Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-165/2024 06.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9000 manat pulun və 120 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 9120 manat pulun alınaraq ona veriliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Təyinatlı BETA dəstəsində mühafizə zabiti vəzifəsində çalışan Cavabdeh onu işə düzəltməsi üçün 9000 manat pul vermişdir. Cavabdeh qonşuları Elşən Abıyev sayəsində tanımışlar. Elşən Abıyev və Cavabdeh keçmiş hərbi xidmət yoldaşı olmuşlar. Elşən Abıyev sayəsində tanış olduqları Cavabdeh XDMX-da qulluq mövqeyində, hətta hərbi geyimdə vəsiqəsini onlara göstərərək o, elə bir qurumda işləyir ki, əli hər yerə çatır, onları istədiyi müxtəlif qurumlarda işə düzəldə biləcəyini bildirmişdir. Cavabdeh hansı qurumlarda onu işə düzəldə biləcəyi barədə soruşanda X1 Nazirliyi, Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi kimi qurumların adını çəkmiş və BNA-da iş saatının az və yüksək maaş olduğunu bildirmişdir. Onlar da BNA-da işə düzəlməni daha məqsədə müvafiq hesab etmişlər. BNA-da həmin işə düzəlməsi üçün Cavabdeh əvvəlcədən 6000 manat pul istəmiş, onlar Cavabdeh dövlət işçisi olduğu üçün və işlədiyi yerə görə ona inanıb Cavabdehlə razılaşmışlar. 26 aprel 2019-cu il tarixində təxmini saat 20-21 radələrində Cavabdehlə görüşüb ona 6000 manat pul vermişlər. Razılaşmaya əsasən o, 15 may 2019-cu il tarixində işə çıxmalı idi. Pulu verdikdən 2-3 gün sonra Cavabdeh onları yığaraq vəzifəsinin yaxşı olması üçün əlavə 3000 manat verməli olduqlarını bildirmişdir. Onlar bununla razılaşıb 29 aprel 2019-cu il tarixində Cavabdeh əlavə olaraq 3000 manat pul vermişlər. Vasif Qulliyevin onu işə düzəltmək adı ilə etibarından sui-istifadə etməklə 9000 manatın Xətai rayon Polis İdarəsində verdiyi şikayət ərizəsi əsasında aparılan araşdırma nəticəsində günahkar olduğu sübut edilmiş, Cavabdeh ondan 9000 manat pul aldığını etiraf etmişdir. İstintaq müddəti başa çatdıqdan sonra iş materialları Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Hərbi Məhkəmə araşdırmasında xx.xx.2020-ci ildə Cavabdeh barəsində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilmişdir. Hərbi Məhkəmənin araşdırılması zamanı Cavabdeh onu aldadaraq işə düzəltmək adı ilə aldığı 9000 manat pulu etiraf etmiş və bu sübut olunmuşdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü bunu sübut edir. Cavabdehə 4 il 6 ay həbs cəzası verilmişdir. O, Vasifə pul verəndən sonra Vasif onun inamından sui-istifadə edərək, ona ətrafında başqa kim varsa gətir onları da işə düzəldəcəyini bildirmişdir. Cavabdeh hal-hazırda həbsdədir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində çəza çəkən Cavabdeh məhkəmə bildirişi və iddia ərizəsinin surəti rəsmi olaraq göndərilməklə iddiaya qarşı rəy, etiraz və mülahizələrini, həmçinin onları əsaslandıran sübutları məhkəməyə təqdim etməsi xahiş olunmuş, lakin cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1-1(093)-34/2021 nömrəli, xx.xx.20210-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında”Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə“İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsindəöz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (MM-nin 157.1.,157.2.-ci maddəsi) Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh iddiaçının qonşusu vasitəsi ilə bir-birlərini tanımış, cavabdeh iddiaçıya onu işə düzəldə biləcəyini bildirmiş, iddiaçı cavabdehdən onu hansı orqanlara işə düzəldə biləcəyi barədə soruşmuş, cavabdehdə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi kimi qurumların adını çəkmiş və BNA-da iş saatının az və yüksək maaş olduğunu bildirmişdir. İddiaçı da BNA-da işə düzəlməni daha məqsədə müvafiq hesab etmiş, cavabdeh ilk olaraq ondan 6000 manat pul istəmiş, o, da öz növbəsində cavabdehə inanmış və aralarında olan razılığa əsasən 26 aprel 2019-cu il tarixdə, təxminən saat 20-21 radələrində 6000 manat məbləğində pulu cavabdehə vermişdir. Aralarında olan razılaşmaya əsasən o, 15 may 2019-cu il tarixində işə başlamalı olduğu halda, cavabdeh ona vəzifəsinin yaxşı olması üçün əlavə 3000 manat pul lazım olmasını bildirmiş və onlarda razılaşıb 29 aprel 2019-cu il tarixində Cavabdeh əlavə olaraq 3000 manat pul vermişdir. Lakin sonradan bilmişdir ki, cavabdeh dələduzluq etmiş, onun etibarından sui-istifadə edərək, nəticədə onun ümumilikdə 9000 manat məbləğində pulunu mənimsəmişdir. Şikayəti əsasında cavabdeh barəsində cinayət işi başlanmış, ibtidai araşdırma zamanı cavabdeh pulu mənimsəməsini etiraf etmişdir. Cavabdehin onu aldadaraq 9000 manat pulunu mənimsəməsini etiraf etməsi Bakı Hərbi Məhkəməsinin 1-1(093)-34/2021 nömrəli, xx.xx.20210-ci il tarixli hökmündə öz əksini tapmışdır. Hazırda iddiaçı cavabdehdən 9000 manat məbləğində pulun alınıb ona verilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 9000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 120 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-165/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-165/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver