Məhkəmə qərarları › İş №2(034)-167/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-167/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-167/2022 21.04.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı «borcun tutulması tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyəti ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Borclu 3039.45 ABŞ dolları məbləğində əsas, 1857.48 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4896.95 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bununla bağlı, məhkəmə 19 oktyabr 2016-cı il tarixdə 2(034)-1420/2016 saylı məhkəmə əmri ilə Borclu Kreditor ASC-nin xeyrinə 3039.45 ABŞ dolları məbləğində əsas, 1857.48 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4896.95 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulmasını əmr etmişdir. Lakin, Borclu 14.02.2022-ci il tarixdə Zəngilan Rayon Məhkəməsinin 2(034)- 1420/2016 saylı 19.10.2016-cı il tarixli məhkəmə əmrinə etiraz verdiyindən, Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 283-cü maddəsinin tələblərinə riayət etməklə 215 fevral 2022-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-1420/2016 saylı 19.10.2016-cı il tarixli məhkəmə əmrini ləğv edib mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Kreditor ASC-nin Nərimanov filialı ilə cavabdeh Borclu arasında 16.02.2015- ci il tarixdə № 02-15-11-003926 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh Borclu illik 28 faiz 48 ay müddətinə olmaqla 3540 ABŞ dolları məbləğində kredit verilmişdir. 02-15-11-003926 saylı kredit müqaviləsinin 4.2 maddəsinə uyğun olaraq kreditin qaytarılması hər ayın 16-dan gec olmayaraq 123.37 ABŞ dolları məbləğində olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsinə uyğun olaraq nəzərdə tutulmuşdur. Cavabdeh Borclu kredit müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etməmişdir. Bank tərəfinlən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi cavabdeh borcunu ödəməmişdir. Belə ki, Nar /581 saylı arayışa əsasən Borclu 30.09.2016-cı il tarixinə Kreditor ASC-yə əsas borcu 3039,45 ABŞ dolları, faiz borcu 1857,48 ABŞ dolları olmaqla, cəmi 4896,93 ABŞ dolları məbləği təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ona verilən sual-cavablarda cavabdeh tərəfindən 2016-ci ildən bu günə kimi ödəniş olmamaısnı, 4896 ABŞ dolları borcunun, cərimə borcunun isə olmamasını bildirmişdir.İddiaçının nümayəndəsi sonda məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı Kreditor ASC-nin Nərimanov filialı ilə cavabdeh Borclu arasında 16.02.2015- ci il tarixdə № 02-15-11-003926 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh Borclu illik 28 faiz 48 ay müddətinə olmaqla 3540 ABŞ dolları məbləğində kredit verilmişdir. 02-15-11-003926 saylı kredit müqaviləsinin 4.2 maddəsinə uyğun olaraq kreditin qaytarılması hər ayın 16-dan gec olmayaraq 123.37 ABŞ dolları məbləğində olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsinə uyğun olaraq nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka 3039.45 ABŞ dolları məbləğində əsas, 1857.48 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4896.95 ABŞ dolları məbləğində borcu vardır. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Borclu 3039.45 ABŞ dolları məbləğində əsas, 1857.48 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4896.95 ABŞ dolları məbləğində borc iddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə ərizə verərkən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq 20 manat rüsum ödəmişdir. Məhkəmə əmrindən etiraz verildiyindən və iddia icraatına keçirildiyindən, artıq iddianın qiyməti Azərbaycan Respublikası MPM-nin 112-ci maddəsinə əsasən, alınan pul vəsaitinin məbləği ilə müəyyənləşdirilir. İddianın qiyməti 4896.95 ABŞ dolları təşkil edir ki. 2016-cı ildə qüvvədə olan «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə riayət etməklə, bu halda ödənilməli dövlət rüsumu 30 manat müəyyən edilir. Odur ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməmiş hissəsi 10 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə, 20 manat məbləğində pul vəsaiti isə cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Borclu 3039.45 ABŞ dolları məbləğində əsas, 1857.48 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4896.95 ABŞ dolları məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh Borclu 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar