Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-81/2020 20.05.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlərdən ona vurduğu ziyanın, yəni 3000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Qax rayonu Güllük kəndində qaynına məxsus torpaq sahəsini 1 illik icarəyə götürərək qarğıdalı əkmişdir. xx.xx.2019-cu il tarixdə cavahdehlərə məxsus olan mal-qara ona məxsus olan qarğıdalı sahəsinə girərək maddi ziyan vurmuşlar. Belə olan halda o cavahdehlərə məxsus olan mal-qaranı kəndin tövləsinə salaraq sahiblərinə bildirmişdir. Bundan sonra sahə inspektorunun, tərəflərin iştirakı ilə akt tərtib olunaraq mal-qaranı cavahdehlərə təhvil vermişdir. Bundan sonra o Qax rayonu X5 müraciət edərək dəymiş ziyanın hesablanmasını xahiş etmişdir. X9 İdarəsinin mütəxəssisi əkin sahəsinə baxış keçirmiş ziyan hesablanmışdır. Mütəxəssis rəyinə əsasən hesablanmış dəymiş zərərin əvəzinin cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş edir. Lakin, cavabdehlərə dəfələrlə müraciət etsə də, cavabdehlər ona dəymiş zərəri ödəməkdən yayınmışdır. Qeyd olunan hadisə nəticəsində onun əmlakına 3000 manat zərər dəymişdir. Həmin zərər də cavabdehlər tərəfindən ödənilməlidir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsində göstərilənləri qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən də özünə və digər cavabdehlərə məxsus iribuynuzlu heyvanlar iddiaçı tərəfindən əkilmiş 1,5 ha qarğıdalı sahəsinə girmişdir. Lakin 1 dəfəyə rəydə qeyd edilən həcmdə qarğıdalı məhsulunu mal məhv edə bilməz. Həmin gün Qax Rayon Polis Şöbəsinə çağırılıb və orada ifadə verib. Dəymiş maddi zərərlə bağlı iddiaçı Polis Şöbəsində hər-hansı tələb irəli sürməyib, şöbədə izahatı alındıqdan sonra iribuynuzlu malı təhvil alıb. Hazırda iddiaçıya 100 kq qarğıdalı məhsulunu və ya onun dəyərini verə bilər, çünki ona məxsus mal ancaq 100 kq qarğıdalı məhsuluna zərər verə bilərdi. 8 ton qarğıdalının dəyərinin neçə manat olduğunu bilmir və hazırda qeyd edilən həcmdə qarğıdalı məhsulunun dəyərini vermək üçün maddi imkanı yoxdur. İddia ərizəsinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 izahatına uyğun izahat verərək iddia ərizəsinin qismən təmin edilməsini xahiş etdilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Qax rayonu İcra Hakimiyyəti Güllük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2019-cu il tarixdə təsdiq edilmiş müqavilədən görünür ki, Güllük kənd sakini X6 1,5 ha pay torpağını Tasmalı kənd sakini İddiaçı 1 il müddətinə icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş Qax rayonu Güllük bələdiyyəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş 68 nömrəli arayışdan görünür ki, X1 ərazisində 3,13 ha pay torpaq sahəsi vardır. Həmin pay torpaq sahəsinin 1,5 hektar hissəsini İddiaçı 1 illik icarəyə vermişdir. Sonuncu həmin 1,5 ha torpaq sahəsində qarğıdalı əkmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə Qax RPŞ-nə ünvanlanmış ərizəsi əsasında aparılmış araşdırmanın nəticəsinə dair xx xxxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı ərizə ilə Qax RPŞ-nə müraciət edərək Qax rayonu Güllük kənd ərazisində yerləşən ona məxsus qarğıdalı sahəsinə Zaqatala rayonu Gözbarax kənd sakinləri Cavabdeh1 məxsus 4 baş, X3 məxsus 2 baş, Cavabdeh3 məxsus 4 baş və Cavabdeh2 məxsus 4 baş iribuynuzlu mal-qaranın daxil olması nəticəsində maddi ziyan vurulmasını bildirmişdir. Ərizə RPŞ-nin dəftərxanasında 172-12427M-3118 nömrə ilə qeydiyyata alınaraq icraata daxil olmuşdur. Araşdırma zamanı izahatı alınan İddiaçı izahatında Qax rayonu Güllük kəndi ərazisində 1.3 ha sahədə qarğıdalı əkdiyini, xx.xx.2019-cu il tarixdə sahəyə baxmağa gedəndə sahəyə bir neçə baş iribuynuzlu mal-qaranın daxil olaraq ziyan vurduğunu gördüyünü, həmin heyvanların sahibinin müəyyən edilməsi məqsədilə onları gətirib Tasmalı kəndində mal-heyvan üçün ağıla saldığını, bu barədə kənd bələdiyyəsinə və polisə məlumat verdiyini, xx.xx.2019-cu il tarixdə heyvanların sahiblərinin Zaqatala rayonu Gözbarax kənd sakinləri Cavabdeh1, C.C.Didayevin, Cavabdeh3 və Cavabdeh2 olmasının müəyyən edildiyini, heyvanların aktla sahiblərinə təhvil verildiyini göstərmişdir. İzahatı alınan Cavabdeh1 izahatında xx.xx.2019-cu il tarixdə özünə məxsus iribuynuzlu mal- qaranı kəndin çöllük sahəsinə buraxdığını, heyvanların səllim qalaraq gedib İddiaçı məxsus qarğıdalı sahəsinə girdiklərini, bunu qəsdən etmədiyini, vətəndaşa dəymiş ziyanı ödəməyə hazır olduğunu göstərmişdir. İzahatları alınan C.C.Didayev, Cavabdeh3 və Cavabdeh2 də eyni məzmunlu izahatlar vermişlər. Heyvanların sahiblərinə sağ-salamat təhvil verilməsinə dair akt tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Qax Dövlət X8 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 392 nömrəli mütəxəssis rəyindən göünür ki, İddiaçı Güllük Ərazi İcra Nümayəndəliyinin ərazisində əkdiyi 1,5 ha dən qarğıdalı sahəsinə xx xxxxxxxx 2019-cu il tarixdə baxış keçirilmişdir. Sahəyə baxılan zaman qarğıdalı məhsulunun 80-85 faizi iri buynuzlu mal-qara tərəfindən yeyilərək, tapdalanaraq məhv olunmuşdur. Bu il Qax rayonunda qarğıdalıdan orta hesablama 70,4 sentner dənə qarğıdalı götürüldüyünü nəzərə alaraq şikayətçiyə təqribi hesablamalara görə 7,5-8 ton miqdarında ziyan dəydiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş “Kristal-MM” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, 1101/20 nömrəli rəyindən görünür ki, 2019-cu ildə qarğıdalı məhsulunun yığım zamanı orta bazar qiyməti 350 manat təşkil etmişdir. İddiaçı dəymiş zərərin təqribi dəyəri 3000 manatdır. Qiymətləndirmə xərcləri isə 150 manat təşkil etmişdir. Məhkəmə tərəfindən mübahisəliİddiaçı Güllük Ərazi İcra Nümayəndəliyinin ərazisində əkdiyi 1,5 ha dən qarğıdalı sahəsinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmiş və baxış zamanı cavabdehlərin mal-qarası tərəfindən zərər dəymiş torpaq sahəsi həm iddiaçı, həm də cavabdehlər tərəfindən dəqiqləşdirilmişdir. Həqiqətən mütəxəssis tərəfindən qeyd edilən əraziyə xx xxxxxxxx 2019-cu il tarixdə baxış keçirildiyi öz təsdiqini tapmışdır. Belə ki, cavabdehlər məhkəmə iclasında baxışın məhz həmin əraziyə keçirilib-keçirilməməsini mübahisələndirmişlər. Halbuki mütəxəssis baxış zamanı hazırda olduqları torpaq sahəsinə baxış keçirdiklərini və bir daha xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş baxışın nəticələrinə dair verdiyi rəyi təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı iddiaçının izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı, Qax rayonu Güllük kəndində X4 məxsus torpaq sahəsini 1 illik icarəyə götürərək qarğıdalı əkmişdir. xx.xx.2019-cu il tarixdə cavahdehlərə məxsus olan mal-qara ona məxsus olan qarğıdalı sahəsinə girərək qarğıdalı məhsulunu məhv etmişdir. Hadisə nəticəsində İddiaçı 3000 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı ona dəymiş maddi zərəri tələb edir. Cavabdehlər isə iddianı qismən qəbul edərək rəydə göstərilən həcmdə qarğıdalı məhsulunu mal-qaranın məhv edə bilməməsini, yalnız onların mal-qarası həmin torpaq sahəsində olan qarğıdalı məhsulunun bir hissəsini məhv etdiyini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla İddiaçı icarəsində olan torpaq sahəsində əkdiyi qarğıdalı məhsulunun 80-85 faizinin iri buynuzlu mal-qara tərəfindən yeyilərək, tapdalanaraq məhv olunması (ona ziyan dəyməsi) ilə nəticələnən hadisəsinin məhz cavabdehlərin təqsiri üzündən baş verdiyi, bunun nəticəsində İddiaçı 3000 manat maddi zərərin dəyməsi öz təsdiqini tapdığından İddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada maddi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 150 manat mütəxəssis xərci alınaraq-Təşkilatın adı: “Kristal-MM” şirkəti, VÖEN **********, Hesablaşma hesabı: AZ12NBCB4006009AZN********** hesaba ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada maddi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 3030 (üç min otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 150 (bir yüz əlli) manat mütəxəssis xərci alınaraq-Təşkilatın adı: “Kristal-MM” şirkəti, VÖEN **********, Hesablaşma hesabı: AZ12NBCB4006009AZN********** hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-81/2020
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-81/2020
20.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver