Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-322/2021 27.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, iddiaçı TuranBank ASC-nin nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, iddiaçı TuranBank ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı TuranBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 TuranBank ASC-yə 26 sentyabr 2014-cü il tarixli İK 042/OHİ/14 nömrəli kredit müqaviləsinə əsasən əsas borcundan 4211,55 manat, faiz borcundan 1041,98 manat, cərimə borcundan 2169,60 manat olmaqla, cəmi 7423,13 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun TuranBank ASC-nin xeyrinə tutulması, həmin borcun bankla Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli İK 042/OHİ/14 nömrəli ipoteka müqaviləsinə əsasən özünə məxsus olan (DƏDRX-nin Zaqatala rayon ərazi idarəsi tərəfindən 12.05.2008-ci il tarixdə qeydiyyata alınmış seriya MH 0000416, reyestr nömrəsi **********65-05101-093003, qeydiyyat nömrəsi ********* olan çıxarışa əsasən) Zaqatala şəhəri Kiçikxanlı küçəsində istifadədə olan 0,0496 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində 43.1 kv.m. ümumi, 15.6 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 3 nömrəli mənzilə yönəldərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASCyə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı TuranBank ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək kredit müqaviləsi üzrə borc bağlandığından iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 da məhkəməyə ərizə təqdim edərək iddiaçı TuranBank ASC-nin iddia ərizəsinin geri qaytarılmasına və ərizənin baxılmamış saxlanılmasına etirazı olmadığını bildirdi. Məhkəmə ərizələri nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı TuranBank ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin qaytarılmasını tələb etdiyini, Cavabdeh1 isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı TuranBank ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-322/2021
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-322/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver