Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-35/2021 08.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı gediş-gəliş yolunun müəyyən edilərək açılıb istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.1098 ha torpaq sahəsinə gedən gediş-gəliş yolunun müəyyən edilərək açılıb istifadəyə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi isə məhkəməyə məktub göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində Zaqatala rayonu Yuxarı Tala kəndində 0.1098 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini onlar hazırda təyinatı üzrə istifadə edə bilmir. Həmin torpaq sahəsinə gediş-gəliş yolu müəyyən olunmamışdır. Əgər yol olmuşdursa da, cavabdehlər tərəfindən zəbt olunmuşdur. Cavabdehlər onun qonşularıdır. Hesab edir ki, cavabdehlərə məxsus olan torpaq sahəsindən müvafiq yol verilməsi mümkündür. Hazırda həmin torpaq sahəsinə getmək üçün yolu yoxdur. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Ekspert rəyi ilə tanış olduğunu qeyd etdi. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsində göstərilənlərə etirazını bildirərək izahatlarında göstərmişlər ki, torpağa dair sənədlərdə yol nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinə piyada yolu mövcuddur və iddiaçılar uzun illərdir ki, həmin yoldan istifadə edərək torpaq sahəsinə gedib-gəlirlər. Lakin hazırda onlar avtomobil gediş gəlişi üçün yol istəyirlər həmin yolun onlara məxsus torpaq sahəsindən keçməsini istəyirlər, onlar isə buna icazə vermir. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, işdə olan A seriyalı 448305 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala RPŞ Əmlakın hüquqi sənədinin itməsi barədə yerli polis şöbəsindən arayış, 201-18803A-3219, 16.10.2019-cu il tarixli DTXK Zaqatala rayon X7 planı və ölçüsü 110 nömrəli 25.09.2003-cü il tarixli sənədi ilə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,1098 ha torpaq sahəsi İddiaçı1 üçün ayrılmışdır. Həmin şəhadətnaməyə mülkiyyətə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 168 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində aparılmış qeydiyyata əsasən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,1098 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, X6, İddiaçı2 və İddiaçı3 məxsusdur. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə, tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Layihə-X8 Məsuliyyətli Cəmiyyəti Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, iddiaçılar X1 X5, İddiaçı2 və İddiaçı3 Əhməd oğlunun ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən o,1098 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Elektron Baza məlumatlarında öz əksini tapan Zaqatala rayonu Yuxan Tala kəndinin kompleks yerquruluşu layihələrində gediş-gəliş üçün ümumi istifadədə olan kənddaxili yol nəzərdə tutulmamışdır. Torpaq sahəsinin naturada istifadə vəziyyəti və kompleks yerquruluşu layihəsində yerləşmə vəziyyəti sxem 1 və 2-də göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, mütəxəssisin rəyində göstərilənləri nəzərə alaraq, iddiaçılar İddiaçı1, X5, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Zaqataia rayonu, Yuxarı Tala kəndində yerləşən 0,1098 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin elektron baza məlumatlarında öz əksini tapan, Zaqatala rayonu, Yuxarı Tala kəndinin kompleks yerquruluşu layihələrində gediş-gəliş üçün ümumi istifadədə olan kənd daxili yol nəzərdə tutulmadığı müəyyən olunmuşdur. Torpaq sahəsinin naturada istifadə vəziyyəti və kompleks yerquruluşu layihəsində yerləşmə vəziyyəti sxem 1 və 2-də göstərilmişdir. İş materiallarına əlavə edilmiş ********** saylı xidməti tapşırığa əsasən mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci, smetası N: 02/03/159 ümumi smeta dəyəri 79,80 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 63.1-ci maddəsinə görə xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Azərbaycan Respublikası MPM-in 76.1-ci və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yaçıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsində müəyyən edilmişdir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunverciliyin göstərilən normalarına əsaslanaraq, məhkəmə işdə iştirak edən tərəflərin izahatları və digər sənədlərlə yanaşı, həm də iş üzrə mütəxəssis rəyini və ekspertin rəyini sübut qismində qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 255.1-cı maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Mülki Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Mülki Məcəllənin 255.5-ci maddəsinə əsasən mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından mülkiyyət müstəqil məna daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı 22 iyun 2004cü il tarixli qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir, birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, razılığa gələn Dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı da müəyyən edildi ki, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,1098 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, X9, İddiaçı2 və İddiaçı3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində168 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin qeydiyyat əsasında Torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Həmin torpaq sahəsinə gediş-gəliş yolu müəyyən olunmadığından iddiaçılar həmin torpaq sahəsindən hazırda təyinatı üzrə istifadə edə bilmirlər. İddiaçılar cavabdehlərə məxsus olan torpaq sahəsindən müvafiq yol verilməsi mümkün olduğunu hesab edərək hazırki iddia ərizəsi ilə müraciət etmişdir və iddia ərizəsinin təmin edilməini xahiş edirlər. Cavabdehlər iddia ərizəsində göstərilənlərə etiraz edərək iddiaçılara məxsus torpaq sahəsinə piyada yolu mövcud olduğunu və həmin yolun iddiaçılar tərəfindən istifadə edildiyini, lakin iddiaçılar avtomobil gediş gəlişi üçün yol istəyərək həmin yolun ona məxsus torpaq sahəsindən keçməsini istəyirlər, belə bir yolun nəzərdə tutulmadığını bildirərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Layihə-X8 Məsuliyyətli Cəmiyyəti Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçılar İddiaçı1, X5, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Zaqataia rayonu, Yuxarı Tala kəndində yerləşən 0,1098 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin elektron baza məlumatlarında öz əksini tapan, Zaqatala rayonu, Yuxarı Tala kəndinin kompleks yerquruluşu layihələrində gediş-gəliş üçün ümumi istifadədə olan kənd daxili yol nəzərdə tutulmamışdır. İş materiallarında olan sənədlərdən eləcə də, mütəxəssis və ekspert rəylərindən də görünür ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 0,1098 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamış və yolun açılması yalnız cavabdehlərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinin hesabına mümkündür. Bu isə mülkiyyətçi olan cavabdehlərin xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Konstitusiyası və digər normativ hüquqi aktlarla müdafiə olunan hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmasına və ya pozulmasına gətirib çıxarır. Ona görə də məhkəmə cavabdehlərin mülkiyyət hüquqlarını müdafiə etməklə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı gediş-gəliş yolunun müəyyən edilərək açılıb istifadəyə verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onlara məxsus olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.1098 ha torpaq sahəsinə gedən gediş-gəliş yolunun müəyyən edilərək açılıb istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinə görə 79,80 manat mütəxəssis xərci iddiaçılardan alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onlara məxsus olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.1098 ha torpaq sahəsinə gedən gediş-gəliş yolunun müəyyən edilərək açılıb istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı3 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada 79,80 (yetmiş doqquz manat səksən qəpik) manat mütəxəssis xərci alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilsin, 100 (bir yüz) manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3 kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-35/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-35/2021
08.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver