Məhkəmə qərarları › İş №2(033)-44/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-44/2021

04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-44/2021 04.05.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərər və icarə haqqı tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaqdan qanunsuz istifadə etdiyinə görə 10000 manat maddi ziyanın, 7200 manat icarə haqqı və banka ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 1996-cı ildən indiyə kimi İddiaçı və onun ailəsinə məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etmişdir. Onun həmin torpaq sahəsindən istifadə etməsi Zaqatala rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli qətnaməsi ilə sübuta yetirilir. Cavabdehin həmin torpaq sahəsindən qanunsuz istifadə etməsi İddiaçı torpaq sahəsindən gəlir əldə etməsindən məhrum etmişdir. Belə ki, cavabdeh indiyə kimi istifadə etdiyi torpaq sahəsindən hər il orta hesabla 1000 manatadək gəlir götürmüşdür. Bundan başqa həmin torpaq sahəsi icarəyə verilmiş olsaydı, ildə ən azı 300 manat icarə haqqı götürülərdi. 1996-cı ildən indiyə kimi, yəni 2020-ci ilədək 24 il ərzində hər il 300 manat icarə haqqı hesablanmaqla, cəmi 7200 manat təşkil edir. Bununla da cavabdeh İddiaçı maddi ziyan dəymişdir. Ona görə də həmin pullar indi cavabdehdən alınaraq İddiaçı verilməlidir. Dövlət tərəfindən torpağın sənədləri paylanmadığına görə İddiaçı Cavabdeh torpaqdan çıxarılmasına dair iddianı məhkəməyə yaza bilməmişdir. Torpaq sənədlərini əldə etdikdən sonra İddiaçı öz torpağında fındıq ağacları əkdi, lakin Cavabdeh əkilmiş ağacları məhv edərək yenidən istifadə etməyə cəhd etdi. Buna görə də İddiaçı və ailəsi məhkəməyə müraciət edərək məhkəmə qərarı ilə Cavabdeh torpaq sahəsindən çıxardılar və əkilmiş ağacları məhv etdiyinə görə vurduğu ziyanı məhkəmə qərarı ilə ondan tələb etdilər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı pul tələb etmişdir. Hansı ki, həmin pulu İddiaçı almamış və həmin pulu İddiaçı ödəməyə borclu deyildir. Buna görə də iddia ərizəsi ilə müraciət etmişdir. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 1998-ci il 5 aprel tarixində ona müraciət edərək aqrar islahat zamanı ailə təsərrüfatının mülkiyyətinə verilmiş 1,2 ha pay torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmək arzusunda olduğunu bildirmişdir. O, da fərdi təsərrüfatına yaxın olduğu üçün həmin torpaq sahəsini 5 aprel 1998-ci il tarixdə satdığı qiymətə, yəni 10000000 (on milyon) manata ondan almışdır. Həmin torpağın o zaman çıxarışı olmadığı üçün alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etmək mümkün olmamışdır. Buna görə də, 05.04.1998-ci il tarixdə şahidlərin iştirakı ilə tərtib edilmiş akt ilə rəsmiləşdirmişlər. Qeyd edilən torpaq sahəsindən 20 ildən artıq müddətdir ki, mübahisəsiz, vergi öhdəliklərini qarşılamaqla istifadə etmişdir. Yəni torpaq sahəsini özbaşına zəbt etməmişdir. O, vicdanlı alıcı olmuşdur. Torpaq sahəsini kənar müdaxilələrdən qorumuş, mühafizə etmişdir. Məhkəmənin qətnaməsi ilə o, torpaq sahəsindən çıxarılmışdır. Bundan sonra onun özü məhkəməyə müraciət edərək alqı-satqı zamanı iddiaçıya verdiyi pulu tələb etmişdir. Məhkəmə isə onun iddiasının təmin edərək cavabdeh İddiaçı torpaq sahəsinin alqı-satqısı ilə bağlı 05 aprel 1998-ci ildə onun tərəfindən verilmiş 10.000.000 (on miyon) manatın hazırki manata nisbəti olan 5790 (beş min yeddi yüz doxsan) manatın alınaraq ona verilməsi qət edilmişdir. Həmin torpaq sahəsindən 1998-ci il tarixdən həmin torpaq sahəsi iddiaçının adına rəsmiləşdirildiyi tarixədək o, istifadə etmişdir. Bundan sonra isə həmin torpaq sahəsindən iddiaçının özləri istifadə etmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(033)-646/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçılar Nümayəndə, İddiaçı və X1 mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, AR ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin verdiyi 25.01.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,88 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçılar Nümayəndə, İddiaçı və X2 təhvil verilməsi, Cavabdeh maddi zərərin əvəzi olaraq 644,5 (altı yüz qırx dörd manat əlli qəpik) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçılar Nümayəndə, İddiaçı və X2 verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 20 manat dövlət rüsumunun tutularaq iddiaçı Nümayəndə verilməsi, 10 manat dövlət rüsumunun iddiaçı Nümayəndə özünə aid edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2019-cu il tarixli, 2(107)-3214/2019 nömrəli qətnaməsindən görünür ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(033)- 646/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılaraq Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(033)-102/2020 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək cavabdeh İddiaçı torpaq sahəsinin alqı-satqısı ilə bağlı 05 aprel 1998-ci ildə iddiaçı Cavabdeh tərəfindən verilmiş 10.000.000 (on miyon) manatın hazırki manata nisbəti olan 5790 (beş min yeddi yüz doxsan) manatın alınaraq iddiaçı Cavabdeh verilməsi, iddiaçı Cavabdeh dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçıya ödənilməsi, cavabdeh İddiaçı 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2(107)-1552/2020 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(033)-102/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(102)-1673/2021 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1552/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Cavabdeh Nümayəndə, İddiaçı və X1 mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, AR ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin verdiyi 25.01.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,88 ha torpaq sahəsindən çıxarılması, həmçinin İddiaçı torpaq sahəsinin alqı-satqısı ilə bağlı 05 aprel 1998-ci ildə Cavabdeh tərəfindən verilmiş 10.000.000 (on miyon) manatın hazırki manata nisbəti olan 5790 (beş min yeddi yüz doxsan) manatın alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamələr qanuni qüvvəsini almışdır. İddiaçı iddia edir ki, həmin torpaq sahəsinin cavabdehdə olduğu bütün vaxt ərzində (1996-cı ildən 2020-ci ilədək) cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin, yəni 10000 manat pulun və həmin müddət ərzində torpaq sahəsini icarəyə vermiş olsaydılar qazanacaqları 7200 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh isə həmin torpaq sahəsindən alqı-satqı müqaviləsi bağlamaqla vicdanlı alıcı kimi 1998-ci il tarixdən iddiaçının adına rəsmiləşdirildiyi tarixədək, onun istifadə etdiyini, bundan sonra isə həmin torpaq sahəsindən iddiaçının özlərinin istifadə etdiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarından görünür ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ 25 yanvar 2019-cu il tarixdə yaranmışdır. Zaqatala Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı torpaq sahəsinin alqı-satqısı ilə bağlı 05 aprel 1998ci ildə iddiaçı Cavabdeh tərəfindən verilmiş 10.000.000 (on miyon) manatın hazırki manata nisbəti olan 5790 (beş min yeddi yüz doxsan) manatın alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı isə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı ona dəymiş zərərin əvəzini tələb edir. Cavabdeh isə həmin torpaq sahəsindən 1998-ci il tarixdən iddiaçının adına rəsmiləşdirildiyi tarixədək, istifadə etmiş, sonra həmin torpaq sahəsindən məhkəmənin qətnaməsi əsasında çıxmış, bundan sonra isə həmin torpaq sahəsindən iddiaçının özü istifadə etmişdir. Bu hallar tərəflərin izahatları və işdə olan sübutlarla da təsdiq olunur. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə hazırki iş üzrə cavabdehə dəymiş zərərin məbləği müəyyən edildiyi halda, eyni zamanda mübahisələndirilən torpaq sahəsindən cavabdeh tərəfindən (torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirildiyi tarixədək) bəhər götürülməsi cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, iş materialları ilə o da müəyyən olunur ki, qeyd edilən daşınmaz əmlakla bağlı tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun hər hansı bir notarial qaydada əqd bağlanılmasa da, torpaq sahəsi əvvəllər cavabdehin istifadəsinə verilmiş və bu razılıq əsasında cavabdeh həmin torpaq sahəsindən istifadə etmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçının iddia etdiyi əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin, yəni 10000 manat pulun iddiaçı cavabdehdən alınaraq ona ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Məhkəmə daha sonra iddia tələbinin “1996-cı ildən indiyə kimi, yəni 2020-ci ilədək 24 il ərzində hər il 300 manat icarə haqqı hesablanmaqla, cəmi 7200 manat”ın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İşdən göründüyü kimi, İddiaçı torpaq sahəsinin icarəyə verilməsinə dair notariat kontorunda bağlanmış müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının mübahisəli Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,88 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin cavabdehə icarəyə verilməsi barədə mülahizəsi əsassızdır və həmin torpaq sahəsinin icarəyə verilməsini təsdiq edən hal ancaq mülahizələrdən ibarətdir. İddiaçı tərəf cavabdehin həmin torpaq sahəsini akt əsasında istifadə etməklə həmin aktı icarə müqaviləsi kimi başa düşməkdə yanılır. Qeyd olunan hal Mülki Məcəllədə (700 və 706-cı maddələri) nəzərdə tutulmuş mənada icarə müqaviləsini ehtiva etmir. Odur ki, Məhkəmə Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbindən çıxış edərək hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, formal mülahizə xarakteri daşıyır. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəf həqiqətən cavabdeh tərəfindən ona maddi zərər dəyməsini sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi rədd edildiyindən iddiaçının dövlətə ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı maddi zərər və icarə haqqı tələbinə dair iddiası rədd edilsin. İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar