Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-113/2025 11.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 30.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh 2023-cü ilin yanvar ayında ona müraciət edərək, təcili olaraq 2000 manat pul lazım olmasını bildirmiş, o, da köhnə tanışı olduğuna görə ona kömək etmək məqsədilə bu pulu vermiş, Ramin təxminən 2-3 ay sonra həmin pulu ona qaytarmışdır. Daha bir müddət ötəndən sonra Cavabdeh yenidən ona müraciət etmiş, pul lazım olmasını bildirmiş, bu dəfə 30.000 manat məbləğində onldan pul istəmiş, hətta əlavə etmişdir ki, onun yaxın tanışı, dostu olan Zaur ondan borc pul alıb uzun zamandır qaytarmır. Ramin onu da əlavə etmişdir ki, həmin pulu tanışlarından toplayıb Zaura vermişdir. Əgər qısa zamanda o pulu qaytarmasa həmin şəxslər şikayətçi olacaqlar və onun işinə xələl gələr. Amma Qaradağ ərazisində torpaq sahəsi var, onu satışa qoymuş, sadəcə olaraq çox qısa zamanda 30.000 manat məbləği onlara qaytarmalıdır ki, sonra rahat satıb borcu qaytarsın. O, Raminə bildirmişdir ki, o qədər məbləğ onda yoxdur. Sadəcə o, da ehtiyyat edir ki, birdən qaytarmazsan bu dəfə onu çıxılmaz vəziyyətə salarsan. O isə cavabında torpağına baxmağa gələnlər var, narahat olma demişdir. Hətta 30.000 manat borc məbləği üçün Raminin öz imzasıyla dilindən borclu olduğu barədə ona qəbz yazıb verməsini təklif etmiş və Ramin elə də etmişdir. Ramin öz; imzasıyla dilindən qəbz yazaraq vermiş və o da, həmin 30.000 manat pulu iş adamı olan dostundan alıb bir necə aylığa Raminə vermişdir. Ramin qısa zaman ərzində torpağı satıb ona olan borcu qaytaracağını bildirmişdir. Amma müəyyən zaman ötəndən soma onunla əlaqə saxlamış və ona məlum olmuşdur ki, Cavabdeh satışa çıxardığı heç bir torpaq sahəsi yoxdur və olmamışdır. Sadəcə olaraq həmin məqamda onun inamından sui-istifadə edərək belə bir fikir irəli sürmüş və özünü düşdüyü vəziyyətdən çıxarmışdır. Cavabdeh iddia təbəinə qarşı etirazla məhkəmyə müraciət edərək, etirazı ounnla əsaslandırmışdır ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, onun xeyrinə 30.000 manat məbləğində pulun tutulmasını tələb etmiş, o, Mehmandan 1000 manat almış və aldığı pulu da qaytarmışdır. Belə ki, 950 manat bir, 340 manat da bir olmaqla, 1290 manat Mehmana pul qaytarmış, aldığı 1000 manat borcdan əlavə 290 manat artıq pul vermişdir. Zaurun 700 manat ona borcu olmuş, Mehman müəllimdən geri 2000 alacaq, Raminin 700 manatını qaytarmağını, birdə aldıqları 1000 manatı kimdən borc almısalar da, ona verilməsini, 300 manat şapka götürəcəyini deyərək onları aldatmışdır.2 ay sonra 350 manat istəmiş, guya bu dəfə iş alınacaqdır, yenə alındıra bilməmiş, bütün puları da o, vermişdir. Sonra o, Mehmandan faizə pul almış, onun pulunu qaytaracaqdır demiş, İndi indi onunla əvəzləşdiyni, və pulu çox vermiş, demiş, Mehman ona qayıdıb demişdir ki, verdikləri pulu Zaurun puluna çıxmışdır. Mehmana pulu birinci pulu o, vermiş demiş, Mehman da alınması pulları qaytaracaq demişdir. O, Mehmana pulu Zarun borcuna çıxsın deyə vermədiyini, ona pulu geri alacağını demiş, amma bunu etməmsini bildirmişdir. Mehman pulları alıb fıraladaraq verməmiş,onu belə ziyana salmış,1000 manatı kimdənsə alıb vermiş və həmin adama 100 manat şirinlik vercəyini demişdir. Mehman bax belə onu 500 manata yaxın ziyana salmış, filan vaxtı iş alınacaq demiş, o, da kimdən borc almışsa 100 manat şirinlik vermiş, belə ziyana düşmüşdür. Mehman ona 1000 manat pulu verəndə Zaur yanlarında olmuş, yəni, iddia etdiyi kimi 30.000 manat deyil, ona cəmi 1000 manat pul vermiş, həmin pulu artıqlaması ilə Mehmana qaytarmış, onun Mehmana heç bir borcu yoxdur. Mehman kimə pul verirdisə ona qəbz yazdırır və imza etdirirdi. Qəbzi yazanda Mehman məbləğ olan yeri boş saxlanmasını deyirdi. 0612.2023-cü il tarixdə ona yazdırdığı qəbzdə də məbləğ olan yeri boş saxlamışdır ki, bəs məbləği özü yazacaqdır.xx.xx.2023-cü il tarixli qəbzdə də məbləğ yeri boş olmuşdur. Bir daha bildirir ki, iddiaçı ona qəbzdə yazıldığı kimi 30.000 manat deyil, 1000 ıııanat pul vermiş və həmin pulu da o, artıqlaması ilə qaytarmışdır. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmədən iddianın rədd olunmasım xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, şikayətçi olduğu Cavabdeh qarşı Zəngilan Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində 30000 manat pul tələbinə dair cavabdeh vəsatət verərərək bildirmişdir ki, borc barəsində yazdığı qəbz və həmin qəbzin sonunda çəkdiyi imza həqiqətən də ona məxsusdur. Amma həmin qəbzdə yazılan 30000 manat borc rəqəmi ona aid deyildir. Bu cavabdehin ona qarşı hiyləgər, təbirli, əvvəlcədən düşünülmüş və planlaşdırdığı bir addımıdır. Həmin qəbzi cavabdeh yazıb imzaladığı zaman ona xx.xx.2023-cü il tarixində “İnşaatçılar”metrosu yaxınlığında 20.000 manat borc pulu səhər saatlarında vermiş və həmin günün axşamı da yerdə qalan 10.000 manat pulu gətirib vermişdir. O, da həmin qəbzi öz xətti ilə yazmış, sonda öz imzasıyla qol çəkmiş, məbləğ yerini özü boş qoyub vermişdir ki, pul tamamlananda məbləği özü yazsın ki, pulu verən adamın da güvəni olsun. Hətta, özü demişdir ki, bir neçə boş vərəqi də imzalayıb verir ki, aralarında inam yaransın, pul sahibinə də rahat təqdim eləsin. Cavabdeh həmin günün axşamı pulun yarısını, yəni 10000 manatı alanda bir neçə boş vərəqi də imzalanmış halda ona vermiş, o, da vərəqləri alıb yerdə qalan 10.000 manat borc pulu ona vermişdir. Ramin bunu da demişdir ki, necə olmasa onun xətti və öz imzalarıdır, ona bu yaxşılığı elədin. Boş vərəqləri ona görə verir ki, əgər o, 30000 manat borc pulu qaytarmasa, boş vərəqlərə nə istəsən yaz əsas imzadır. Düşünmüşdür ki, Ramin bu vərəqlər ilə razılaşmaları barədə özü etiraf edəcəkdir. Çünki xx.xx.2023-cü il tarixdə axşam 10.000 manat borcu da Raminnə verəndə ona bildirmişdir ki, onun özünün dediyi kimi qəbzdə boş saxladığı hissəyə artıq 30.000 manat rəqəmləri yazıb vermişdir. Ramin yenə təkrarən bildirmişdir ki, öz xətti və imzası ilə yazmış, heç bir problem yoxdur. Ona bir müddətlik laızmdır, torpağı satıb 30.000 manat borc pulu vaxtında qaytaracaqdır. 30000 manat sözünü o,özü yazmış, çünki Ramin özü sən yaz demiş, amma Raminin ona qarşı belə oyun oyuyacağını isə bilməmişdir. Ona Zaur adlı şəxsə borcu olmasını və təcili pul lazım olmasını bildirmişdir. O, Raminə pulu verəndə yanlarında heç kim olmamışdır. Zaur onuda, Raminidə oyuna salmış, cavabdehlə aralarında borc müqavilələri yoxdur. İddiaçı cavabdehin verdiyin sualın işə aidiyyatı olmadığı üçün həmin suala cavab vermək istəmədiyini bildirmişdir. Cavabdehin dedikləri yalandır. Cavabdehin dediyi məbləğlər əvvəlcədən verilmiş, o, həmin məbləğləri iddia etmir, onun iddiası 30.000 manatla bağlıdır. Cavabdeh keçən iclasında ondan 1500 manat pul almasını bildirmiş, 340 manatı karta atmış, amma əslində o, Raminə 2000 manat pul vermişdir. Yerdə qalan pulu dostu Zaurun borcuna əvəzləşdirir. O, cavabdehə 2000 manat pul verməsini sübuta yetirə bilmir. Sonda iddiaçı məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, Mnhmandan dəfələrlə pul alıb qaytarmış, Mehman ona 3-4 vərəqə imza etdirmiş, 11 nəfər zərərçəkən var. O, 30.000 manat Mehmanddan pul almamışdır. İddiaçı başqa şəxsə 18.000 manatı notarius vasitəsi ilə, amma ona müqaviləsiz vermişdir. O, Mehmandan1000 manat almış və aldığı pulu da qaytarmışdır. Belə ki, 950 manat bir, 340 manat da bir olmaqla 1290 manat Mehmana pul qaytarmışdır. Aldığı 1000 manat borcdan əlavə 290 manat artıq pul vermişdir. Zaurun ona 700 manat borcu olmuş, Mehman demişdir ki, müəllimdən geri 2000 alacaq, Raminin 700 manatını qaytarar, birdə aldıqları 1000 manatı kimdən borc almışsa ona verərlər. 300 manatda şapka götürəcək deyərək onları aldatmışdır. 2 ay sonra 350 manat istəmiş, guya bu dəfə işi alındıracaq yenə alındıra bilməmişdir. Bütün pulları da o, vermişdir. Sonra o, Mehmandan faizə pul almış, onun pulunu qaytaracaq düzdü demiş, indi onunla əvəzləşdiyini, ona çox pul verməsini demişdir. Mehman qayıdıb ona müəllim o verdikləri pulu Zaurun puluna çıxmışış demiş, Mehmana pulu birinci o, verməsini demiş, Mehman da alınmasa pulları qaytaracaq demişdir. O, Mehmana demişdir ki, bəs pulu ona Zaurun borcuna çıxasan deyə verməmiş, ona pulu geri alacaqdın amma etmədin demişdir. Mehman pulları alıb fırladaraq verməmişdir. Mehman onu belə ziyana salmış, 1000 manatı kimdənsə alıb buna vermişsə, həmin adama 100 manat şirinlik verəcək demiş, Mehman bax belə onu 500 manata yaxın ziyana salmışdır. Ona söz vermişdir ki, filan vaxtı iş alınacaq o, da kimdən borc almışamsa, 100 manat şirinlik vermişdir. Belə o, ziyana düşmüşdür. Mehman ona 1000 manat pulu verəndə Zaur yanlarında olmuş, yəni Mehman iddia etdiyi kimi 30000 manat deyil, 1000 manat pul vermiş, o, həmin pulu artıqlaması ilə Mehmana qaytarmışdır. Yəni, onun Mehmana heç bir borcu yoxdur. Mehman kimə pul verirdisə ona qəbz yazdırmış və imza etdirmişdir. Qəbzi yazanda Mehman məbləğ olan yeri boş saxlanılmasını deyirdi. xx.xx.2023-cü ildə ona yazdırdığı qəbzdə də məbləğ olan yeri boş saxlamışdır ki, bəs məbləği özü yazacaqdır. xx.xx.2023-cü ildə qəbzdə məbləğ yeri boş olmuşdur. Bir daha bildirir ki, iddiaçı ona qəbzdə yazıldığı kimi 30000 manat deyil, cəmi 1000 manat pul vermiş və həmin pulu o, artıqlaması ilə qaytarmışdır. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmədən iddianın rədd olunmasını xahiş edir. O, maaş kartını Mehmana vermiş, 950 manatı Mehmana Zaurun yanında, 340 manatı isə Mehmanın kartına atmışdır.O, Mehmandan 1000 manat pul almış, 1290 manat qaytarmışdır. Mehman onu qorxudaraq ədliyyədə bir nəfər şəxsin adını çəkmiş, məbləğ yerinin boş saxlanılmasını istəmişdir. Mehmanın məhkəməyə təqdim etdiyi ağ kağızda olan imza onun imzasıdır, ondan bir ədəd olmamış, təxmini 4 ədəd olmalıdır. Mehman iddia ərizəsində də qeyd etmişdir ki, o, ondan 2000 manat pulu alıb qaytarmışdır.O, Mehmandan 1000 manat pul alıb hamısınıda qaytarmış, 340 manatı Mehmanın kartına atmış, 950 manatı Zaurun yanında vermişdir. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan və X1 tərəfindən imzalanmış qəbzdən görünür ki, o, xx.xx.2023cü il tarixdə İddiaçı 30.000 manat borc olaraq almış, 6 ay müddətində pulu qaytamasa məhkəmə qaydasında tələb olunmasına etiraz etməmiş, qəbzi özü yazmış və öz imzası ilə təsdiq edir. -İş materiallarında olan və Azərbaycan Respublikası Məhkəəm Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4/285 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 16-cı vərəqində Cavabdeh adından olan xx.xx.2023-cü il tarixli qəzdə «30.000 (otu min manat)» əlyazmaları-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 329.2.Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər birbirlərini tanıyırlar. Belə ki, Cavabdeh 2023-cü ilin yanvar ayında ona təcili olaraq pul lazım olduğundan iddiaçıya müraciət etmiş, iddiaçı da öz növbəsində Ramili tanıdığı üçün ona 2000 manat məbləğinə borc pul vermiş, cavabdeh 2-3 aydan sonra iddiaçıdan aldığı borcu geri qaytarmış, bir müddətdən sonra cavabdeh yenidən iddiaçıya müraciət edərək, ona təcisili olaraq 30.000 manat məbləğində pul lazım olmasını, əks təqdirdə şikayətçilərin ondan şikayət edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixində “İnşaatçılar”metrosu yaxınlığında iddiaçı 20.000 manat borc pulu səhər saatlarında cavabdehə vermiş və həmin günün axşamı da yerdə qalan 10.000 manat pulu gətirib vermiş, cavabdeh isə öz əlyazması ilə pulu almış və imza etmiş, məbləğ yerini isə pul tamalandıqdan sonra iddiaçının özü tərəfinhdən yazıliması üçün boş saxlamışdır.İddiaçı iddia edir ki, cavabdeh ondan 30.000 manat məbləğində borc almış və bu günə kimi həmin borcu qaytarmamışdır. Lakin, məhkəmə araşdırmaıs zamanı cavabdeh ona qarşı sürülən tələbi qəbul etməmiş və bildirmişdir ki, o, iddilaçıdan əvəllərdə borc pul alıb qaytarmışdır. Amma iddiaçıdan 30.000 deyil, 1000 manat borc almış, həmin borcdan 340 manat iddiaçının kart hesabana atmış, yerdən qalan 660 manat isə iddiaçının borcu olan Zaur adlı şəxslə əvəzləşdirmələrini bildirmişdir, lakin iddiaçı Zaura heç bir borcunun olmadığını,cavabdehin ona olan 30000 manat borcunu özünə qaytarmağını tələb etmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli əlyazmada olan əlyazının və imzanın cavabdeh onun tərəfindən icra olunmasını bildirsə də, həmin əlyazmada yazılan məbləğin onun tərəfindən deyil, məhz iddiaçının özü tərəfindən icra edilməsini bildirmişdir. Məhkəmə tərəfindən xətşunaslıq ekspertizası təyin edilmişdir və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4/285 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən də görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 16-cı vərəqində Cavabdeh adından olan xx.xx.2023-cü il tarixli qəzdə «30.000 (otu min manat)» əlyazmaları-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu da onu göstərir ki, cavabdehin iddiaçıya 30.000 manat borcunun olması sübuta yetmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 660 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı oğunun xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ekspertiza xərci olan 127 manat İddiaçı tutularaq Dövət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 660 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı xeyrinə ödənilsin. Ekspertiza xərci olan 127 manat İddiaçı tutularaq Dövət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-113/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-113/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver