Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-263/2021 12.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 müştərək qaydad İddiaçı ASC-nin xeyrinə 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 3677,68 ABŞ dolları əsas borc, 2946,94 ABŞ dolları faiz borcu və 258,24 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 6882,86 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 21 faizlə 24 ay müddətinə 10000 ABŞ Dolları kredit götürmüşdür. 11.03.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 18.12.2020-ci il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 və X5 ilə 18 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 20 noyabr 2020-ci il tarixədək Cavabdeh1 banka 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 3677.68 ABŞ Dolları əsas borc, 2946.94 ABŞ Dolları faiz borcu və 258.24 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 6882.86 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə baxışı iclasının vaxtı yeri barədə tərəflər məlumatlandırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi İsa Hacıyevin məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, mülki işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasına gələməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə vəziyyətdə məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə borcalan Cavabdeh1 və zaminlər X5 və Cavabdeh2 arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 23-M-1-0-1017-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək və təminatlılıq əsasında kredit verilməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Bu müqaviləyə əsasən kreditor borcalana bu müqavilənin 1.2-ci bəndlərində nəzərdə tutulmuş şərtlərlə 24 ay müddətinə illik 22 faiz olmaqla istehlak məqsədilə 10000 ABŞ dolları məbləğində kredit verir. Həmin müqavilənin 2.3.1-ci bəndindən görünür ki, kredit mənbəyi, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), Borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla Zamin Borcalan ilə eyni həcmdə Bank qarşısında birgə cavabdehdir. İş materiallarında olan 18.12.2014-cü il tarixli məxaric qəbzindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 23-M-1-0-1017-14 saylı kredit müqaviləsinə əsasən 10000 ABŞ dolları kredit Cavabdeh1 verilmişdir. İş materiallarına əlavə edilmiş Nikoyl» İKB ASC ilə borcalan Cavabdeh1 və zamin X5 arasında bağlanmış 10.07.2015-ci il tarixli 23-M-1-0-1017-14 nömrəli 18.12.2014 tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavədən görünür ki, kredit müqaviləsinin müddəti uzadılaraq 33 ay, kreditin bağlanma tarixi 18.12.2016-cı il əvəzinə 18.09.2017-ci il və kreditin illik faiz dərəcəsi 21 faiz dərəcəsi kimi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Nikoyl» İKB ASC ilə borcalan Cavabdeh1 və zamin X5 arasında bağlanmış 15.12.2015-ci il tarixli 23-M-1-0-1017-14 nömrəli 18.12.2014 tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavədən görünür ki, kredit müqaviləsinin müddəti uzadılaraq 72 ay, kreditin bağlanma tarixi 18.09.2017-ci il əvəzinə 18.12.2020-ci il və kreditin illik faiz dərəcəsi 21 faiz dərəcəsi kimi müəyyən edilmişdir İş materiallarına əlavə edilmiş Nikoyl» İKB ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 15.12.2015-ci il tarixli 23-M-1-0-1017-14 nömrəli 18.12.2014 tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavədən görünür ki, kredit müqaviləsinin müddəti uzadılaraq 72 ay, kreditin bağlanma tarixi 18.08.2017-ci il əvəzinə 18.12.2020-ci il və kreditin illik faiz dərəcəsi 21 faiz dərəcəsi kimi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Nikoyl» İKB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 11.03.2016-ci il tarixli 23-M-1-0-1017-14 nömrəli 18.12.2014 tarixli bank hesabı, kredit müqaviləsinə əlavədən görünür ki, kredit müqaviləsinin müddəti uzadılaraq 72 ay, kreditin bağlanma tarixi 18.12.2020-ci il və kreditin illik faiz dərəcəsi 21 faiz dərəcəsi kimi müəyyən edilmişdir. İş materiallarında olan 29.11.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh1, X5 və Cavabdeh2 18 dekabr 2014-cü il tarixli 23-M-1-0-1017-14 saylı müqavilə üzrə öhdəliklərini 5 gün müddətində icra etmədikləri halda, qanuni tədbirlər görüləcəyinə dair xəbərdar edilmişlər. İş materiallarında olan 20 noyabr 2020-ci il tarixli maliyyə arayışdan görünür ki, borclu Cavabdeh1 18 dekabr 2014-cü il tarixli 23-M-1-0-1017-14 saylı kredit müqaviləsi üzrə əsas borcu 3677,68 ABŞ dolları, faiz borcu 2946,94 ABŞ dolları, cərimə borcu 258,24 ABŞ dolları, cəmi borcu 6882,86 ABŞ dollarıdır. İş materialları ilə müəyyən olundu ki, "xxxx" İKB ASC ilə Cavabdeh1, Cavabdeh2 və X5 arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 23-M-1-0-1017-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən "xxxx" İKB ASC Cavabdeh1 24 ay müddətinə istehlak məqsədilə illik 22 faizlə 10000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh1 isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kredit ödəniş cədvəlinə (1 saylı əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri və gecikdirilən hər gün üçün cəriməni ödəməyi zaminlər Cavabdeh2 və X5 iddiaçı qarşısında Cavabdeh1 ilə birgə kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməyi öhdələrinə götürmüşlər. 10.07.2015-ci il tarixli 23-M-1-0-1017-14 nömrəli 18.12.2014 tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavəyə əsasən, kreditin verilmə tarixi,18.09.2017-ci il, verilmə müddəti 33 ay və illik faiz dərəcəsi 21 faiz, 15.12.2015-ci və 11.03.2016-ci il tarixli 23-M-1-0-1017-14 nömrəli 18.12.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavələrə əsasən kreditin verilmə tarixi 18.12.2020-ci il kimi, verilmə müddəti isə 72 ay olmaqla, illik faiz dərəcəsi 21 faiz kimi müəyyən edilmişdir. İşdə olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 18 dekabr 2014-cü il tarixli 23-M-1-0- 1017-14 saylı kredit müqaviləsinə və həmin müqaviləyə 10.07.2015-ci il tarixli, 15.12.2015-ci il tarixli və 11.03.2016-ci il tarixli əlavələrə əsasən 3677,68 ABŞ dolları əsas borc məbləği Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 23-M-1-0-1017-14 saylı kredit müqaviləsinin 2.4-cü bəndindən görünür ki, kreditin istifadəsinə görə borcalan kreditora illik 22 faiz dərəcəsi ilə hesablanan məbləği ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 28,19 faiz təşkil edir. İşdə olan 18 dekabr 2014-cü il tarixli 23-M-1-0-1017-14 saylı kredit müqaviləsinə 10.07.2015-ci il tarixli, 15.12.2015-ci il tarixli və 11.03.2016-ci il tarixli əlavələrdən görünür ki, kreditin istifadəsinə görə borcalan kreditora illik 21 faiz dərəcəsi ilə hesablanan məbləği ödəyir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh1 18 dekabr 2014-cü il tarixli 23-M-1-0-1017-14 saylı kredit müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən 2946,94 ABŞ dolları faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. İşdə olan 18 dekabr 2014-cü il tarixli 23-M-1-0-1017-14 saylı kredit müqaviləsinin 1.2.14-cü bəndindən görünür ki, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 258,24 ABŞ dolları cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 258,24 ABŞ dolları cərimə qismən, 25 ABŞ dolları həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 18 dekabr 2014-cü il tarixli 23-M-1-0-1017-14 saylı kredit müqaviləsinə və həmin müqaviləyə 10.07.2015-ci il tarixli, 15.12.2015-ci il tarixli və 11.03.2016-ci il tarixli əlavələrin şərtlərinə görə cavabdeh zamin Cavabdeh2 və X5 iddiaçı qarşısında cavabdeh borcalan Cavabdeh1 oğlu ilə birgə məsuliyyət daşıyır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki,, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada 3677,68 ABŞ dolları məbləğində əsas məbləğ üzrə borc, 2946,94 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 25 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 6649,62 ABŞ dolları borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla onlardan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia qismən təmin edildiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada 3677,68 (üç min altı yüz yetmiş yeddi ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas məbləğ üzrə borc, 2946,94 (iki min doqquz yüz qırx altı ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 25 (iyirmi beş) ABŞ dolları məbləğində cərimə borcu, cəmi 6649,62 (altı min altı yüz qırx doqquz ABŞ dolları altmış iki sent) ABŞ dolları borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-263/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-263/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver