Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-464/2021 14.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri Azərbaycan prospekti ev 11 mənzil 39 yaşayan Cavabdeh 27342 (iyirmi yeddi min üç yüz qırx iki) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəlilov X6 şəhər sakinidir, uzun illərdir sahibkarlıq fəailiyyəti ilə məşğul olmaqla rayonda fəaliyyət göstərən fındıq emalı müəssisələrindən birinə rəhbərlik edir. İşinin əsas fəaliyyət istiqaməti rayon ərazisindən, həmçinin digər rayonlardan fındıq alaraq həmin fındığı müəssisədə xüsusi aparatlar vasitəsi ilə qırıb ləpə halına salaraq sonra həmin ləpəni aralarında əvvəlcədən razılıq əldə etdikləri şirkətlərə satmaqdan ibarətdir. Müəssisə olaraq həmişə fındığı birbaşa sadə vətəndaşın özündən alırlar. Belə ki, rayon ərazisində fəaliyyət göstərən xüsusi etibarlı şəxslər olurki onlar fındığı vətəndaşlardan alır, sonra gətirib müəssisəyə təhvil verirlər. Həmin etibarlı şəxslərə də şəxsən onun tərəfindən müəyyən məbləğlərdə pul vəsaiti verilir ki, onlar fındığı nəğd olaraq alıb müəssisəyə təhvil verə bilsinlər. Vaxtı ilə etibar qazanmış şəxslərdən biri də Zaqatala şəhər sakini Cavabdehdur. Cavabdeh bir neçə il vətəndaşlardan fındıq alaraq onun müəssisəsinə fındıq gətirməklə məşğul olmuşdur. Bunun üçün onun tərəfindən Cavabdeh dəfələrlə əvvəlcədən müəyyən məbləğlərdə pul verilmişdir. Lakin o, bir neçə ildir hər dəfə götürdüyü məbləğə uyğun çəkidə fındıq gətirmədiyi üçün illərdir müəyyən məbləğlərdə kəsiri qalır və üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etmir. Nəticədə, Cavabdeh ona 27342 (iyirmi yeddi min üç yüz qırx iki) manat borcu yığılmışdır. Cavabdeh ona 27342 (iyirmi yeddi min üç yüz qırx iki) manat borcu olması şəxsən onun öz xətti ilə yazdığı və surətini iddia ərizəsinə əlavə etdiyi qəbzdə də öz əksini tapır. O, Cavabdeh əməllərində dələduzluq cinayətinin tərkib əlamətləri olduğunu hesab edib Zaqatala rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin Zaqatala rayon Polis Şöbəsinin qərarında da və həmin qərardan verdiyi şikayət üzrə Zaqatala rayon Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin qərarlarında da Cavabdeh qarşı borc tələbinin mülki xarakterli olduğu göstərilmişdir. Bu səbəbdən də o pul tələbinə dair iddia ilə Zaqatala rayon Məəhkəməsinə müraciət etmişdir. Onun artıq Cavabdeh bəhanələrinə səbri qalmayıb. Hesab edir ki, iddia tam qanuni və əsaslıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, İddiaçı 10 ilə yaxındır ki tanıyır. İddiaçı Zaqatala rayonu ərazisində fındıq emalı müəssisəsi var. O, hər il Balakən rayonu Katex kəndi ərazisində fındıq qəbulu yerində fındıq yığaraq İddiaçı sexinə təhvil vermiş, belə ki, o fındığı müəyyən miqdarda yığıb İddiaçı sexinə aparmışdır. Abil də həmin fındığı yağlılıq dərəcəsinə görə ölçərək götürmüş, bundan sonra isə ona yenidən fındıq qəbulu üçün pul vermiş, o da həmin pulla yenidən fındıq alıb aparmış, bu dövriyyə fındıq yığımı başladıqdan qurtarana qədər davam etmişdir. O, ilin yekununda Abilə fındığı tam təhvil verən vaxt yağlılıq dərəcəsinin az olduğunu deyərək fındığı ucuz qiymətə almış, buna görə də aralarında hər il müəyyən miqdarda pul kəsiri yaranmışdır. Abil də hər il yaranan 2-3 min manat pul kəsirini yeni mövsüm başladıqda sildiyini və yenidən sıfırdan başladığını demişdir. Hər il yaranmış olan 2-3 min manat pulu özünə götürməmiş, fındığı kilo ilə alan vaxt vətəndaşlara vermiş, lakin Abilin sexinə fındığı yağlılıq dərəcəsinə və ləpə tutumuna görə verən vaxt isə qış aylarında quruduğuna görə aşağı düşdüyündən aşağı qiymətlə hesablandığından həmin pul kəsiri yaranmışdır. İddiaçı heç bir borcu olmamış, o Abilə fındıq mövsümü başladıqda işləməyəcəyini dediyi üçün İddiaçı ondan şikayət edərək illərlə qalan pulları guya onun adına çıxaraq pulunu istəmişdir. Ona dəfələrlə İddiaçıla iş görməməsini ətrafında olan insanlar məsləhət bilmişlər, lakin o onları dinləməmişdir. İddiaçı ona əl yazması ilə borcunun olmasına dair iş dəftərində qəbz yazdırmış və imzlatmışdır. Həmin dəftərdə olan yazı onun xətti ilə yazılmış və onun tərəfindən şəxsən imzalanmışdır. Bu hərəkəti o söz-söhbət olmasın deyə etmişir. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan “Paşa Bank” iş dəftərində olan 08.05.2020-ci il tarixli Cavabdeh tərəfindən əl yazması ilə yazılmış qəbzdən görünür ki, onun İddiaçı 21342 manat borcu var və həmin borcu 2020-ci ilin sentyabr ayınadək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan “Paşa Bank” iş dəftərində olan 08.05.2020-ci il tarixli Cavabdeh tərəfindən əl yazması ilə yazılmış qəbzdən görünür ki, onun İddiaçı əlavə 6000 manat borcu var və həmin borcu 2020-ci ilin may ayının axırınadək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 29 iyun 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zaqatala şəhəri, H.Aslanov küçəsi ev 35-də yaşayan İddiaçı Zaqatala rayon prokurorluğuna və Zaqatala rayon polis şöbəsinə ərizə ilə müraciəti əsasında toplanmış HK-1/438 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 6(033)-2/2021 nömrəli, 25 yanvar 2021ci il tarixli qərarından görünür ki, İddiaçı və onun nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zaqatala rayon polis şöbəsinin müstəntiqi X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 iyun 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 6(107)-2/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərarından görünür ki, şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı fərdi sahibkarlıqla məşğul olur. Onun fəaliyyət istiqaməti fındığın yığımı və emalından ibarətdir. O hər fındıq sezonunda fındığın yığımı üçün müəyyən edilmiş vəsaiti etibar etdiyi şəxslərə verərək rayon ərazisində və ətraf rayonlarda yaşayan kənd təsərrüfatı (fındıqçılıq) ilə məşğul olan kəndli və fermerlərdən yığılmasını təşkil edir. Daha sonra yığılmış fındıq emal edilərək qabaqcadan razılaşdırılmış müqavilələr əsasında şirkətlərə satılır. Şərifov X4 Abil Yusif oğlunun etibar edərək fındığın yığımı üçün nəzərdə tutulan vəsaiti verdiyi və fındıq yığımını həyata keçirən şəxsdir. Cavabdeh 08.05.2020-ci il tarixdə onun İddiaçı 21342 manat borcunun olduğunu və həmin borcu 2020-ci ilin sentyabr ayınadək ödəyəcəyini bildirən qəbz imzalamışdır. O eyni tarixdə İddiaçı əlavə 6000 manat borcunun olduğunu və may ayının sonunadək həmin borcu ödəyəcəyinə dair qəbzi əl yazması ilə yazmaqla imzalamışdır. Qeyd olunan hal, həm iddia ərizəsi, həm də cavabdehin izahatları ilə öz təsdiqini tapmışdır. İddiaçının nümayəndəsi və vəkili 27342 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsindən irəli gələn öhdəlik münasibəti yarandığından, iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəlik, o cümlədən kredit müqaviləsi üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinin tələblərinə əsasən, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 742.1-ci maddəsinə görə əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı borcunu 2020-ci ilin sentyabr ayında ödəmək şərti ilə borc olaraq 21342 manat pul, 2020-ci ilin may ayında ödəmək şərti ilə 6000 manat borc almış və borc alması barədə kredit müqaviləsi (qəbzlər, izahatlar) bağlamışdır. Cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya borcunu ödəməmişdir. Müəyyən edildiyi kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh olmaqla 08.05.2020-ci il tarixdə əl yazması ilə yazdığı və imzaladığı qəbzlər ilə cavabdehin iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, borclu Cavabdeh 08.05.2020-ci il tarixli əl yazması ilə yazdığı və imzaladığı qəbzlərlə müəyyən olunmuş öhdəliyini yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Məhkəmə işdə olan Cavabdeh əl yazması ilə yazdığı və imzaladığı 08.05.2020-ci il tarixli qəbzləri borcun olmasını təsdiq edən sübut qismində qiymətləndirir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da müəyyən olunur ki, Cavabdeh İddiaçı 27342 manat pul alması öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh özü etiraf edir ki, həqiqətən yuxarıda qeyd olunan qəbzləri o, özü yazaraq imzalamış, həqiqətən 27342 manat pul borcu onların aralarında hər il müəyyən miqdarda pul kəsiri olduğundan yaranmışdır. Lakin cavabdeh həmin pulu iddiaçının növbəti ilin bağlanğıcında sildiyini və sıfırdan başladıqlarının qeyd edərək onun iddiaçıya borcunun olmadığını bildirir və iddianı qəbul etmir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin bu halı sübut etmə vəzifəsi onun özünün üzərinə düşür. Cavabdeh isə bunu sübut edə bilməmiş, öz etirazının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buradan da göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları nəinki sübut etməmiş, yalnız özünün formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı 27342 manat borcu Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə yazılı öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. Cavabdeh isə borc müqaviləsi (qəbzlər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilərək, İddiaçı ilə Cavabdeh iştirakı ilə 08 may 2020-ci il tarixdə tərtib edilmiş qəbzlərə əsasən, Cavabdeh 27342 manat pul alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia ərizəsi təmin edilsin. Cavabdeh 27342 (iyirmi yeddi min üç yüz qırx iki) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-464/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-464/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver