Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-75/2022 29.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti cavabdeh Hüseynov Samı̇ r Fərman ooğluna qarşı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Zaqatala Filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli BK- 426/MKOS/12-18 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Turanbank” ASC-nin Zaqatala Filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli BK- 426/MKOS/12-18 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan 13,689.61 ( on üç min altı yüz səksən doqquz manat, altmış bir qəpik) manat əsas borc, 5494,61 ( beş min dörd yüz doxsan dörd manat altmış bir qəpik) manat faiz borcu, 4,652.95 ( dörd min altı yüz əlli iki manat doxsan beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 23837.17 ( iyirmi üç min səkkiz yüz otuz yeddi manat on yeddi qəpik) manat ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX-nin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********54- 05101-093003, Qeydiyyat nömrəsi ********** olan xx.xx.2008-ci il tarixli Seriya MH ******* olan Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.03466 ha torpaq sahəsində 6 A nömrəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində 78.72 kv.m ümumi 57.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına "Turan Bank” ASC-yə ödənilməsi, 24 dekabr 2018-ci il tarixli BK-426/MKOS/12-18 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borcalan, ipoteka qoyan - Cavabdeh) tutularaq "Turan Bank” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onuna əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Zaqatala Filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli BK-426/MKOS/12-18 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 23 % olmaqla, 36 ay müddətinə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli 426/MKOS/12-18 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (DƏDRX-nin Zaqatla rayon Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********54-05101- 093003, Qeydiyyat nömrəsi ********** olan xx.xx.2008-ci il tarixli Seriya MH ******* olan Çıxarışa əsasən) Zaqatala şəhəri, H. Z. Tağıyev küçəsi, ünvanında yerləşən 0.03466 ha torpaq sahəsində 6 A nömrəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində 78.72 kv.m ümumi 57.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh 24 dekabr 2018-ci il tarixli BK-426/MKOS/12-18 saylı kredit müqaviləsinə əsasən 16 sentyabr 2021-ci il tarixədək 13,689.61 ( on üç min altı yüz səksən doqquz manat, altmış bir qəpik) manat əsas borc, 4.969.24 ( dörd min doqquz yüz altmış doqquz manat, iyirmi dörd qəpik) manat faiz borcu, 4,652.95 ( dörd min altı yüz əlli iki manat doxsan beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 23,311.80 ( iyirmi üç min üç yüz on bir manat səksən qəpik) manat borcu vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı TuranBank ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 07 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Hüseynov Samı̇ r Fərman oğlu iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, banka olan əsas borcu qəbul etsə də, hesablanmış cərimə məbləği ilə razı deyil. Bundan başqa ipoteka ilə yüklü edilmiş mənzilin qiymətləndirilməsi ilə razı deyil. Belə ki, qiymətləndirmə zamanı mənzilin likvid qiyməti 35000-36000 manat məbləğində müəyyənləşdirilmişdir. Lakin həmin mənzilin likvid qiyməti 60000 manatdan az deyil. Qiymətləndirmə aparan şəxslərin səlahiyyətsiz olduqları və bankın mənafeyini üstün tutduqları üçün əmlakının likvid dəyəri azaldılmışdır. Odur ki, göstərilənlərin nəzərə alınaraq mənzilinin dəyərinin müəyyən olunması üçün müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir . Cavabdeh Hüseynov Samı̇ r Fərman oğlu məhkəməyə 23 sentyabr 2022-ci il tarixdə ərizə ünvanlayraq 29 sentyabr 2022-ci il tarixdə keçiriləcək məhkəmə iclasında rayonda olmaması səbəbindən iştirak edə bilməyəcəyini bildirmiş və mülki iş üzrə məhkəmə iclasının 15 oktyabr 2022-ci il tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəmə iclasına gəlməməsinin üzrülü olmasını təsdiq edən sənəd təqdim edilmədiyi üçün onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İşdə olan İddiaçı ASC-in «Zaqatala» filialı ilə Hüseynov Samı̇ r Fərman oğlu arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli BK-426/MKOS/12-18 saylı kredit müqaviləsindən görünür ki, Hüseynov Samı̇ r Fərman oğluna illik 23 (iyirmi üç) faiz dərəcəsi olmaqla, 36 (otuz altı) ay müddətinə, fındıq emalı məqsədi üçün 20 000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı ASC-in «Zaqatala» filialı tərəfindən Hüseynov Samı̇ r Fərman oğluna 20000 manat vəsait verilmişdir. İşdə olan İddiaçı ASC-in Zaqatala filialı ilə Hüseynov Samı̇ r Fərman oğlu arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli 426/MKOS/12-18 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Hüseynov Samı̇ r Fərman oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə onun Zaqatala şəhəri, H. Z. Tağıyev küçəsi, ünvanında yerləşən 0.03466 ha torpaq sahəsində 6 A nömrəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində 78.72 kv.m ümumi 57.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə 22 iyun 2015-cü il tarixdə Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda notariat qaydasında təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən, ipoteka predmeti tərəflərin razılığı ilə bazar dəyəri 45 000 manat, kikvid dəyəri 36 000 manat qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH ******* seriyalı qeydiyyat nömərsi **********, qeydiyyat tarixi 19 iyun 2008-ci il olan çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri, H. Z. Tağıyev küçəsi, ünvanında yerləşən 0.03466 ha torpaq sahəsində 6 A nömrəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində 78.72 kv.m ümumi 57.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzil Hüseynov Samı̇ r Fərman oğlunun adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli qeydiyyat nömərsi ********** olan, qeydiyyat tarixi 25 dekabr 2018-ci il olan çıxarışın surətindən görünür ki, cavabdeh Hüseynov Samı̇ r Fərman oğlunun xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, H. Z. Tağıyev küçəsi, ünvanında yerləşən 0.03466 ha torpaq sahəsində 6 A nömrəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində 78.72 kv.m ümumi 57.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzil 24 dekabr 2018-ci il tarixli BK-426/MKOS/12-18 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə İddiaçı ASC-nin “Zaqatala” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan əmlakın qiymətləndirilməsi haqqında Aktın surətindən görünür ki, Cavabdeh məxsus olan (DƏDRX-nin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********54-05101-093003, Qeydiyyat nömrəsi ********** olan xx.xx.2008ci il tarixli Seriya MH ******* olan Çıxarışa əsasən) Zaqatala şəhəri, H. Z. Tağıyev küçəsi, ünvanında yerləşən 0.03466 ha torpaq sahəsində 6 A nömrəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində 78.72 kv.m ümumi 57.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzilin bazar qiyməti 45000 (qırx beş min) manat, likvid dəyəri isə 36000 ( otuz altı min manat) qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/515 nömrəli rəyindən görünür ki, internet saytı məlumatlarına əsasən ünvan 2 ünvanda yerləşən 5 saylı mənzilin 1 kvm-in hazırkı orta bazar qiyməti təqribən 650 manat məbləğində müəyyən edilir. ünvan 2 ünvanda yerləşən 5 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 51 000 manat məbləğində müəyyən edilir. İşdə olan ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan X5, X8, X6 və X9 20 və 24 dekabr 2018-ci il tarixli razılıq ərizələrindən görünür ki, Hüseynov Samı̇ r Fərman oğluna məxsus ünvan 2 ünvanda yerləşən 5 saylı mənzilin İddiaçı ASC-nin “Zaqatala” filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdırlar, ipotekaya qoyulmuş əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəklərinə söz vermişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsində qeyd edilmişdir ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Hüseynov Samı̇ r Fərman oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Bankın təqdim etdiyi maliyyə arayışına görə, 24 dekabr 2018-ci il tarixli BK- 426/MKOS/12-18 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan 13,689.61 ( on üç min altı yüz səksən doqquz manat, altmış bir qəpik) manat əsas borc, 5494,61 ( beş min dörd yüz doxsan dörd manat altmış bir qəpik) manat faiz borcu, 4,652.95 ( dörd min altı yüz əlli iki manat doxsan beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 23837.17 ( iyirmi üç min səkkiz yüz otuz yeddi manat on yeddi qəpik) manat məbləğində borcunun yarandığı göstərilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehdən əsas borca görə 13689,61 manat, faizə görə isə 5494,61 manat pul tutularaq iddiaçı banka ödənilməlidir. Cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinə gəldikdə isə məhkəmənin qənaətinə görə, cərimənin 500 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə iddianın “pulun tutulması” tələbinin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX-nin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********54-05101-093003, Qeydiyyat nömrəsi ********** olan xx.xx.2008-ci il tarixli Seriya MH ******* olan Çıxarışa əsasən Zaqatala şəhəri, H. Z. Tağıyev küçəsi, ünvanında yerləşən 0.03466 ha torpaq sahəsində 6 A nömrəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində 78.72 kv.m ümumi 57.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına "Turan Bank” ASC-yə ödənilməsi hissəsini də əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Hüseynov Samı̇ r Fərman oğlunun kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. Həmçinin, ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında mübahisə olduğunu nəzərə alaraq hesab edir ki, evin likvid qiyməti Azərbaycan Respblikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/515 nömrəli rəyinə əsasən 51.000 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “24 dekabr 2018-ci il tarixli BK-426/MKOS/12-18 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borcalan, ipoteka qoyan - Cavabdeh) tutularaq "Turan Bank” ASC-yə ödənilməsi” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünki, yuxarıda qeyd edildiyi kimi iddiaçının cavabdehlərdən tələb etdiyi pul məbləğinin qismən tutulması qənaətinə gəlinmişdir və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə qeyd olunan tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına isə məhkəmə hər hansı zərurət görmür. Bundan başqa məhkəmə iddia tələbinin İddiaçı ASC-nin Zaqatala Filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli BK-426/MKOS/12-18 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, kredit müqaviləsindən görünür ki, cavabdeh Hüseynov Samı̇ r Fərman oğluna 36 (otuz altı) ay müddətinə kredit verilmiş və kredit müqaviləsinin müddəti artıq 24 dekabr 2021-ci il tarixdə bitmişdir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı bank tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsum cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehdən iş üzrə keçirilmiş qiymətləndirmə ilə bağlı 100 manat xərc alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Hüseynov Samı̇ r Fərman oğlundan 24 dekabr 2018-ci il tarixli BK- 426/MKOS/12-18 saylı kredit müqaviləsi üzrə 13,689.61 ( on üç min altı yüz səksən doqquz manat, altmış bir qəpik) manat əsas borc, 5494,61 ( beş min dörd yüz doxsan dörd manat altmış bir qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla ümumilikdə 19684,22 (on doqquz min altı yüz səksən dörd manat iyirmi iki qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh Hüseynov Samı̇ r Fərman oğlundan 30 (otuz) manat dövlət rüsumu və çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 31 (otuz bir) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cəmi 19684,22 (on doqquz min altı yüz səksən dörd manat iyirmi iki qəpik) manat kredit borcu, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 31 (otuz bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat üzrə tutma 24 dekabr 2018-ci il tarixli 426/MKOS/12-18 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş cavabdeh Hüseynov Samı̇ r Fərman oğlunun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.03466 ha torpaq sahəsində 6 A nömrəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində 78.72 kv.m ümumi 57.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzilinə yönəldilsin. Cavabdeh Hüseynov Samı̇ r Fərman oğlunun xüsusi mülkiyyətində olan ipoteka predmeti olan həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 51000 (əlli bir min) manat olmaqla, açıq hərracda satılsın və onların satışından əldə edilmiş maliyyə vəsaiti hesabına cavabdeh Hüseynov Samı̇ r Fərman oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. Həmin daşınmaz əmlakların satışından əldə edilən pulun artıq qalan hissəsi cavabdeh Hüseynov Samı̇ r Fərman oğluna qaytarılsın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci cavabdeh Hüseynov Samı̇ r Fərman oğlundan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-75/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-75/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver