Məhkəmə qərarları › İş №2(033)-764/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-764/2025

29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-764/2025 29.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, X11 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, o, İddiaçı ilə sabiq həyat yoldaşı Cavabdeh birgə nigahdan olan övladları xx.xx.2018-ci il təvəllüdlü X2 üçün 180 (bir yüz səksən) manat alimentin artırılaraq 2025-ci ilin yaşayış minimuna uyğun olaraq sabit 246 (iki yüz qırx altı) manat məbləğində alimentin artırılmasına və gələcək illərdə indeksasiya edilərək hər ay vaxtlı-vaxtında İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Fənnan qızı keçmiş həyat yoldaşı Cavabdeh qarşı azyaşlı övladının saxlanılması üçün alimentin məbləğinin artırılması tələbi ilə Zaqatala Rayon Rayon Məhkəməsinə müraciət edir. Birgə nigah dövründə cavabdehlə onun xx.xx.2018-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Cavabdehlə ayrıldıqları gündən qızı onun himayəsindədir və azyaşlı övladı yalnız onun maddi və mənəvi dəstəyi ilə böyüyür. Bu günə kimi uşağının səhhəti, sağlamlığı, sosial və məişət problemlərini yalnız, təkbaşına həyata keçirmişdir. Cavabdeh yalnız indiyə qədər olan minimumdanda aşağı səviyyədə təyin edilən alimenti belə ödəməkdə çətinlik çəkib. Uşağını təkbaşına saxlamaq günün tələblərinə əsasən onun üçün maddi cəhətdən çətindir. Qeyd edir ki, xx.xx.2023-cü ildə 2(033)-82/2023 saylı qərara əsasən Zaqatala Rayon Məhkəməsi tərəfindən rəsmi nikahları pozulmuş və 2022-ci ildən biz cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra o, həmin vaxtdan bu günə kimi övlad ilə heç bir mənəvi və maddi qayğı göstərmir. Bir ata kimi üzərinə düşən heç bir atalıq vəzifəsinin məsuliyyətini dərk etmir. Hidrosfaliya xəstəsi olan və 11 dəfə ağır əməliyyat keçirən balasına nəinki maddi, heç mənəvi belə qayğı göstərməmişdir. Onlar faktiki olaraq 2022-ci ildən aryılsaqda bir il ailələrinin bərpa olunmasına səbr etsə də, uşağının atasız qalmamasına olan ümidini cavabdeh ümidsizliyə çevirməsi səbəbindən o məcburiyyət qarşısında qalaraq anadangəlmə əlil olan balasını da götürürək ata evinə qayıtmış və rəsmi qaydada boşanmağı üçün müraciət etmişdir., xx.xx.2023-cü il tarixində Mediasiya Təşkilatı tərəfindən uşağın saxlanması üçün təyin edilmiş 180 manat alimenti cavabdeh vaxtında ödəmədiyi səbəbindən xx.xx.2025-ci il tarixində Zaqatala Rayon Məhkəməsinin hakimi Zərifə xanım Məmmədovanın sədrliyi ilə Barışıq Sazişi təsdiq edilərək, qanuni qüvvəyə minmişdir. Mediasiya Təşkilatı tərəfindən təyin olunan uşağın saxlanması üçün minimum 180 (bir yüz səksin) manat alimenti belə ödəməyi könüllü sürətdə həyata keçirməyən cavabdeh uşağın digər xərcləri ilə ümudiyyətlə maraqlanmır. O bir ata kimi heç bir məsuliyyəti dərk etmir. Ödənişlər dəfələrlə mübahisəli vəziyyət alsada cavabdeh heç bir məsuliyyət daşımamış və Uşaq hüquqlarını pozmuşdur. Az yaşlı övladı artıq böyüyür və onun təlabatları günü-gündən artır. Övladının onun valideynlərinin maddi və mənəvi dəstəyi ilə böyüyür. Günün tələblərinə cavab verən atmosferada balasını böyüdə, sağlamlığını müalicə edə, ə m ə l i y y a t e t d i r ə və digər ehtiyaclarını qarşlamaqda çətinlik çəkir . Çünki az yaşlı olan övladımın ehtiyacları da böyüyür və o tək ana kimi onları qarşılamaqda çətinlik çəkir. İddiaçı “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə müraciət edərək minimum əmək haqqının 0,55 misli həcmdə alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini və növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə verərək minimum əmək haqqının 0,55 misli həcmdə alimentin tutulması barədə iddia tələbini qəbul etdiyini və işə onun iştirakı olmadan baxılmaısnı məhkəmədən xahiş etdi. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişdirlər lakin hər biri ayrı-ayrılıqda ərizə ilə müraciət edərək mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, övladı xəstədir və aliment məbləği heç bir xərcini ödəmir. Uşaq baxıma möhtac olduğundan işləyə bilmir. Əvvəlki məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etmədiyini, işləmədiyini, yetərli gəlirinin olmadığını bildirdi. O, iddiaçının artım tələb etmək üçün tam haqqının olduğunu qeyd etdi, lakin maddi vəziyyəti əlverişsizdir deyə heç cür aliment ödəyə bilmir. İş yeri olsa aylıq 500 manat da aliment ödəməyə razı olduğunu, lakin iş yerinin olmadığını və himayəsində başqa iki uşağının da olmasını qeyd etdi. Vaxtı olduqca uşağı gedib görəcəyini bildirdi. Mülki is materiallarında olan sənədlər Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-82/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı X7 ilə Cavabdeh arasında Qax rayonu Tasmalı kənd İƏDüzrə nümayəndəliyində 04 noyabr 2016-cı ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 25 mart 2018-ci ildə doğulmuş X10 iddiaçı X3 himayəsində saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(033)-458/2025 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, ərizəçi X7 ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Mediasiya zaman, tərəflər, mediasiyaya edilən 300 manat aliment tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan doğulmuş uşaqlar, xx.xx.2018-ci il təvəllüdlü X1, üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla 18 yaşı tamam olana kimi , hər ay, 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin, X8 tərəfindən X3 bankda açılan carı hesabına ödəyəcəyinə razılığa gəlmələrinə” dair hissəsi təsdiq edilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsindən görünür ki, X10 həkim neyrocərraha göndəriş almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanası xəstənin stasionar tibbi kartından 1967 nömrəli çıxarışdan görünür ki, X9 “Baş beynin anadangəlmə inkişaf qüsuru. Posthemorragik areorbtiv hidrosefaliya. Əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun : 5-ci maddəsinə əsasən dövlət оrqanları, bütün fiziki və hüquqi şəхslər öz fəaliyyətində uşaqların mənafеlərini üstün tutmalı, оnların hüquqlarının təmin оlunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Rеspublikası Qanunvеriciliyi ilə müəyyən еdilmiş minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2025-cü il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları olan 25 mart 2018-ci il təvəllüdlü X9 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 180 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı tərəflər arasında 2023-cü il tarixdə razılaşdırılmış və uşağın 5 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşaq 7 yaşındadır və ötən müddət ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması və səhhəti ilə bağlı xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən 180 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin bir uşağa hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,55 misli həddinə çatdırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən alınaraq 25 mart 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(033)-458/2025 saylı qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişi ilə müəyyən edilmiş İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,55 misli həddində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Cavabdehdan 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(033)-458/2025 saylı qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişi ilə müəyyən edilmiş Cavabdehdan İddiaçı xeyrinə 25 mart 2018-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 180 (bir yüz səksən) manat miqdarda alimentin məbləği artırılsın. 25 mart 2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,55 misli həddində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar