Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-36/2021 20.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bank kreditinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra-"xxxx" QSC) kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 10593,69 ABŞ Dolları məbləğində kredit borcu, 5768,33 ABŞ Dolları məbləğində faiz borcu və 11426,97 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 27788,99 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldirmaq üçün ödənilmiş 30 manat məbləğinda dövlət rüsumunun tutulması barədə qatnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 11.02.2013-cü il tarixli 19L000000355 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 22.05.2015-ci il tarixli 019R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.08.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9406,31 ABŞ Dolları ödəmiş, onun 10593,69 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 26.04.2019-cu il tarixə 984 gün üçün hesablanmış faiz borcu 5768,33 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 26.04.2019-cu il tarixə 984 gün üçün hesablanmış cərimə 11426,97 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, hesablanmış əsas və faiz borcu ilə razılaşmır. Hesablanmış borc əsassız olaraq artırılmışdır, onun banka təxminən 2000 manata yaxın borcu qalmışdır. Hazırki borcu kredit müqaviləsinə, o cümlədən, qanunvericiliyə uyğun olmayan şəkildə hesablanmışdır. Belə ki, iddia ərizəsində göstərilir ki, o, 20000 ABŞ dolları kredit götürmüşdür. Belə ki, onun 13 noyabr 2014-cü il tarixə banka 8670 manat borcu qalmışdır. Bank tərəfindən ona kredit xətti üzrə kredit məbləği verilməsi təklif olunmuşdur. O da, öz növbəsində banka müraciət etmiş, yenidən müqavilə imzalanmışdır. Bu zaman ona məxaric orderinə əsasən 11086,96 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Onun rəsmi razılığı olmadan qalıq qalmış borcu ona veriləcək 20000 ABŞ dollarından çıxılmışdır. Bank tərəfindən aldadılaraq yenidən ona yüksək məbləğə görə faiz hesablanmışdır. O, qalıq qalan 8670 manata görə kredit məbləğini ayrıca ödəyir, 11086,96 ABŞ dollarına görə isə borc ondan ayrıca tutulmalı idi. Odur ki, qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında Cavabdeh1 dedikləri ilə razı olduğunu, borclarının müəyyən edilməsi üçün ekspertiza keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 11.02.2013-cü il tarixli 19L000000355 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İşə əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 11.02.2013-cü il tarixli 19L000000355 saylı kredit xətti müqaviləsi üzrə 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları kredit verilmişdir. İşdə olan kreditin verilməsi köçürmə haqqında 13.11.2014-cü il tarixli qəbzdən görünür ki, 20000 ABŞ dolları vəsait Cavabdeh1 hesabına köçürülmüşdür. İşdə olan iddiaçı "xxxx" QSC-in 16.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 26.04.2019-cu il tarixə olan əsas kredit borcu 10593,69 ABŞ dolları, faiz borcu 5768,33 ABŞ dolları, gecikdirilən 984 gün üçün hesablanmış cərimə 11426,97 ABŞ dolları, cəmi isə 27788,99 ABŞ dolları kredit borcu vardır. İşdə olan 22 may 2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 11 fevral 2013-cü il tarixli 19L000000355 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 13 noyabr 2014-cü il tarixdə bağlanmış 019R********** kredit razılaşması (“Kredit Razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə 22 may 2015-ci il tarixdən aylıq 1.0833%; 13 may 2016-cı il tarixdən aylıq 2%; 13 may 2017-ci il tarixdən aylıq 1.9167% dərəcəsi ilə faizlər hesablanır və Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 13 noyabr 2014-cü il tarixli ödəniş planı (“əvvəlki ödəniş planı”) ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 22 may 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 11.02.2013-ci il tarixli 019S000000853 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı cavabdehlərdən kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Məhkəmə Ekspertizası Mərkəzinin 28.07.2020-cı il tarixli 9/1957 nömrəli ekspert rəyi 06 avqust 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ekspertin həmin rəyində Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması, 22.05.2015-ci il tarixli 019R**********S saylı əlavə sazişin şərtləri əsas götürülməklə və müqavilə müddətindən sonra illik 5% hesablanmaqla Cavabdeh1 13.11.2017-ci il tarixə (müqavilə müddətinin bitmə tarixi) banka olan borcu 9.170,89 ABŞ dolları məbləğində, 26.04.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan borcu 9.614,72 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən 13.11.2017-ci il tarixə faiz borcu üzrə 632,77 ABŞ dolları, əsas borc üzrə 8.538,12 ABŞ dolları, 26.04.2019-cu il tarixə faiz borcu üzrə 1.076,60 ABŞ dolları, əsas borc üzrə 8.538,12 ABŞ dolları. Hesabdan çıxarış məlumatı üzrə (11.086,96 ABŞ dollarının verilməsi nəzərə alındıqda Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşmasının, 22.05.2015-ci il tarixli 019R**********S saylı əlavə sazişin şərtləri əsas götürülməklə Cavabdeh1 14.06.2016-ci il tarixdə banka olan borcu tam ödənilmiş və 13.11.2017-ci il tarixə (müqavilə müddətinin bitmə tarixi) 5773,96 ABŞ dolları məbləğində, 26.04.2019-cu il tarixə (sualda göstərilən tarix) 5950,33 ABŞ dolları məbləğində artıq ödəməsinin müəyyən edildiyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Məhkəmə Ekspertizası Mərkəzinin 05.03.2021-ci il tarixli 9/5063 nömrəli ekspert rəyi 19 mart 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ekspert rəyində göstərilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2013-cü il tarixli 19L000000355 saylı kredit xətti müqaviləsi üzrə 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşmasına əsasən (019R**********S saylı 22.05.2015-ci il tarixli sazişdə nəzərə alınmaqla) götürülmüş 11086,96 ABŞ dolları müqabilində aylıq 2,1667 faiz dərəcəsi ilə hesablandıqda Cavabdeh1 tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə əsas borca 11.086,96 ABŞ dolları və faiz borcuna 4.980,14 ABŞ dolları olmaqla ümumilikdə 16.067,10 ABŞ dolları vəsait qaytarılmalıdır. Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşmasının şərtləri əsas götürülməklə götürülmüş 11086,96 ABŞ dolları məbləğinə aylıq 2,1667 (illik 26%) faiz dərəcəsi ilə faiz hesablanmaqla Cavabdeh1 16.08.2016-ci il tarixdə banka olan borcu tam ödənilmiş və 26.04.2019-cu il tarixə (sualda göstərilən tarix) 5.375,81 ABŞ dolları məbləğində artıq ödəməsi müəyyən edilir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2013-cü il tarixli 19L000000355 saylı kredit xətti müqaviləsi üzrə 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması ilə bağlı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 faizlərin hesablanmasının qaydasının və ardıcıllığının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğunluğunu hesabdan çıxarış məlumatlarında hesablar göstərilmədiyindən müəyyən etmək mümkün olmadı. Cavabdeh1 İddiaçı QSC-də olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 hesabına 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması üzrə 20.000,00 ABŞ dolları kredit məbləği köçürülmüşdür. Bundan başqa həmin çıxarış məlumatına əsasən Cavabdeh1 hesabına bank tərəfindən kredit razılaşması üzrə köçürülmüş 20.000.00 ABŞ dollarının 11.086,96 ABŞ dolları, iş materiallarında olan kassa məxaric orderinə əsasən isə 20000,00 ABŞ dolları məbləğində kredit məxaric edilmişdir. Yəni ki, Cavabdeh1 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması üzrə 20000,00 ABŞ dolları kredit məbləği verilmişdir. Lakin məxaric orderi və hesabdan çıxarış məlumatlarında məxaric edilmiş məbləğlər fərqli göstərilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 («Borcalan») arasında bağlanmış 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması üzrə verilmiş 20.000,00 ABŞ dolları kredit məbləği və kredit dövrü ərzində hesablanmalı 9.155,85 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 29.155,85 ABŞ dolları məbləğində kredit borcunun 18811,77 ABŞ dolları olan hissəsi ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2021-ci il tarixli 9/4545 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2013-cü il tarixli 19L000000355 saylı kredit xətti müqaviləsi üzrə 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşmasına əsasən (019R**********S saylı 22.05.2015-ci il tarixli sazişdə nəzərə alınmaqla) götürülmüş 11086,96 ABŞ dolları müqabilində aylıq 2,1667 faiz dərəcəsi ilə hesablandıqda Cavabdeh1 tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə əsas borca 11.086,96 ABŞ dolları və faiz borcuna 4.980,14 ABŞ dolları olmaqla ümumilikdə 16.067,10 ABŞ dolları vəsait qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşmasının şərtləri əsas götürülməklə götürülmüş 11086,96 ABŞ dolları məbləğinə aylıq 2,1667 (illik 26%) faiz dərəcəsi ilə faiz hesablanmaqla Cavabdeh1 16.08.2016-ci il tarixdə banka olan borcu tam ödənilmiş və 26.04.2019-cu il tarixə (sualda göstərilən tarix) 5.375,81 ABŞ dolları məbləğində artıq ödəməsi müəyyən edilir. İş materiallarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2013-cü il tarixli 19L000000355 saylı kredit xətti müqaviləsi üzrə 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşmasına əsasən götürülmüş 20000 ABŞ dolları müqabilində aylıq 2,1167 faiz dərəcəsi ilə hesablandıqda və müqavilə müddətindən sonra illik 5 faiz hesablanmaqla Cavabdeh1 13.11.2017-ci il (müqavilənin müddətinin bitmə tarixi) və 26.04.2019-cu il tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 13.11.2017-ci il tarixə əsas borcu üzrə 11502,04 ABŞ dolları, faiz borcu üzrə 1100,41 ABŞ dolları, 26.04.2019-cu il tarixə əsas borc üzrə 11502,04 ABŞ dolları, faiz borcu üzrə 1759,54 ABŞ dolları. İş materiallarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh1 («Borcalan») arasında 11.02.2013-cü il tarixli 19L000000355 saylı, 30000,00 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanmışdır. Həmin 11.02.2013-cü il tarixli 19L000000355 saylı kredit xətti müqaviləsinə əsasən 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması bağlanmış və kredit alana aylıq faiz dərəcəsi 2,1667 % (illik 26%) olmaqla 36 ay müddətinə tərəflər arasında razılaşdırılmış ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000,00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında razılaşdırılmış ödəniş planı üzrə kredit dövrü ərzində 9.155,85 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 29.155,85 ABŞ dolları məbləğində kredit borcu müəyyən edilmişdir. Cavabdeh1 İddiaçı QSC-də olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 hesabına 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması üzrə 20000,00 ABŞ dolları kredit məbləği köçürülmüşdür. Bundan başqa həmin çıxarış məlumatına əsasən Cavabdeh1 hesabına bank tərəfindən kredit razılaşması üzrə köçürülmüş 20.000.00 ABŞ dollarının 11.086,96 ABŞ dolları, iş materiallarında olan kassa məxaric orderinə əsasən isə 20.000,00 ABŞ dolları məbləğində kredit məxaric edilmişdir. Yəni ki, Cavabdeh1 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması üzrə 20.000,00 ABŞ dolları kredit məbləği verilmişdir. Lakin məxaric orderi və hesabdan çıxarış məlumatlarında məxaric edilmiş məbləğlər fərqli göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 28.07.2020-ci il tarixdə verilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 200 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 05.03.2021-ci il tarixdə verilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 200 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 03.08.2021-ci il tarixdə verilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 150 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 13.11.2014-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 36 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh1 («Borcalan») arasında 11.02.2013-cü il tarixli 19L000000355 saylı, 30000,00 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanmışdır. Həmin 11.02.2013-cü il tarixli 19L000000355 saylı kredit xətti müqaviləsinə əsasən 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması bağlanmış və kredit alana aylıq faiz dərəcəsi 2,1667 % (illik 26%) olmaqla 36 ay müddətinə tərəflər arasında razılaşdırılmış ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000,00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında razılaşdırılmış ödəniş planı üzrə kredit dövrü ərzində 9.155,85 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 29.155,85 ABŞ dolları məbləğində kredit borcu müəyyən edilmişdir. Cavabdeh1 İddiaçı QSC-də olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 hesabına 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması üzrə 20000,00 ABŞ dolları kredit məbləği köçürülmüşdür. Bundan başqa həmin çıxarış məlumatına əsasən Cavabdeh1 hesabına bank tərəfindən kredit razılaşması üzrə köçürülmüş 20.000.00 ABŞ dollarının 11.086,96 ABŞ dolları, iş materiallarında olan kassa məxaric orderinə əsasən isə 20.000,00 ABŞ dolları məbləğində kredit məxaric edilmişdir. Yəni ki, Cavabdeh1 13.11.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması üzrə 20.000,00 ABŞ dolları kredit məbləği verilmişdir. Lakin məxaric orderi və hesabdan çıxarış məlumatlarında məxaric edilmiş məbləğlər fərqli göstərilmişdir. Bundan başqa, cavabdehə ödənilməli olan 20000 ABŞ dolları məbləğində pul vəsaitinin 8670 manat hissəsi, cavabdehin əvvəlki qalıq borcu olan 8670 manat ilə əvəzləşdirilmiş, həmin pul cavabdehin borcuna silinmiş, nəticədə cavabdehə 11086,96 ABŞ dolları məbləğində pul vəsaiti məxaric orderinə əsasən verilmişdir. Cavabdeh isə onun rəsmi razılığı olmadan qalıq qalmış 8670 manat borcunun ona veriləcək 20000 ABŞ dollarından çıxılmasından narazı olduğunu, onun banka ödəməli borcunun olmadığını bildirir. Lakin, məhkəmə işdə olan ekspert rəyləri və digər sübutlarla cavabdehin etirazında göstərdiyi xüsusatların təkzib olunduğu qənaətindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 13.11.2014-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən tələb olunan 10593,69 ABŞ dolları əsas borc məbləği Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan 13.11.2014-cü il tarixli kredit razılaşmasının 1.1-ci bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə illik 2,1667 faizlə (fifd 27,15 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış 5768,33 ABŞ dolları faiz borcu qismən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03.08.2021-ci il tarixli 9/4545 nömrəli rəyinə əsasən müəyyən edilmiş məbləğdə, yəni 1759,54 ABŞ dolları məbləğində müəyyən edilərək cavabdehdən tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 1759,54 ABŞ dolları faiz borcunun da Cavabdeh1 tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 11426,97 ABŞ dolları cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 11426,97 ABŞ dolları cərimə qismən, 10 ABŞ dolları həddində təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 11.02.2013-ci il tarixli 019S000000853 nömrəli zaminlik müqaviləsinin şərtlərinə görə zamin-Cavabdeh2 iddiaçı qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 10593,69 ABŞ dolları əsas kredit borcu, 1759,54 ABŞ dolları ona hesablanmış faiz borcu və 10 ABŞ dolları cərimə borcu cavabdehlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Ona görə də hesab edirəm ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla onlardan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 550 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına, 22.05.2015ci il tarixli əlavə sazişə və 11.02.2013-cü il tarixli 019S000000853 nömrəli zaminlik müqaviləsinə əsasən 10593,69 ABŞ dolları əsas kredit borcu, 1759,54 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12363,23 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) məbləğində vəsait və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13.11.2014-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına, 22.05.2015-ci il tarixli əlavə sazişə və 11.02.2013-cü il tarixli 019S000000853 nömrəli zaminlik müqaviləsinə əsasən 10593,69 (on min beş yüz doxsan üç ABŞ dolları altmış doqquz sent) ABŞ dolları əsas kredit borcu, 1759,54 (bir min yeddi yüz əlli doqquz ABŞ dolları əlli dörd sent) ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 10 (on) ABŞ dolları cərimə borcu olmaqla cəmi 12363,23 (on iki min üç yüz altmış üç ABŞ dolları iyirmi üç sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) məbləğində vəsait alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 550 (beş yüz əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-36/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-36/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver