Məhkəmə qərarları › İş №2(033)-286/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-286/2021

12.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-286/2021 12.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X8 katibliyi, İddiaçı, onun vəkili Zaqatala rayon Vəkil Bürosunun vəkili X13 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3ində yerləşən 0.1768 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün Cavabdeh tərəfindən ölçmə işlərinin apanlmasına olan maneələrin aradan qaldırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İşə əlavə edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi Ehtiram Səmədovun məhkəməyə ünvanlandığı məktubdan görünür ki, o, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə vəziyyətdə məhkəmə üçüncü şəxsin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini üzrlü hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiklərini müdafiə edərək izahatında göstərdi ki, ünvan 3ində yerləşən 0,1768 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. DƏDRX-nin 18 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçirilmiş lakin, Cavabdeh tərəfindən DƏDRX-nin əməkdaşlarına ölçmə işlərinin aparılmasına maneələr həyata keçirilmiş və onlara şərait yaradılmamışdır. Cavabdehə ölçmə işlərinə olan maneələrin aradan qaldırılmasına dair müraciət etsə də nəticə verməmişdir. Ölçmə işlərinə maneələr olduğu üçün DƏDRX- nin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən 21 sentyabr 2020-ci il tarixli bildiriş məktubu ilə imtina olunmuşdur. İddia tələbinin təmin edilərək ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili X19 İddiaçı verdiyi izahata uyğun çıxış edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, mərhum X1nın mülkiyyətinə Zaqatala rayonu Zilban kəndində 1768,78 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Həpsət Serovaya məxsus olmuşdur. X1 27 fevral 2019-cu il tarixdə vəfat etmişdir. Anası vəfat etməmişdən öncə həmin torpaq sahəsini və üzərində olan fərdi yaşayış evini ona vəsiyyət etmişdir. İddiaçının həmin torpaq sahəsində və fərdi yaşayış evində payı yoxdur və o həmin torpaq sahəsinin mülkiyyətçisi deyil. Ona görə də, həmin torpaq sahəsində ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan A 060195 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X3 mülkiyyətinə Zaqatala rayonu Zilban kəndində 1768,78 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 25 dekabr 2019-cu il tarixdə verilmiş 721 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Qurbanova (Serova) Havva Şəmsəddin qızının adına DTXK-nın təqdim etdiyi elektron məlumatlar bazası və arxiv fondunun məlumatına görə A 060195 və A 487536 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən Zaqatala rayonu Zilban kəndi və Zaqatala rayonu Car kəndində 1768,78 kv.m. həyətyanı və 8428,3 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayonu Car Bələdiyyəsi tərəfindən 31 may 2020-ci il tarixdə verilmiş 42 nömrəli arayışdan görünür ki, mərhum X3 təsərrüfatında keçmiş “Özbəkistan” kolxozunda 1996-cı ildə aparılan islahat zamanı aşağıdakı tərkibdə ailə üzvləri vardır: X10, X11, Cavabdeh və X14. İşdə olan Zaqatala rayon Car kənd ərazi nümayəndəliyi tərəfindən 18 dekabr 2019cu il tarixdə verilmiş AZ-İİ seriyalı 056606 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27 fevral 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.03.2019-cu il tarixdə müvafiq qeyd edilmişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 yanvar 2020-ci il tarixdə verilmiş 31 nömrəli arayışdan görünür ki, mərhum X7 məxsus Zaqatala rayonu Zilban kəndində olan fərdi yaşayış evində X11, Cavabdeh və İddiaçı qeydiyyatdadırlar. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 iyul 2018-ci il tarixdə verilmiş AZ-T seriyalı 010271 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X14 09 aprel 2013-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqında akt qeydləri kitabında 09 aprel 2013-cü il tarixdə 77 nömrəli qeyd edilmişdir. Nikahdan sonra ərə “Qurbanov” arvada “Qurbanova” soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 09 mart 2021-ci il tarixli məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında X3, X5, X9 və Cavabdeh (subyekt sayı-4 nəfər) ümumbirgə mülkiyyətində ünvan 3i ünvanında A 060195 nömrəli və ünvan 2əsinin planı və ölçüsü” sənədlərində qeyd olunan 1768,78 kv.m həyətyanı və 8428,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin olması qeyd edilmişdir. Sözügedən torpaq sahələri üzrə daşınmaz əmlakın dövlət reyestrində əməliyyat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 21 sentyabr 2020-ci il tarixdə verilmiş **********14 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ərizənizin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşı qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olduğu səbəbindən ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə qeydiyyat orqanına verilən ərizəyə daşınmaz əmlakın texniki pasportu da əlavə olunmalıdır. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Zaqatala rayonu Zilban kəndində yerləşən 1768,78 kv.m həyətyanı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X3 mülkiyyətinə verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin arxiv fondundan miqrasiya edilmiş məlumatlarda ünvan 3i ünvanında A 060195 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 1768,78 kv.m həyətyanı torpaq sahəsinin X3, X5, X9 və Cavabdeh ümumi birgə mülkiyyətində olması qeyd edilmişdir. X14 09 aprel 2013-cü il tarixdə X15 ilə nikah bağlamış və nikah bağlandıqdan sonra ona “Qurbanova” soyadı verilmişdir. X10 27 fevral 2019-cu il tarixdə vəfat etmiş və mülki iş üzrə cavabdeh Serova X2 rayonu Zilban kəndində yerləşən 1768,78 kv.m həyətyanı torpaq sahəsinin mərhum X6 tam mülkiyyət hüququ əsasında məxsus olduğunu və mülkiyyətçi tərəfindən ona vəsiyyət edildiyini bildirərək həmin torpaq sahəsinin birgə mülkiyyətçisi olan İddiaçı müraciəti əsasında ölçmə işlərinin aparılmasına cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına maneələr törətmişdir. İddiaçı cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir, cavabdeh isə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarından görünür ki, Zaqatala rayonu Zilban kəndində yerləşən 1768,78 kv.m həyətyanı torpaq sahəsi 4 subyektin X3, X5, X9 və Cavabdeh mülkiyyətinə verilmiş, lakin həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmləşdirilməmişdir. Qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmləşdirilməsi üçün həmin əmlakın mülkiyyətçilərindən olan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Göründüyü kimi, Cavabdeh tərəfindən X3, X5, X9 və Cavabdeh mülkiyyətinə verilmiş Zaqatala rayonu Zilban kəndində yerləşən 0,1768 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmışdır. Şərh edilən normaların məzmununa əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İddiaçı əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 060195 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X3 mülkiyyətinə verilmiş Zaqatala rayonu Zilban kəndində 1768,78 kv.m. həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddiaçı Cavabdeh iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar