Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-60/2022 21.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi, İddiaçı, onun nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Zaqatala Rayon Lahıc Bələdiyyəsinin sədri Cavabdeh4 qarşı torpaq sahəsi ilə bağlı mülkiyyət və istifadə hüququna cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 0.2376 ha torpaq sahəsi ilə bağlı mülkiyyət və istifadə hüququna cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək verdiyi iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 da məhkəməyə ərizə təqdim edərək İddiaçı iddia ərizəsinin geri qaytarılmasına və baxılmamış saxlanılmasına etirazları olmadıqlarını bildirdilər. Məhkəmə ərizələri nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin qaytarılmasını tələb etdiyini, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Zaqatala Rayon Lahıc Bələdiyyəsinin sədri Cavabdeh4 qarşı torpaq sahəsi ilə bağlı mülkiyyət və istifadə hüququna cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-60/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-60/2022
21.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver