Məhkəmə qərarları › İş №2(033)-48/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-48/2022

27.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-48/2022 27.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X7, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1598 kv.m. ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 1598.81 kv.m həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə iddiaçı müraciət etmişdir. Torpaq sahəsinə dair hüquqlarının DƏDRX-nın 18 saylı Zaqatala ərazi idarəsində qeydiyyata alınmasına dair müraciət etsə də cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 tərəfindən ölçmə işlərinin aparılmasına maneələr həyata keçirilmiş və DƏDRX-nin əməkdaşlarına şərait yaradılmamışdır. Mübahisə olduğu və torpaq sahəsinin müəyyən hissəsi cavabdehlər tərəfindən zəbt olunduğu üçün DƏDRX tərəfindən 08 iyun 2021-ci il tarixdə imtina məktubu verilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, üçüncü şəxs olan İdarənin rəisi məhkəməyə məktub göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Lakin cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, onun tərəfindən iddiaçının torpağı zəbt edilməmişdir. İddiaçı ilə aralarında torpaq sahələrinin sərhədlərinə dair mübahisə olduğunu bildirmişdir. Onun xüsusi mülkiyyətində 0,0999 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 103,80 kv.m. fərdi yaşayış evi var. O, ancaq özünün mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. İddiaçı ilə ona məxsus torpaq sahələri həmsərhəddir. Onun sənədin üzərində qeyd edilən torpaq sahəsi ilə faktiki olan torpaq sahəsinin həcmi üst - üstə düşmür. Onların torpaq sahələrinin bir hissəsi üst-üstə düşə bilər. O, iddiaçının ancaq özünə məxsus torpaq sahəsində, onun torpaq sahəsinə müdaxilə edilməməklə ölçmə işlərinin aparılmasına etiraz etmir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 cavabdehin izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İşin halları Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon X1 adına verilmiş A seriyalı 242422 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” nün təsdiq edilmiş surətindən görünür ki, həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarına əsasən, X8 adına Zaqatala rayonu Muxax kəndində yerləşən həyətyanı təyinatlı 1598,81 kv.m. torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Zaqatala rayonu Muxax kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 01 aprel 2019-cu il tarixli AZ-İ nömrəli 968118 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 27.03.2019-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.04.2019-cu il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. Zaqatala Rayon Muxax Bələdiyyəsinin 18.06.2021-ci il tarixli 342 nömrəli məktubundan görünür ki, mərhum Muxax kənd sakini X10 və ailə üzvlərinə Muxax kəndində torpaq islahatı aparılan zamanı 0,16 ha həyətyanı,0,14 ha bağ sahəsi və 0,34 ha əkin təyinatlı torpaq sahəsi 2 subyektə (X11 və İddiaçı) verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 08 iyun 2021-ci il tarixdə İddiaçı ünvanlanmış bildirişdən görünür ki, ünvan 1orpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrələri **********). Ərizənizin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşının fərdi yaşayış evinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq fərdi yaşayış evinin yerləşdiyi 0,1598 ha torpaq sahəsinin sərhədləri üzərində qonşu mülkiyyətçi ilə mübahisə olduğu səbəbindən çöl-ölçmə işlərinin aparılmasına tərəfinizdən şərait yaradılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində 01.07.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********58-10301 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0999 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X9, həmin torpaq sahəsinin üzrəində yerləşən 103,80 kv.m. fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 01.07.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********57 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1377 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X9 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən 02.12.2021-ci il tarixdə verilmiş ŞM-226 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli sənəd Elektron məlumat bazasında Cavabdeh1 Şaban oğlu, Cavabdeh2, Cavabdeh3 və X5 adına deyil, həmin ********** qeydiyyat nömrəli Çıxarış Zaqatala rayonu Yuxarı Tala kənd sakini X2 adına qeydiyyata alınmışdır. İddiaçı X8 adına DTXK-nın tərtib etdiyi kadastr nömrəsi **********0024 olan Torpaq sahəsinin plan və ölçüsü sənədinin cizgisinə əsasən 0.1598 ha torpaq sahəsi işlənilmişdir. Cavabdeh1 adına DTXK-nın tərtib etdiyi kadastr nömrəsi **********0025 olan Torpaq sahəsinin plan və ölçüsü sənədinin cizgisinə əsasən 0.099 ha torpaq sahəsi işlənilmişdir. Həmin torpaq sahələrinin koordinatlarına əsasən cizgiləri heç bir torpaq sahəsinin hüdudları daxilinə keçmir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli 10/776 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlən Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr ve Ünvan Reyestn Xidmətinin Şəki LTİ-nin mütəxəssisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən:- Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli sənəd Elektron məlumat bazasında Cavabdeh1 Şaban oğlu, Cavabdeh2, Cavabdeh3 və X5 adına deyil, həmin ********** qeydiyyat nömrəli Çıxarış Zaqatala rayonu Yuxarı Tala kənd sakini X2 adına qeydiyyata alınmışdır. İddiaçı X8 adına DTXK-nın tərtib etdiyi kadastr nömrəsi **********0024 olan Torpaq sahəsinin plan və ölçüsü sənədinin cizgisinə əsasən 0.1598 ha torpaq sahəsi işlənilmişdir. Cavabdeh1 adına DTXK-nın tərtib etdiyi kadastr nömrəsi **********0025 olan Torpaq sahəsinin plan və ölçüsü sənədinin cizgisinə əsasən 0,099 ha torpaq sahəsi işlənilmişdir. Həmin torpaq sahələrinin koordinatlarına əsasən cizgiləri heç bir torpaq sahəsinin hüdudları daxilinə keçmir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli 10/776 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,16 ha həyətyanı sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iki subyektin X6 və İddiaçı Abakar qızının mülkiyyətinə verilmişdir. A 242422 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarına əsasən X8 adına Zaqatala rayonu Muxax kəndində yerləşən həyətyanı təyinatlı 1598,81 kv.m. torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X11 27.03.2019-cu il tarixdə vəfat etmişdir. Onun arvadı-birinci növbədə vərəsəsi İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və qeydiyyatın müvafiq çıxarışla rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş və ölçmə işlərinin aparılmasına maneələr olduğundan Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın aparılmasından imtina edilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ölçmə işlərinə yaradılmış maneələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə iddiaçı ilə aralarında iddiaçıya və özlərə məxsus qonşu torpaq sahələrinin sərhədlərinə dair mübahisə olduğunu bildirmiş və iddiaçıya məxsus torpaq sahəsində ölçmə işlərinin aparılmasına etirazlarının olmadığını bildirmişdirlər. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizasının nəticəsi olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli 10/776 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli sənəd Elektron məlumat bazasında Cavabdeh1 Şaban oğlu, Cavabdeh2, Cavabdeh3 və X5 adına deyil, həmin ********** qeydiyyat nömrəli Çıxarış Zaqatala rayonu Yuxarı Tala kənd sakini X2 adına qeydiyyata alınmışdır. İddiaçı X8 adına DTXK-nın tərtib etdiyi kadastr nömrəsi **********0024 olan Torpaq sahəsinin plan və ölçüsü sənədinin cizgisinə əsasən 0.1598 ha torpaq sahəsi işlənilmişdir. Cavabdeh1 adına DTXK-nın tərtib etdiyi kadastr nömrəsi **********0025 olan Torpaq sahəsinin plan və ölçüsü sənədinin cizgisinə əsasən 0,099 ha torpaq sahəsi işlənilmişdir. Həmin torpaq sahələrinin koordinatlarına əsasən cizgiləri heç bir torpaq sahəsinin hüdudları daxilinə keçmir. Göründüyü kimi, cavabdehlər tərəfindən X6 mülkiyyətinə verilmiş Zaqatala rayonu Muxax kəndində yerləşən 1598,81 kv.m həyətyanı torpaq sahəsi üzərində X6 vərəsəsi - İddiaçı müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmış, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşının fərdi yaşayış evinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq fərdi yaşayış evinin yerləşdiyi 0,1598 ha torpaq sahəsinin sərhədləri üzərində qonşu mülkiyyətçi ilə mübahisə olduğu səbəbindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə cavabdehin iddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahəsinin bir hissəsinin onun torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Əksinə torpaq sahələrinin üst-üstə düşməmələri barədə ekspert rəyi mövcuddur. Eyni zamanda torpaqların üst-üstə düşməsi ölçmə işləri tamamlandıqdan sonra müəyyən ediləcəkdir. Bundan başqa torpaq sahəsi iddiaçıya və ailə üvlərinə Azərbaycan Respublikası Aqrar İslahat Haqqında 1996-cı il tarixli Qanuna əsasən Aqrar İslahat Komissiyasının qərarı ilə verilib. Nə qədər ki, həmin qərar qüvvədədir cavabdeh tərəf iddiaçıya verilmiş torpaq sahəsini mübahisələndirə bilməz. Şərh edilən normaların məzmununa əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 242422 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarı ilə X8 mülkiyyətinə verilmiş Zaqatala rayonu Muxax kəndində yerləşən 1598,81 kv.m. həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X4 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar