Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-957/2022 26.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, iddiaçı Finex Kredit BOKT ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı Finex Kredit BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 002388/19 saylı kredit müqaviləsi üzrə əsas borc 549.85 (beş yüz qırx doqquz manat, 85 qəpik) AZN, faiz borcu 405.21 (dörd yüz beş manat, 21 qəpik) AZN, dəbbə 3096.57 (üç min doxsan altı manat, 57 qəpik) AZN, cəmi 4051.63 (dörd min əlli bir manat, 63 qəpik) AZN, xx.xx.2019-cu il tarixli, 002223/19 saylı kredit müqaviləsi üzrə əsas borc 8511.83 (səkkiz min beş yüz on bir manat, 83 qəpik) AZN, faiz borcu 6450.76 (altı min dörd yüz əlli manat 76 qəpik) AZN, cəmi 14962.59 (on dörd min doqquz yüz altmış iki manat, 59 qəpik) AZN, ümumilikdə hər iki müqavilə üzrə cəmi 19014.22 (on doqquz min on dörd manat, 22 qəpik) AZN və iş üzrə ödənilmiş 148 (bir yüz qırx səkiz) AZN məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması; tutmanın xx.xx.2019-cu il tarixli girov müqaviləsi üzrə iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş 1 ədəd boyunbağı və kulon 12,9 qram (583 əyyara çevrildikdə), 1 ədəd boyunbağı 5,7 qram (583 əyyara çevrildikdə), 4 ədəd üzük 35 qram (583 əyyara çevrildikdə), 1 ədəd üzük 3,9 qram (583 əyyara çevrildikdə), 3 ədəd boyunbağı 50,5 qram (583 əyyara çevrildikdə), 1 ədəd qolbağ 8,5 qram (583 əyyara çevrildikdə), xx.xx.2019-cu il tarixli girov müqaviləsi üzrə 1 ədəd boyunbağı 159,6 qram (583 əyyara çevrildikdə), 1 ədəd dəst 17.9 qram (583 əyyara çevrildikdə), 1 ədəd dəst 12.0 qram (583 əyyara çevrildikdə), 2 ədəd üzük 19,6 qram (583 əyara çevrildikdə) qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərrac vasitəsilə satılması; girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Finex Kredit BOKT ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.9-cu maddələrinə görə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Müəyyən etdim ki, iddiaçı Finex Kredit BOKT ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna görə də, iddiaçı Finex Kredit BOKT ASC-nin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçı Finex Kredit BOKT ASC-yə göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı Finex Kredit BOKT ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-957/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-957/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver