Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-148/2024 15.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəs (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 27.300 manat məbləğinə əsas borcun, 5000 manat məbləğində mənəvi zərərin, 172 manat dövlət rüsumu məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Binəqədi qəsəbəsi 3-cü Mədən yaşayış massivində yaşayan, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə yaxın tanışı X4 vasitəsi ilə tanış olmuş, tanışlıq zamanı X4 Cavabdeh maddi çətinliklərinin olduğunu, təcili ona pul lazım olmasını bildirmişdir. O, Cavabdeh və cavabdehin valideynləri-atası X9 və anası X3 iştirakı ilə ayrı-ayrı tarixlərdə ümumilikdə 27.300 manat borc pul vermiş, indi isə pulunu tələb etməsinə baxmayaraq pulunu qaytarmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən korpus ev- 101b-SSUM-6 idarəsinin həyətində məskunlaşmaqla yaşayan X14, sonuncunun arvadı X8, onların qızı Cavabdeh qonşusu olan və tanıdığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən, korpus 83, mənzil 7-də yaşayan, X4 vasitəsi ilə 16 iyun 2022-ci il tarixdə tanımışdır. Onlarla əvvəllər heç bir münsibəti olmamış, qohumluq münasibəti də yoxdur. Belə ki, X4 16 iyun 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən, korpus 83, mənzil 7-yə dəvət etmiş və bildirmişdir ki, əslən Zəngilan rayonundan olan Cavabdeh ilə uzun illərdir ki, qonşudur, çox yaxşı münasibətləri vardır, hazırda Səmanın problemləri var və ona təcili 6.000 manat pul lazımdır, əgər onlara kömək kimi həmin pulu versə, 2-3 ay ərzində pulunu qaytaracaq və əlavə hörmət də edəcəkdir. Evinin sənədi olmadığına görə isə atası Eyvaz Əhmədovun əmək haqqı kartını girov qoyacaqdır. X6 səmimiyyətinə inanaraq onalara pul verməyə razılaşmışdır. 17 iyun 2022-ci il tarixdə axşam saat 19-20 radələrində Esmira Qüdrətova evində və onun şahid kimi iştirakı ilə Cavabdeh atası Eyvaz Əhmədov, anası Rəfiqə Əhmədovanın yanında yazdığı xx.xx.2022ci il tarixli borc müqaviləsinə əsasən 2.000 ABŞ dolları və 2.600 manat vermiş, lakin həmin müqavilənin 2-ci və 3-cü səhifəsində Eyvaz Əhmədov pulu özü qəbul etməsinə dair imza etmişdir. Bundan bir neçə gün sonra isə X18 Qüdrətovanın evində ondan əlavə olaraq 400 manat pul almışdır. Esmira Qüdrətova bunun şahidi olmuşdur. Onlara hər dəfə pulu verəndə 2-3 ay müddətinə pulu əlavəsi ilə birlikdə qaytaracaqlarını bildirmişlər. Həmin vaxt əlavə qaytaracaqları pulun dəqiq məbləğini deməsələr də, əlavə olaraq yaxşı pul verəcəklərini və narazı qalmayacağını bildirmişlər. Bundan sonra Cavabdeh faktiki istifadə etdiyi (051) 727-13-17, (051) ***-**-** və ya (077) ***-**-** nömrəli telefonla zəng edərək ona əlavə olaraq 4.500 manat pul lazım olması və əlavə yaxşı pul verəcəyini bildirmişdir. 01 avqust 2022-ci il tarixdə axşam saat 19-20 radələrində Esmira Qüdrətovanın evində və onun şahid kimi iştirakı ilə Cavabdeh atası Eyvaz Əhmədov və anası Rəfiqə Əhmədovanın yanında yazdığı 01 avqust 2022-ci il tarixli borc müqaviləsinə əsasən 1.400 ABŞ dolları və 1.620 manat vermişdir. Səma Əhmədov həmin pulu özü qəbul etməsinə dair imza etmişdir. Onlara pulu verəndə yenə də bildirmişlər ki, 2-3 ay müddətinə pulu əlavəsi ilə birlikdə qaytaracaqlar, heç bir narahatlığa sabəb yoxdur. Yenə əlavə qaytaracaqları pulun dəqiq məbləğini deməsələr də, əlavə olaraq yaxşı pul verəcəklərini, narazı qalmayacağını bildirmişlər. Bundan sonra 12 avqust 2022-ci il tarixdə Cavabdeh faktiki istifadə etdiyi (051) ***-**-** nömrəli, (051) ***-**-** və ya (077) ***-**-** nömrəli telefonla zəng edərək ona əlavə olaraq 1.700 manat pul lazım olmasını və əlavə yaxşı pul verəcəyini bildirmişdir, Yenidən 12 avqust 2022-ci il tarixdə axşam saat 22 radələrində Esmira Qüdrətovanın evində və onun şahid kimi iştirakı ilə Cavabdeh atası Eyvaz Əhmədov və anası Rəfiqə Əhmədovanın yanında yazılı qaydada 1.700 azərbaycan manatı vermişdir. Eyvaz Əhmədov həmin pulu özü qəbul etməsinə dair imza etmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayının ortalarında Cavabdeh yenə də faktiki istifadə etdiyi (051) 727-13-17, (051) ***-**-** və ya (077) ***-**-** nömrəli telefonla zəng edərək ona əlavə olaraq 9.000 azərbaycan manatı lazım olmasını bildirmiş və əlavə yaxşı pul verəcəyini demişdir. Yenidən xx.xx.2022-ci il tarixdə axşam saat 19- 20 radələrində Esmira Qüdrətovanın evində onun şahid kimi iştirakı ilə Cavabdeh atası Eyvaz Əhmədov və anası Rəfiqə Əhmədovanın yanında yazdığı 23 dekabr 2022-ci il tarixli borc müqaviləsinə əsasən əvvəlcə 3.000 manat, sonra isə 6.000 manat vermişdir. Müqaviləyə isə Cavabdeh nişanlısı Babaşov Xanbaba İbrahim oğlu pulu alan şəxs kimi, Cavabdeh zamin kimi, Esmira Qüdrətova isə şahid kimi imza etmişdir. Yenə də əlavə qaytaracaqları pulun dəqiq məbləğini deməsələr də, yaxın vaxtlarda əlavə olaraq yaxşı pul verəcəklərini, narazı qalmayacağını bildirmişlər. Bundan sonra 03 fevral 2023-cü il tarixdə Cavabdeh faktiki istifadə etdiyi (051) 727-13-17, (051) ***-**-** və ya (077) ***-**-** nömrəli telefonla zəng edərək əlavə olaraq 4.000 manat pul lazım olmasını bildirmişdir. 05 fevral 2023-cü il tarixdə axşam saat 20 radələrində Esmira Qüdrətovanın evində və onun şahid kimi iştirakı ilə Cavabdeh 05 fevral 2023-cü il tarixli borc müqaviləsi bağlamış və 4.000 manat Esmira Qüdrətovanın yanında ona vermiş, Cavabdeh həmin pulu özü qəbul etməsinə dair imza etmiş və Esmira Qüdrətova borc müqaviləsində şahid kimi imza etmişdir. Bundan sonra 14-15 mart 2023-cü il tarixdə Cavabdeh telefonla zəng edərək onlara təcili olaraq 1.700 manat pul lazım olmasını bildirmişdir. 16 mart 2023-cü il tarixdə saat 15-18 radələrində Esmira Qüdrətova ilə birlikdə onların evinə getmişlər. Orada pulu Rəfiqə Əhmədova almış və pulu almasını öz əli ilə yazaraq 1.700 manat pulu qəbul etmişdir. Bir müddət sonra onlardan pulunu tələb etməyə başlamış, lakin onlar hər dəfə aldatmaqla verdiyi puldan bir manat da olsun qaytarmamışlar və artıq ona tam məlum olmuşdur ki, aldadılmışdır. Beləliklə, Cavabdeh və onun ailə üzvləri onu aldatmaqla 27.300 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. O, Esmiraya inanaraq pulu onlara vermiş və Esmira ona bildirmişdir ki, narahat olmamasını, həmin şəxsləri yaxşı tanıyır. Eyvaz ilə birlikdə işlədiyindən olnların ailəsini yaxşı tanıyır və pulunu verəcəklər. Həmin şəxslər heç bir məbləğdə pul geri qaytarmamışdır. Səma ona kartlar girov qoyaraq əmək haqqı kartları olduğunu bildirmişlər ki, hər ay 1.500 manat karta pul oturaracaq, o da həmin kartdan pulun bir qismini alacaq, lakin onların təqdim etdiyi kartda ümumiyyətlə pul olmamış və həmin kart əmək haqqı kartı olmamışdır. Belə ki, o, polisə onlardan şikayət edəndə həmin kartları aparmış və məlum olmuşdur ki, bu kartlar adi bank kartlarıdır. Cavabdehin ondan 25.600 manat pul almasını girov müqaviləsində ailə üzvlərinin də imza etdiyi müqavilə ilə öz təsdiqini tapmışdır. 1700 manat pulu isə iddiaçının anası götürərək cavabdehə vermisdir. Bu barədə də borc müqaviləsi var və həmin borc müqaviləsi də bunu sübut edir. O, pul tələbi baradə Zəngilan rayonunda iddia qaldırmış və Cavabdeh məhkəməyə verdiyi vəsatətdə də ondan ümumilikdə 27.300 manat pul almasını özü etiraf etmişdir. Həmçinin, həmin 27.300 manatı qaynatası vermişdir ki, işləyib üstünü düzəldib ev alsınlar. Ona burdan da həm mənəvi, həm də maddi ziyan dəymişdir. Ona görə ki, o, ailəsi birlikdə kirayələrdə qalmışdır. Dəfələrlə pulunu cavabdehdən tələb etsə də, cavabdeh ona pulunu qaytarmayacağını bildirmisdir. Burdan da ona mənəvi ziyan dəymişdir. Həmçinin ailədə nüfuzu aşağı düşmüşdür. Ona görə ki, yoldaşı və qaynatasının da pulu tanımadığı adama verdiyi üçün onunla münasibətləri pisləşmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, o, Binəqədi qəsəbəsi 3-cü mədən yaşayış massivində yaşayan xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh ilə xx.xx.2022-ci ildə yaxın tanışı X4 vasitəsi ilə tanış olmuşdur. Tanışlıq zamanı X4 Cavabdeh maddi çətinliklərinin olduğunu, təcili ona pul lazım olmasını bildirmişdir. O, Cavabdehin valideyinləri-atası X14 və anası X3 iştirakı ilə ayrı-ayrı tarixlərdə ümumilikdə 27.300 manat borc pul vermiş, indi isə pulu tələb etməsinə baxmayaraq, pulunu qaytarmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 2ci Mədən korpus, ev 101 b SSUM-6 idarəsinin həyətində məskunlaşmaqla yaşayan X1 arvadı X8, onların qızı Cavabdeh qonşusu olan və tanıdığı Bakı şəhəri, Binəqədi rayonu 2ci Mədən korpus 83, mənzil 7-də yaşayan X4 vasitəsi ilə 16 iyun 2022-ci ildə tanımışdır. Onlarla əvvəllər heç bir münasibəti olmamış, qohumluq münasibətidə yoxdur. X4 16 iyun 2022-ci ildə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən korpus 83, mənzil 7-yə dəvət etmiş və bildirmişdir ki, əslən Zəngilan rayonundan olan Cavabdeh ilə uzun illərdir ki, qonşudur, çox yaxşı münasibətləri var, hazırda Səmanın problemləri olduğundan ona təcili 6000 manat pul lazımdır. Əgər onlara kömək kimi həmin pulu versə, 2-3 ay ərzində pulunu qaytaracaq və əlavə hörmət də edəcəkdir. Evinin sənədi olmadığına görə isə atası Əhmədov Eyvaz əmək haqqı kartını girov qoyacaqdır. X7 səmimiyyətinə inanaraq onlara pul verməyə razılaşmışdır.17 iyun 2022-ci ildə axşam saat 19-20 radələrində Qüdrətova Esmira evində və onun şahid kimi iştirakı ilə Cavabdeh atası Əhmədov Eyvaz, anası Əhmədova Rəfiqənin yanında yazdığı xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən 2000 ABŞ dolları və 2600 manat vermiş, lakin həmin müqavilənin 2-ci və 3-cü səhifəsində Əhmədov Eyvaz pulu özü qəbul etməsinə dair imza etmişdir. Bundan bir neçə gün sonra Esmira Qüdrətovanın evində ondan əlavə olaraq 400 manat pul almışdır. Qüdrətova Esmira bunun şahidi olmuşdur. Onlara hər dəfə pulu verəndə 2-3 ay müddətinə pulu əlavəsi ilə birlikdə qaytaracaqlarını bildirmişlər. Həmin vaxt əlavə qaytaracaqları pulun dəqiq məbləğini deməsələr də, əlavə olaraq yaxşı pul verəcəklərini və narazı qalmayacağını bildirmişlər. Bundan sonra Cavabdeh faktiki istifadə etdiyi ***-***-**-**, ***- ***-**-** və ya ***-***-**-** nömrəli telefonla zəng edərək ona əlavə olaraq 4.500 manat pul lazım olmasını və əlavə yaxşı pul verəcəyini bildirmişdir. 01 avqust 2022-ci ildə axşam saat 19-20 radələrində Qüdrətova Esmiranın evində onun şahid kimi iştirakı ilə Əhmədov Səmaya atası Əhmədov Eyvaz və anası Əhmədova Rəfiqənin yanında yazdığı 01 avqust 2022-ci il tarixli borc müqaviləsinə əsasən 1.400 ABŞ dolları və 1.620 manat vermişdir. Cavabdeh həmin pulu özü qəbul etməsinə dair imza etmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Bir il bundan öncə qaynatası evini satmış, onların paylarını vermişdir. Qonşu Esmira xanım ona zəng etmiş və bildirmişdir ki, qonşu Səma var gəlib ağlayıb-yalvarır ki, qaynanası əməliyyat olacaq, pula ehtiyacı var. O, da Esmira xanımı tanıdığı üçün pulu vermişdir. Esmira xanım onda pul olmasını bilirdi. O, dəfələrlə Esmiranın evində Səmaya pul vermiş, pulu həmişə verəndə ehtiyyat etdiyi üçün Səmaya imza etdirib nə qədər pul verdiyini qeyd etmişdir. Səmanın atası bir dəfə diz çöküb onun önündə ağlamışdır ki, oğlu narkomandır, onu tuturlar ona köməklik et və o da, yazığı gəldiyi üçün pul vermişdir. Ona yalandan bank kağızları gətirmişlər ki, bankdan pul götürməlidirlər. Ondan ayrı-ayrı vaxtlarda 27.300 manat pul almış və bank şapka istəyir deyə əlavə olaraq 3000 manat pul istəmişlər, artıq onlara inanmadığını və onu aldatdıqlarını bildirmişdir. 27.300 manatdan bir qəpikdə olsa Səma geri qaytarmamış, bununla bağlı polisədə müraciət etmişdir. Bir neçə dəfə qapılarına getmiş, çox ağır nalayiq söyüşlərlə onu qapıdan qovub pulu ona vermiyəcəklərini, get nə istəyirsən et demişlər. Bu günkü gün onun evində bu söhbətə görə vəziyyət pisdir. Qapısına gedəndə Səma üstlərinə pıçaq çəkərək birdə bu qapıya gəlmə demişdir. Ona bank kartı deyil, içində pul olmayan tam kart vermişdilər. Ona təqdim etdikləri kartlar da, Binəqədi rayon Polis Bölməsinə təqdim olunmuşdur və müəyyən olmuşdur ki, kartlar boş kartlardər. Səmanın tək ona deyil, çox adama borcu var, buna qonşularda şahiddir ki, borclarını almağa görə nə qədər adam qapısına gəlir. Səma hər dəfə axşam üstü pulu ondan almağa gələndə çox acınacaqlı vəziyyətdə gəlirmişdi. O, pulu Esmira xanımın yanında verəndə hər dəfəsində Səmaya imza etdirib vermişdir. Əgər Səmada ona pul qaytarsaydı o, da imza etdirib müəyyən qədərini qaytardı deyə bildirərdi. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı Muradova X12 qəsəbəsi 3-cü mədən yaşayış massivində yaşayan xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh xx.xx.2022-ci ildə yaxın tanışı X4 vasitəsi ilə tanış olmuşlar. Tanışlıq zamanı X4 Cavabdeh maddi çətinliklərinin olduğunu, təcili ona pul lazım olmasını bildirmiş, Sara Cavabdehin valideyinləri-atası X14 və anası X3 iştirakı ilə ayrı-ayrı tarixlərdə ümumilikdə 27.300 manat borc pul vermişdir. İndi isə pulu tələb etməyinə baxmayaraq, pulunu qaytarmamışdır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən korpus ev 101 b SSUM-6 idarəsinin həyətində məskunlaşmaqla yaşayan X11, sonuncunun arvadı X5, onların qızı Cavabdeh qonşuları olan və tanıdığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən korpus 83, mənzil 7də yaşayan X4 vasitəsi ilə xx.xx.2022-ci ildə tanımışdır. Onlarla əvvəllər heç bir münasibəti olmamış, qohumluq münasibətidə yoxdur. X4 iddiaçını xx.xx.2022-ci ildə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən korpus 83, mənzil 7-yə dəvət etmiş və bildirmişdir ki, əslən Zəngilan rayonundan olan Cavabdeh ilə uzun illərdir ki, qonşudur, çox yaxşı münasibətləri var, hazırda Səmanın problemləri olduğundan ona təcili 6000 manat pul lazımdır, əgər onlara kömək kimi həmin pulu versə 2-3 ay ərzində pulunu qaytaracaq və əlavə hörmət də edəcəklər. Evinin sənədi olmadığına görə cavabdehin atası Əhmədov Eyvaz əmək haqqı kartını girov qoyacaqdır. İddiaçı X7 səmimiyyətinə inanaraq onlara pul verməyə razılaşmışdır. 17.06. 2022-ci ildə axşam saat 19-20 radələrində Qüdrətova Esmiranın evində və onun şahid kimi iştirakı ilə iddiaçı Cavabdeh atası Əhmədov Eyvaz və anası Əhmədova Rəfiqənin yanında yazdığı xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən 2000 ABŞ dolları (3400 manat) və 2600 manat vermiş, lakin həmin müqavilənin 2ci və 3-cü səhifəsində Əhmədov Eyvaz pulu özü qəbul etməsinə dair imza etmişdir. Bundan bir neçə gün sonra X16 Esmiranın evində ondan əlavə olaraq 400 manat pul almışdır. Qüdrətova Esmira bunun şahidi olmuşdur. Onlara hər dəfə pulu verəndə 2-3 ay müddətinə pulu əlavəsi ilə birlikdə qaytaracaqlarını bildirmişlər. Həmin vaxt əlavə qaytaracaqları pulun dəqiq məbləğini deməsələr də, əlavə olaraq yaxşı pul verəcəklərini və narazı qalmayacağını bildirmişlər. Bundan sonra Cavabdeh faktiki istifadə etdiyi ***-***- **-** nömrəli, ***-***-**-** və ya ***-***-**-** nömrəli telefonla zəng edərək ona əlavə olaraq 4.500 manat pul lazım olmasını və əlavə yaxşı pul verəcəyini bildirmişdir. xx.xx.2022-ci ildə axşam saat 19-20 radələrində iddiaçı Qüdrətova Esmiranın evində onun şahid kimi iştirakı ilə Əhmədov Səmaya atası Əhmədov Eyvaz və anası Əhmədova Rəfiqənin yanında yazdığı xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən 1.400 ABŞ dolları və 1.620 manat vermiş, Cavabdeh həmin pulu özü qəbul etməsinə dair imza etmişdir.Ümumilikdə iddiaçı cavabdehə müxtəlif vaxtlarda 27.300 manat pul borca vermişdir ki, cavabdehin vəkilinin özü də məhkəmə prosesində cavabdehin pulu almasını etiraf etmişdir. Tərəflər polis bölməsində olarkən pulun qaytarılması ilə bağlı heç bir izahat verilməmiş və orda Saraya pulu qaytaracığını bildirmişdir. Əgər Sara yazılı şəkildə pulu götürübsə, Səma da pulu qaytaranda yazılı şəkildə qaytarardı. Burdan da. görünür ki, Səma Saraya heç bir qəpik də olsa pul qaytarmamışdır. Binəgədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində bu məsələ ilə bağlı araşdırma aparılmışdır. Apaşdırma zamanı karta nə pul girişi, nədə çıxışı olmamışdır, kartlar boş olmuşdur. Polisdə səs yazısı var və orda cavabdeh pulu qaytarmayacağını bildirmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia ərizəsində olan məbləğin çox hissəsi Səma tərəfindən Saraya ödənilmişdir. Cavabdeh öz ailə üzvlərinin maaş kartını Saraya vermişdir ki, borcun müqabilində kartdan pul çıxarsın. Məntiqsiz görsənir ki, cavabdeh pulu qaytarmadığı təqdirdə iddiaçı ona pul verirmişdir. O, özü də, məhkəməyə bank üzərindən çıxarışlar təqdim etmişdir. Pulun almasını etiraf etmişlər, bir hissəsini qaytarmışlar, amma nə qədəri yadında deyildir. Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, hər iksi də qonşusudur. Heç biri ilə qohumluq əlaqəsi yoxdur. Səma otuz illik qonşusudur. Səma onun evinə gəlib yalvarıb-yaxarmışdır ki, pula ehtiyacı var. O, da bilirmişdir ki, Sara xanımın qaynatası evini satmış pulu var. O, Səma ilə Saranı tanış etmiş, Səma ilk öncə anasının xəstə olmasını demiş, sonra qaynanasının xəstə olmasını bildirmiş və o bu yolnan pul istəmişdir. Səmaya yazığı gəldiyi üçün Saraya bildirmişdir ki, qonşudur, ona köməklik etsinlər. Sara onun evində Səmaya yazılı qaydada pul verirmişdir. Səma hər dəfə pul götürəndə bildirmişdir ki, tez bir zamanda pulu qaytaracaqdır. Onun yanında 6400 manat, 6000 manat, 4500 manat, 4000 manat, 3000 manat, 1700 manat və 1700 manat da bir götürmüş, ümumlikdə 27.300 manat Səma Saradan pul götürmüşdür. Pulu hər dəfə Sara Səmaya yazılı qaydada qol çəkdirib vermişdir. Səmanın atası ilə bir yerdə işlədiyi üçün onlara inanmışdır. Səma pulun hamısını tez bir zamanda qaytaracağını demiş, amma indi Səma orda-burda bildirir ki, Saranı məhkəmələrdə süründürüb pulunu qaytarmayacaqdır. Səma Saradan 27.300 manatı 4-5 gün ardıcılığı ilə bir ay ərzində götürmüşdür. Səmanı Sara ilə o, tanış etmişdir. Səma Saradan pulu götürəndə and içmişdir ki, 1-2 ay müddətinə hamısını birlikdə qaytaracaqdır. Səma ona qaynanasının əməliyyat olunmasını, vəziyyətinin pis olmasını, təcili pul lazım olmasını bildirmiş, o, da yazığı gəldiyi üçün Sara ilə tanış edib ondan pul istəmişdir. Səmanın hansı bankdan pul götürməli olmasını bilmir. Səmanın Saraya hər hansı bir kart verməsini görməmişdir. Sonradan onun da, xəbəri olmuşdur ki, Səmanın bir neçə adama belə borcu var. Səma mağazada satış təmsilçisi işləməsini və dediyinə görə 1000 manat maaş almasını bildirmişdir. O, Səmanın atası ilə bir yerdə işləmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 17 iyul 2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayt tərkibi yaranmadığı üçün barəsində cinayət işinin başlanması rədd olunmuş, İddiaçı Cavabdeh 27.300 manat pul tələbinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan və Babaşov Xanbaba İbrahim oğlu tərəfindən imzalanmış sənədin surətindən görünür ki, o, Beynəlxalq Bank aid olan maaş kartını İddiaçı aldığı pul müqabilində verməsini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və X10 tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanmış sənədin surətindən görünür ki, o, İddiaçı 1700 manat borc almasını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və Cavabdeh tərəfindən imzalanmış sənədin surətindən görünür ki, o, İddiaçı xx.xx.2022-ci il tarixdə 3000 manat pul borc almasını, Babaşov Xanbaba İbrahim oğluna məxsus Beynəlxalq Banka aid olan maaş kartını girov qoyaraq götürməsini öz imzası ilə təsdiq etmişdir. İş materiallaırna əlavə edilmiş və Cavabdeh tərəfindən öz imzası ilə təsdiq edilmiş sənədin surətindən görünür ki, o, atası X14 ilə birgə götürdükləri 1400 ABŞ dolları, əlavə olaraqda 1620 manat, toplam 4000 manat pulu Yapıkredi banka aid olan məvacib kartını İddiaçı girov qoymasını, bunu öz istəyi ilə yazmasını, yazılananlarla tam razı olmasını, kartına aylıq oturan pulun 500 manat olmasını, pulun 400 manatını hər ay İddiaçı alması şərti ilə razılaşması qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış məktubun surətindən aydın olur ki, məhkəmənin qərarında sorğulan şəxsin adına “Paşa Bank» Açıq Səhmdar Cəmiyyətində xx.xx.2024-cü il tarixinə heç bir bank hesabı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllnin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Eyni Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə yaxın tanışı olan X4 vasitəsi ilə tanış olmuş, bu tanışlıq zamanı X4 Cavabdeh maddi çətinlik çəkməsini, onun təcili olaraq pula ehtiyacı olmasını bildirmiş və o, da öz növbəsində onların səmiyyətinə inanaraq, X2 yaşadığı evdə Esmira Qüdrətovanın şahiddiyi və cavabdehin valideynlərinin iştirakı ilə müxtəlif vaxtlarda, aralarında olan sadə yazılı borc müqaviləsinə əsasən 2022-ci ilin müxtəlif vaxtlarında İddiaçı Cavabdeh 6400 manat, 6000 manat, 4500 manat, 4000 manat, 3000 manat, 1700 manat və 1700 manat olmaqla, ümumilikdə 27.300 manat məbləğində borc pulu manat və ABŞ dolları ilə vermiş, lakin Cavabdeh və ailə üzvləri iddiaçını aldatmaqla onun 27.300 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. İddiaçı cavabdehin onu aldadaraq pulunu mənimsəməsi faktı ilə bağlı polis orqanına müraciət etmiş, Binəqədi rayon Polis İdarəsində fakt araşdırılarkən cavabdeh iddiaçıdan 27.300 manat məbləğində borc pul almasını etiraf etsə də, qaytarmaqdan imtina etmişdir. Məhkəmə araşdırması zamanıda cavabdehin nümayəndəsi(vəkili) iddiaçıdan borc pul almaqlarnı etiraf etmiş, həmin puldan iddiaçıya ödənişlər etdiyini qeyd etsə də, nə qədər qaytamaqları barədə məlumatı olmamasını bildirmişdir. Cavabdeh nümayəndəsi və vəkilinin vəsatətləri əsasında məhkəmə tərəfindən "xxxx" ASC-yə,”X20”ASC-yə, "xxxx" ASC-yə cavabdeh tərəfindən iddiaçıya verilmiş plastik kartlardan pulların çıxarılıb-çıxarılmamasını və çıxarıldığı təqdirdə kim tərəfindən çıxarılmasını müəyyən edilməsindən ötrü sorğular verilmiş, lakin məhkəmənin sorğusuna ”X20”ASC”, Azərbaycan Beynəlxalq Bank” ASC tərəfindən cavab verilməmiş, "xxxx" ASC qərardadda sorğulanan şəxsin adına "xxxx" ASC-də xx.xx.2024-cü il tarixınə heç bir bank hesabının mövcud olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 da İddiaçı onun evində Cavabdeh ümumilikdə 27.300 manat məbləğində borc pul veriməsini, cavabdeh isə öz növbəsində idiaçıdan aldığı pulu 1-2 ay müddətində iddiaçıya qaytaracağını öhdəsinə götürməsinin şahidi olmasını öz ifadəsində təsdiq etmişdir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə, cavabdehin hərəkətlərinin iddiaçının mənəvi sarsıntılar keçirməsinə səbəb olduğundan iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 27.300 manat məbləğində pul və 1000 manat məbləğində mənəvi zərər tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 172 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsmunun 30 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 27.300 manat məbləğində pul, 1000 manat məbləğində mənəvi zərər və 142 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsmunun 30 manatı isə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-148/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-148/2024
15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver