Məhkəmə qərarları › İş №2(033)-813/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-813/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-813/2021 16.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı TuranBank ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli İK № 945/GK/11-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 482.24 manat əsas borc, 4.13 manat faiz borcu olmaqla, ümumilikdə 486.37 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməm\lərinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən iddiaçı TuranBank ASC-nin nümayəndəsi X3 oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd edilənləri təsdiq edərək göstərmişdir ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli İK № 945/GK/11-19 saylı kredit müqaviləsinə əsasən, ona faiz dərəcəsi 1% faiz 12 (on iki) ay güzəşt müddəti olmaqla 60 (altmış) ay müddətinə 482.46 (dörd yüz səksən iki manat, qırx altı qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh 25 noyabr 2019-cu il tarixli İK № 945/GK/11-19 saylı kredit müqaviləsinə əsasən 01 iyul 2021-ci il tarixinədək 482.24 (dörd yüz səksən iki manat, iyirmi dörd qəpik) manat əsas borc, 4.13 (dörd manat, on üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 486.37 (dörd yüz səksən altı manat, otuz yeddi qəpik) manat borcu vardır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankn xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli İK № 945/GK/11-19 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0.1% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. İddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, təsdiq olunmuş surəti işdə olan İddiaçı ASC-in «Zaqatala» filialı ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2019-ci il tarixli İK seriyalı 945/GK/11-19 nömrəli güzəşt kredit müqaviləsinə əsasən Bank 23.08.2013-cü il tarixli, 100/FM/13 saylı kredit müqaviləsinə (bundan sonra əvvəlki kredit müqaviləsi adlanacaq) əsasən Borcalana 18 (on səkkiz) ay müddətinə qaytarmaq şərti ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit vermişdir və tərəflər hazırkı müqaviləni bağlamaqla vaxtı keçmiş həmin kredit borcunun restrukturizasiyası barədə razılığa gəlirlər. Bu məqsədlə Bank 12 (on iki) ay güzəşt müddəti olmaqla 60 (altmış) ay müddətinə qaytarmaq şərti ilə 482.46 (dörd yüz səksən iki manat 46 qəp.) manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edib bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Borcalan bu kreditdən istifadəyə görə illik 1 faiz olmaqla faiz ödəyir. Həmin müqavilənin 4.1 və 4.1.4-cü bəndlərinə əsasən Bankın borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, habelə bu müqavilədə nəzərdə tutulmuş digər hallar baş verdikdə kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (girov, ipoteka, zaminlik və s) və Borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək, habelə bu məqsədlə məhkəmədə iddia qaldırmaq hüququ vardır. İşdə olan 25.11.2019-cu il tarixli məxaric orderindən görünür ki, İddiaçı ASC-in «Zaqatala» filialı tərəfindən Cavabdeh 482,46 manat vəsait verilmişdir. İşdə olan Cavabdeh hesabından çıxarışdan görünür ki, onun 25 noyabr 2019-cü il tarixli İK seriyalı 945/GK/11-19 nömrəli kredit kredit müqaviləsi üzrə 482,24 manat əsas borcu, 4,13 manat faiz borcu yaranmışdır. İşdə olan Cavabdeh ünvanlanmış 22 fevral 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı, Cavabdeh 25.11.2019-cu il tarixli 945/GK/11-19 saylı kredit müqaviləsi üzrə borcların ödənilməsinin tam şəkildə 3 iş günü müddətində təmin edilməsini, kredit üzrə öhdəliklərin təmin olunması məqsədilə kredit müqavilələrinin şərtlərinə uyğun olaraq kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və götürülmüş kreditin ödənilməmiş hissəsinin əmlaka və zaminə yönəldilməsinə dair iş materiallarının hazırlanaraq aidiyyatı üzrə Məhkəmə orqanlarına göndəriləcəyinə dair xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2019-cü il tarixli İK seriyalı 945/GK/11-19 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 23.08.2013-cü il tarixli, 100/FM/13 saylı kredit müqaviləsinə əsasən 18 (on səkkiz) ay müddətinə qaytarmaq şərti ilə verilmiş 2500 (iki min beş yüz) manat məbləğində kredit məbləğinin ödənilməmiş 482,46 manat hissəsinin restrukturizasiya edilərək 482,46 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən iddiaçı 12 (on iki) ay güzəşt müddəti olmaqla. 60 (altmış) ay müddətinə qaytarmaq şərti ilə 482.46 (dörd yüz səksən iki manat 46 qəp.) manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin və ona hesablanmış faizin mühüm hissəsini iddiaçıya qaytarmamışdır. Göstərilənlərə, həmçinin istinad edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə bu qənaətdədir ki, 482,24 manat əsas kredit borcu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, işdə olan sənədlərdən aydın olur ki, Cavabdeh məlum kredit məbləğini faizlərlə yəni, illik 1 faizlə ödəməyi öhdəsinə götürmüşdür. Müəyyən edildi ki, Cavabdehnın əsas kredit borcuna hesablanmış faiz borcu 4,13 manat məbləğindədir. Mülki Məcəllənin 741-ci maddəsində qeyd edilmişdir ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Məhkəmənin qənaətinə görə əsas kredit məbləği ilə yanaşı uyğun olaraq faiz borcunun da Cavabdeh tutulması qanuna və müqaviləyə tam uyğundur. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh onunla İddiaçı ASC arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli 945/GK/11-19 nömrəli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna və iddiaçı tələb etdiyinə görə həmin müqavilə ləğv edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli 945/GK/11-19 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 482,24 manat məbləğində əsas borc, 4,13 manat məbləğində faiz borcu, cəmi 486,37 manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı KB ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinin tələbinə görə də tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinin imperativ tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia ərizəsi təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli 945/GK/11-19 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 25 noyabr 2019-cü il tarixli İK 945/GK/11-19 nömrəli kredit müqaviləsinə əsasən, 482,24 (dörd yüz səksən iki manat iyirmi dörd qəpik) manat əsas kredit borcu, 4,13 (dörd manat on üç qəpik) manat ona hesablanmış faiz borcu olmaqla, cəmi 486,37 (dörd yüz səksən altı manat otuz yeddi qəpik) manat kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar