maddəsinə görə xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsində müəyyən edilmişdir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, reyestr nömrəsi **********52 olan Zaqatala rayonu Makov kəndində yerləşən 0,1134 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı2 mülkiyyəti kimi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadə edirlər. Reyestr nömrəsi **********97 olan Zaqatala rayonu Makov kəndində yerləşən 0,0063 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X9, X6 və X1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahələri qonşu ərazilərdə yerləşir. İddiaçılar Cavabdeh mülkiyyətlərində olan gediş gəliş yolunu bağlamaqla özlərinə məxsus torpaq sahəsinə giriş çıxışa manəə törətdiyini əsas gətirərək torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılmasına və qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsinin 31 may 2023-cü il tarixli mütəxəssis rəyi əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2023-cü il tarixli 10/4655 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı X2 mülkiyyətində olan Zaqatala rayonu Makov kəndində yerləşən reyestr nömrəsi **********52 olan 0.1134 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamış, İddiaçı2 mülkiyyətində olan Zaqatala rayonu Makov kəndində yerləşən reyestr nömrəsi **********52 olan 0.1134 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh tərəfindən istifadə olunmur və İddiaçı2 mülkiyyətində olan Zaqatala rayonu Makov kəndində yerləşən reyestr nömrəsi **********52 olan 0.1134 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinə iddiaçının tələb etdiyi yol ərazisi hüquqmüəyyənedici sənədlər əsasında **********97 reyestr nömrəli çıxarış sənədinə əsasən Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.0063 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatları və digər sənədlərlə yanaşı, həm də iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəylərini sübut qismində qiymətləndirir. İş materiallarında olan sənədlərdən, eləcə də, mütəxəssis və ekspert rəylərindən də görünür ki, hazırki iş üzrə iddiaçıların istifadəsində olan və İddiaçı2 mülkiyyətində olan Zaqatala rayonu Makov kəndində yerləşən 0,1134 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə gediş gəliş yolu nəzərdə tutulmamış və iddiaçıların yol kimi istifadə etdikləri və yol ərazisi kimi tələb etdikləri ərazi Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.0063 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Ona görə də, məhkəmə cavabdehin mülkiyyət hüquqlarını müdafiə etməklə, iddiaçıların Cavabdeh qarşı torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrinin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsini əsaslı hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, yolun açılması (torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılması) mülkiyyətçi olan cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Konstitusiyası və digər normativ hüquqi aktlarla müdafiə olunan hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmasına və ya pozulmasına gətirib çıxarır. Ümumiyyətlə iş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçılara torpaq sahələrinə giriş-çıxışa hər hansı maneə yaratmır, ona görə ki, iddiaçıların cavabdehin maneə yaratdığını iddia etdikləri torpaq sahəsinə heç bir hüquqları yoxdur. Əksinə, cavabdeh həmin torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə ki, iddiaçıların cavabdeh tərəfindən onlara qarşı torpaq sahəsinə giriş çıxışa yaradılan maneə olaraq mübahisələndirdikləri torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X9, X6 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçılardan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı1 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı1 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-16/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-16/2023
06.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver