Məhkəmə qərarları › İş №2(034)-166/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-166/2025

03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-166/2025 03.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş aliment miqdarının onun xeyrinə dəyişdirərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər bir uşağa hər ay 246 manat olmaqla, cəmi 492 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikahla ailə qurmuş və bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onların Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmış və saxlanması üçün aliment qət edilmişdir. Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə uşağın saxlanması üçün hər ay hər bir uşağa 220 manat olmaqla, cəmi 440 manat aliment qət edilmişdir. Uşaqları cəmi 220 manatla saxlamaq çox çətindir. Ona görə də Prezidentin sərəmcamına uyğun kəsilməsini istəyir. Məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Ona görə ki, Prezidentin sərəncamı ilə uşaqlar üçün minimum yaşayış 2025-ci il üçün 246 manatdır. Uşaq böyüdükcə tələbatı daha da çoxalır. Ona görə də o, alimentin artırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək 2(034)-166/2025 saylı mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçiya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar