Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-76/2021 26.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh və onun vəkili X9 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onların xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası zamanı İddiaçı2 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Zaqatala Rayon Məhkəməsində onlara qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair iddia qaldırmışdır. Daha sonra iddianın həcmini artıraraq onlardan 20000 manat pul tələb etmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Lakin məhkəmələrdə alqı-satqı müqaviləsinin bağlanması öz təsdiqini tapmamışdır. Mübahisələndirilən, Əliabad qəsəbəsində yerləşən 1,36 ha torpaq sahəsi onların mülkiyyətindədir. Cavabdeh isə 2001- 2020-ci illərdə həmin torpaq sahəsində fındıq, arpa, yonca əkərək, otundan istifadə edərək 19 il ərzində torpaqdan xeyli miqdarda maddi gəlir əldə etmişdir. Bu hal X13 rəyi ilə də öz təsdiqini tapır. Belə ki, həmin rəydə açıq-aşkar qeyd olunmuşdur ki, cavabdeh fındıq topalarından il ərzində 800 kq. məhsul əldə etmişdir. Bu isə 6000 manat təşkil edir. Bundan başqa, cavabdeh həmin torpaqda arpa, yonca əkərək gəlir əldə etmişdir. Həmin rəydə son olaraq qeyd edilmişdir ki, cavabdeh həmin torpaq sahəsindən 10400 manat gəlir əldə etmişdir. Onlar həmin torpaq sahəsini cavabdehə satmamışlar, cavabdeh qanunsuz olaraq torpağı zəbt edərək torpaqdan 19 il bəhərlənərək yüksək gəlir əldə etmişdir. Cavabdeh həmin torpaq sahəsindən onun və ailə üzvlərinin adına çıxarış verilənədək, yəni 05 avqust 2019-cu il tarixədək istifadə etmişdir. Eyni zamanda bu mübahisə ilə bağlı 2019-cu ilin yay aylarında cavabdehlə aralarında mübahisə də olmuş, polis şöbəsinin əməkdaşlarının fındıq məhsulunun cavabdeh tərəfindən yığılması barədə məlumatı var. Ona görə də, cavabdehdən 10400 manat pulun alınaraq onlara verilməsini xahiş edir. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı1 İddiaçı2 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, əvvəllər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı1 və ailəsinə məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində “Tarquliyan” adlanan çöldə yerləşən 1,23 ha torpaq sahəsinin onunla sonuncu arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə verərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehdən onun və ailəsinə məxsus Əliabad qəsəbəsində “Tarquliyan” adlanan çöldə yerləşən 1,23 ha torpaq sahəsini ******* manata almışdır. Bu fakt aktla təsdiq olunur. Həmin alqı-satqı onların arasında 2001-ci ildə baş tutmuşdur. Alqı-satqını torpağın mülkiyyət hüququnu müəyyən edən sənədlər verilmədiyinə görə notariat kontorunda rəsmiləşdirə bilməmişlər. Alqı-satqı müqaviləsi bağlanmadığı təqdirdə 20000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(033)-194/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş ******* manatın hazırki manata nisbəti olan 246 manat və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərc məbləği olan 10932 manatın alınaraq ona verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(033)-194/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin torpaq sahəsindən 2001-ci il tarixdən həmin torpaq sahəsi iddiaçının adına rəsmiləşdirildiyi tarixədək, yəni 05 avqust 2019-cu il tarixədək o, istifadə etmişdir. Bundan sonra isə həmin torpaq sahəsindən iddiaçıların özləri istifadə etmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh vəkili X15 çıxış edərək mübahisələndirilən torpaq sahəsinin iddiaçıların adına rəsmiləşdirildiyi vaxtdan sonra cavabdehin həmin torpaq sahəsindən istifadə edərək hər hansı gəlir götürmədiyini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı2 və X10 polis şöbəsinə müraciətləri əsasında araşdırma aparılmış, araşdırma nəticəsində məlum olmuşdur ki, 18 iyul 2019-cu il tarixdə Zaqatala rayonu Əliabad qəsəbə sakinləri X16 və qaynatası Cavabdeh mübahisələndirilən torpaq sahəsindən fındıq yığan zaman İddiaçı2 və İddiaçı1 ora gəlmişlər. Onlardan fındıq bağından çıxmalarını tələb etmişlər. Mübahisə zamanı İddiaçı2 ehtiyatsızlıqdan dərəcəsi təyin edilməyən xəsarət almışdır. Onların izahatları alınmışdır. Həmin torpaq sahəsindən yığılan fındıq məhsulunun kimin tərəfindən sonradan aparılması barədə məlumatı yoxdur. Məhkəmə baxışı iclasında iştirak edən şahid qismində dindirilmiş X12 şahid qismində dindirilmiş X1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-194/2019 nömrəli, 09 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş ******* manatın hazırki manata nisbəti olan 246 manat və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərc məbləği olan 10932 manatın alınaraq iddiaçı Cavabdeh Əmirastan oğluna verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2256/2019 nömrəli, 15 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-194/2019 nömrəli, 09 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək cavabdeh İddiaçı1 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş ******* manatın hazırki manata nisbəti olan 246 manat və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərc məbləği olan 10932 manatın alınaraq iddiaçı Cavabdeh Əmirastan oğluna verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli, 2(107)- 2256/2019 nömrəli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən 05 avqust 2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, X7 və X3 ümumi birgə mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 162 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində torpaq sahəsinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-92/2020 nömrəli, 16 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Əmirastan oğlunun cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X18 Azərbaycan Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsinin 15 fevral 2021-ci il tarixli 33 nömrəli rəyindən görünür ki, torpaq sahəsinə baxış zamanı həmin sahədə 210 ədəd fındıq ağacı olduğu müəyyən edilmişdir. Məhsuldarlıq göstəricisi ərazidə olan ağacların kiçik, orta və iri ağaclar olmasına görə bir fındıq ağacına təqribi 4 kq. məhsul miqdarında müəyyən edilmişdir. 2019-cu ildə 1 kq. fındıq məhsulunun bazar qiyməti isə 3,40 manat dəyərində olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən mübahisəli Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hazırda mübahisəli torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 2019-cu ilin avqust ayından istifadə edir. Həmin torpaq sahəsində fındıq ağacları mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X4 Dayaq Məntəqəsinin aqronomu tərəfindən fındıq ağaclarının məhsuldarlıq göstəricisinin müəyyən edilməsi məqsədilə baxış keçirildi. Fındıq ağacları tərəflərin və mütəxəssisin iştirakı ilə sayıldı. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-194/2019 nömrəli, 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş ******* manatın hazırki manata nisbəti olan 246 manat və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərc məbləği olan 10932 manatın alınaraq iddiaçı Cavabdeh Əmirastan oğluna verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı iddia edir ki, həmin torpaq sahəsinin cavabdehdə olduğu bütün vaxt ərzində 2001-ci ildən 2019-cu ilədək) cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin, yəni 10400 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh isə həmin torpaq sahəsindən 2001-ci il tarixdən iddiaçının adına rəsmiləşdirildiyi tarixədək, yəni 05 avqust 2019-cu il tarixədək onun istifadə etdiyini, bundan sonra isə həmin torpaq sahəsindən iddiaçıların özlərinin istifadə etdiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarından görünür ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ 05 avqust 2019-cu il tarixdə yaranmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı1 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş ******* manatın hazırki manata nisbəti olan 246 manat və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərc məbləği olan 10932 manatın alınaraq iddiaçı Cavabdeh Əmirastan oğluna verilməsi qət edilmişdir. İddiaçı isə 01 sentyabr 2020-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı ona dəymiş zərərin əvəzini tələb etmişdir. Cavabdeh isə həmin torpaq sahəsindən 2001-ci il tarixdən iddiaçının adına rəsmiləşdirildiyi tarixədək, yəni 05 avqust 2019-cu il tarixədək (sonuncu dəfə 18 iyul 2019cu il tarixdə) istifadə etmiş, sonra həmin torpaq sahəsindən çıxmış, bundan sonra isə həmin torpaq sahəsindən iddiaçıların özləri istifadə etmişlər. Bu hallar tərəflərin izahatları və işdə olan sübutlarla da təsdiq olunur. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə hazırki iş üzrə cavabdehə dəymiş zərərin məbləği müəyyən edildiyi halda, eyni zamanda mübahisələndirilən torpaq sahəsindən cavabdeh tərəfindən (torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirildiyi tarixədək, yəni 05 avqust 2019-cu il tarixinədək) bəhər götürülməsi cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, iş materialları ilə o da müəyyən olunur ki, qeyd edilən daşınmaz əmlakla bağlı tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun hər hansı bir notarial qaydada əqd bağlanılmasa da, torpaq sahəsi əvvəllər cavabdehin istifadəsinə verilmiş və bu razılıq əsasında cavabdeh 19 il istifadə etdiyi həmin torpağın keyfiyyətini artırılması üçün bar verən fındıq ağacı əkmiş və nəticədə gəlir əldə etmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçıların iddia etdiyi əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin, yəni 10400 manat pulun iddiaçılar cavabdehdən alınaraq onlara ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəf həqiqətən cavabdeh tərəfindən ona maddi zərər dəyməsini sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi rədd edildiyindən iddiaçının dövlətə ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı2 ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-76/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-76/2021
26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver