Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-463/2021 28.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - «xxxx» QSC) bank kreditinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 04.02.2015-ci il tarixli 019 A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 590,11 manat məbləğində kredit borcu, 19CL0000074 saylı kredit müqaviləsi üzrə 387,07 manat məbləğində kredit borcu və 898,23 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1875,41 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı “xxxx” QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin “xxxx” QSC-nin Gəncə filialının nümayəndəsi Emin Əliyev teleqram göndərərək təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 04.02.2015-ci il tarixdə bağladığı 019A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1790 (min yeddi yüz doxsan) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 04.08.2016cı il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1199.89 manat ödəniş etmiş və onun iddiaçıya 590.11 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 15.05.2020-ci il tarixə 1380 gün üçün hesablanmış faiz borcu 0 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 15.05.2020-ci il tarixə 1380 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 0 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bununla yanaşı, Cavabdeh İddiaçı QSC ilə 09.04.2014-cü il tarixdə bağladığı 19CL0000074 saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 33% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 545 (beş yez qırx beş) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 3.2.1-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh götürdüyü kreditdən 157.93 manat qaytarmış və onun 387.07 manat məbləğində kredit borcu qalmışdır. O, kredit müqaviləsinin 2.1 -ci və 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və 15.05.2020-ci il tarixə 1862 gün üçün onun 0 məbləğində faiz borcu qalmışdır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 (yüz səksən) faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. 15.05.2020-ci il tarixə 1862 gün üçün hesablanmış 898.23 manat cərimə təşkil edir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan müqavilə üzrə öhdəliklərini pozduqda bank müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizləri və krediti vaxtından əvvəl ödəməyi borcalandan tələb etmək hüququna malikdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, İddiaçı QSC ilə onun arasında 04.02.2015-ci il tarixdə 019A********** saylı kredit müqaviləsi və 09.04.2014-cü il tarixdə 19CL0000074 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinə əsasən o götürülmüş kredit məbləğlərini faizləri ilə birgə xxxx QSC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqavilələri üzrə ödənişləri bir müddət vaxtı vaxtında etsə də sonradan maddi imkanı pisləşdiyindən kredit borcunu qaytara bilməmişdir. İddia tələbinin kredit müqavilələri üzrə yaranmış əsas borcun ödənilməsi hissəsi ilə razıdır və iddia ərizəsinin həmin hissədə təmin edilməsinə etiraz etmir. Lakin iddia tələbinin gecikdirilmiş kredit ödənişləri üçün hesablanmış cərimə məbləğinin ödənməsi hissəsində təmin olunduğu halda onun onsuzda pis olan maddi imkanının birazda pisləşəcəyini bildirərək iddia tələbinin həmin hissələrdə rədd edilməsini xahiş etdi. İşdə olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 04.02.2015-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, 24 ay müddətinə, 1790 manat kredit verilmişdir. Kredit müqaviləsinın 1.2-ci bəndinə görə kredit alan bu kredit müqaviləsinın ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən, razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinın 2.4-cü bəndinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinın 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit müqaviləsinın 4.2-ci və 4.2.3-cü bəndlərinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. İşdə olan Cavabdeh aid bank hesabından çıxarışdan görünür ki, ona İddiaçı QSC tərəfindən 04.02.2015-ci il tarixdə 1790 manat kredit verilmişdir. İşdə olan Cavabdeh ilə iddiaçı “İddiaçı» QSC arasında 09 aprel 2014-cü il tarixdə bağlanmış 19CL0000074 nömrəli kart hesabı üzrə kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 30 faiz olmaqla 12 ay müddətinə 545 (beş yüz qırx beş) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci bəndinə görə bank krediti borcalana plastik kart vasitəsi ilə verilmişdir. Yenə kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, barc yarandığı tarixdən onun ödənildiyi tarixədək kredit üzrə illik faiz dərəcəsi ilə kreditdən istifadə üçün faizlər hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 2.2-ci bəndi ilə müəyyən edilmiş illik faizin 1/360 hissəsi kimi hesablanır. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən kredit xəttinin müddəti bitənədək kredit banka ödənilir. Əks təqdirdə kredit geciktirilmiş statusu alır və geciktirilmiş statuslu kredit üzrə illik 180 (bir yüz səksən) faiz dərəcəsi ilə cərimə faizi hesablanır. İşdə olan cavabdehə ünvanlanmış 05.05.2016-cı il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı cavabdehdən 09 aprel 2014-cü il tarixdə bağlanmış 19CL0000074 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini yəni, borcun qaytarılmasını tələb etmişdir. İşdə olan cavabdehə ünvanlanmış 12.01.2018-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı cavabdehdən 04.02.2015-ci il tarixli 019 A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini yəni, borcun qaytarılmasını tələb etmişdir. İşdə olan iddiaçının 23.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 09 aprel 2014-cü il tarixdə bağlanmış 19CL0000074 nömrəli kart hesabı üzrə kredit müqaviləsinə əsasən Cavabdeh 15.05.2020-ci il tarixə iddiaçıya 387,07 manat əsas kredit borcu, 898,23 manat cərimə olmaqla, cəmi 1285,3 manat kredit borcu vardır. İşdə olan iddiaçının 23.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 04 fevral 2015-ci il tarixdə bağlanmış 019A********** nömrəli kart hesabı üzrə kredit müqaviləsinə əsasən Cavabdeh 15.05.2020-ci il tarixə iddiaçıya 590,11 manat əsas kredit borcu olmaqla, cəmi 590,11 manat kredit borcu vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh arasında 04.02.2015-cü il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla 24 ay müddətinə, 1790 manat kredit verilmişdir. Eyni zamanda İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 09.04.2014-cü il tarixli 19CL0000074 nömrəli kart hesabı üzrə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 30 faiz olmaqla 12 ay müddətinə 545 manat məbləğində kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 04.02.2015-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən 590,11 manat əsas borc məbləği və 09.04.2014-cü il tarixli 19CL0000074 nömrəli kart hesabı üzrə kredit müqaviləsinə əsasən 387,07 manat əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin, iddia tələbinin 09.04.2014-cü il tarixli 19CL0000074 nömrəli kart hesabı üzrə kredit müqaviləsinə əsasən əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 898,23 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 898,23 manat cərimə qismən, 89 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən müştərək qaydada tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 04.02.2015-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən 590,11 manat əsas kredit borcu, 09.04.2014-cü il tarixli 19CL0000074 nömrəli kart hesabı üzrə kredit müqaviləsinə əsasən 387,07 manat əsas kredit borcu və 89 manat cərimə olmaqla, ümumilikdə 1066,18 manat məbləğində vəsait və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 04.02.2015-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən, 590,11 (beş yüz doxsan manat on bir qəpik) manat əsas kredit borcu, 09.04.2014-cü il tarixli 19CL0000074 nömrəli kart hesabı üzrə kredit müqaviləsinə əsasən 387,07 (üç yüz səksən yeddi manat yeddi qəpik) əsas kredit borcu və 89 (səksən doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 1066,18 (bir min altmış altı manat on səkkiz qəpik) manat məbləğində vəsait alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-463/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-463/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver