Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-17/2023 09.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi , İddiaçı Cavabdehlər Cavabdeh1 Sadulla qızı və Cavabdeh2 X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Sadulla qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 Sadulla qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Sadulla qızı, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və onlar tərəfindən olunan qanunsuz maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0.6324 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin Çıxarışı xx.xx.2021-ci il tarixdə alınmışdır. Həmin torpaq sahəsi iddiaçıya tam olaraq xüsusi mülkiyyət üzrə məxsusdur. Hal-hazırda həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1 Sadulla qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt olunmuşdur. Cavabdehlər 4 ildir ki, həmin torpaq sahəsini zəbt edərək istifadə edirlər. Cavabdehlər Cavabdeh1 Sadulla qızı, Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsini özbaşına zəbt etmişlər və iddiaçıya məxsus olan torpaq sahəsindən çıxmaq istəmirlər. Hətta iddiaçını belə ora girməyə qoymurlar. Cavabdehlərin iddiaçının mülkiyyətinə qanunsuz müdaxiləsi iddiaçının həmin torpaq mülkiyyətindən sərbəst şəkildə istifadə hüququnu əlindən alır. Həmçinin həmin torpaq sahəsi fındıq bağıdır. Cavabdehlərin maneəçiliyi nəticəsində iddiaçı torpaq sahəsindən gəliri də götürə bilmir. İddiaçı dəfələrlə cavabdehlərin həmin torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdehlər həmin torpaq sahəsindən çıxmamışlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Nümayəndə 30 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Sadulla qızı iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı onun anasıdır. İddiaçının iddia etdiyi torpaq sahəsi onun özünə düşən torpaq payı olmuşdur və o, həmin torpaq sahəsini alqısatqı yolu ilə digər Cavabdeh2 satmışdır. O, heç bir torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, mübahisəli torpaq sahəsini xx.xx.2014-ci tarixdə bağladığı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh1 almışdır. Alqı-satqı müqaviləsinin əsasında xx.xx.2014-cü il tarixdə torpaq sahəsinə Çıxarış almışdır. Ona məxsus torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatı yoxdur. О, iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,6324 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2014-cü tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh1 Sadulla qızı və Cavabdeh3 almışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Zaqatala rayon məhkəməsinin 15 mart 2012-ci il tarixli 2(033)-04/2012 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər X4 və İddiaçı zəbt etdikləri iddiaçı Cavabdeh1 mülkiyyətində olan və Zaqatala rayonun Əliabad qəsəbəsində yerləşən 1200 kvm həyətyanı torpaq sahəsinin 0,04 hektarından və 3500 kvm kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsindən çıxarılması və qanunsuz çəkilmiş çəpər cavabdehlər tərəfindən və ya onların hesabına sökülməsi qət edilmişdir. Mülki işin materiallarında olan Zaqatala rayonu Əliabad Bələdiyyəsi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli 301 saylı arayışından görünür ki, Cavabdeh1 Sadulla qızına 1996-cı ildə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahında ona və ailəsinə (2 nəfər) 0,12 ha həyətyanı, 0,39 ha bağ və 0,41 ha pay torpaq İİ keyfiyyət qrupu torpaq shaəsi vardır. Qəsəbədə islahat başa çatmadığına görə vətəndaşa dövlət aktı təhkim edilməmişdir. Cavabdeh1 Sadulla qızına 0,40 ha, Cavabdeh3 0.40 ha torpaq sahəsi verilmişdir. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,0466 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 282 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6700 saylı 14 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışa əsasən Cavabdeh2 tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 -ci il olan Çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0.6324 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hər hansı hissədə üst-üstə düşmür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mıülkiyyətində olan 0.6324 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilmir. Mülki işin materiallarında olan edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Mülki işin materiallarında olan AR-İİN085874 saylı 11 avqust 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Nümayəndə istənilən məsələ üzrə iddia qaldırmağı, iddia ərizələri yazmağı, iddia ərizəsini imzalamağı və s. etibar edilmişdir. Etibarnamə 2 il müddətinə verilmişdir və 11 avqust 2022-ci il tarixədək qüvvədədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,6324 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Barəsində mübahisə gedən torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçı ona məxsus həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini bildirərək onların həmin torpaq sahəsindən çıxarılmaları və sonuncular tərəfindən olunan qanunsuz maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 20 sentyabr 2022-ci il tarixli 2(033)-96/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2022-ci il tarixli 10/6700 saylı ekspert rəyi alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2022-ci il tarixli 10/6700 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, belə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışa əsasən Cavabdeh2 tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 -ci il olan Çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0.6324 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hər hansı hissədə üst-üstə düşmədiyindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0.6324 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Sadulla qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən olunan qanunsuz maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri olan 10 manat dövlət rüsumu iddiaçıya aid edilməli, 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 Sadulla qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən onun tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0.6324 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən olunan qanunsuz maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumu olaraq ödənilmiş 10 (on) manat iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-17/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-17/2023
09.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver