Məhkəmə qərarları › İş №2(034)-171/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-171/2024

11.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-171/2024 11.09.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 3202 manat məbləğində dəymiş ziyanın və məhkəmədə iddia qaldırmaqdan ötrü 52 manat dövlət rüsmunun əvəzinin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində oğlu X5 etibarnamə əsasında idarə etdiyi ona məxsus “Mercedes E240” markalı, 90EF024 dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi ilə hərəkətdə olan zaman Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi Cavabdeh1 məxsus “Toyota Prius” markalı, 77BY871 dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulmuş əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq oğlu Təhmin Əliyevin idarə etdiyi «Mercedes E240” markalı avtomobilin yoluna çıxaraq onunla toqquşmuşdur. Nəticədə ona məxsus avtomobil əzilmiş, ciddi həcmdə maddi zərər dəymişdir. Törətdiyi hadisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ DYPŞ tərəfindən Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə qəbul olunmuş qərar əsasında Cavabdeh2 40 manat məbləğində cərimə edilmişdir. O, avtomobilinin əzilmiş hissələrini təmir etdirmək üçün onu “X9” xidmətinə aparmış, “Mercedes E240” markalı, 90-EF024 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin təmir və bərpa edilməsi və rənglənməsi üçün ümumilikdə 6680 manat məbləğində xərc çəkmişdir. Zərərin 3478 manat hissəsi icbari sığorta yolu ilə ödənilmişdir. Qalan 3202 manat məbləğində vurulmuş ziyanı dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh bu günədək dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla təsdiq olunur ki, Cavabdeh1 məxsus “Toyota Prius” markalı, 77-BY 871 dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus “Mercedes E240” markalı, 90-EF 024 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh2 tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə törədilmiş inzibati xəta nəticəsində baş vermişdir. “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ilkin qüsur aktında avtomobilin əzilmiş ehtiyyat hissələrinin ümumi dəyəri 3380 manat, təmir işlərinin görülməsi (elektrik işi, şitin sökülübyığılması-400 manat, slesar işi-100 manat, motorist işi-300 manat, rəngsaz işi-1500 manat, dəmirçi işi-1000 manat) 3300 manat, ümumilikdə 6680 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən cavabdehdən ona vurulmuş ziyanın sığorta vasitəsi ilə ödənilməmiş olan 3202 manat hissəsinin ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 23 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində oğlu X5 etibarnamə əsasında idarə etdiyi ona məxsus “Mercedes E240” markalı, 90-EF 024 dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi ilə hərəkətdə olan zaman Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi Cavabdeh1 məxsus “Toyota Prius” markalı, 77-BY 871 dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulmuş əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq oğlu Təhmin Əliyevin idarə etdiyi “Mercedes E240” markalı avtomobilin yoluna çıxaraq onunla toqquşmuşdur. Nəticədə ona məxsus avtomobil əzilmiş, ciddi həcmdə maddi zərər dəymişdir. Törətdiyi hadisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ DYPŞ tərəfindən Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin protokol üzrə qəbul olunmuş qərar əsasında Cavabdeh2 40 manat məbləğində cərimə edilmişdir. O, avtomobilinin əzilmiş hissələrini təmir etdirmək üçün onu “X9» xidmətinə aparmış, “Mercedes E240” markalı, 90-EF 024 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin təmir və bərpa edilməsi və rənglənməsi üçün ümumilikdə 6680 manat məbləğində xərc çəkmişdir. Zərərin 3478 manat hissəsi icbari sığorta yolu ilə ödənilmişdir. Qalan 3202 manat məbləğində vurulmuş ziyanı dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh bu günədək dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla təsdiq olunur ki, Cavabdeh1 məxsus “Toyota Prius” markalı, 77BY871 dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus “Mercedes E240” markalı, 90EF024 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh2 tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə törədilmiş inzibati xəta nəticəsində baş vermişdir. “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ilkin qüsur aktında avtomobilin əzilmiş ehtiyyat hissələrinin ümumi dəyəri 3380 manat, təmir işlərinin görülməsi (elektrik işi, şitin sökülüb-yığılması-400 manat, slesar işi-100 manat, motorist işi-300 manat, rəngsaz işi-1500 manat, dəmirçi işi1000 manat) 3300 manat, ümumilikdə 6680 manat müəyyən edilmişdir. Cavabdeh 100 manat ödənişi hissə-hissə oğlunun kartına atmışdır. O, məhkəməyə müraciət etdikdən və cavabdehə məhkəmənin vaxtı barədə bildiriş gedəndən sonra dostu ona zəng edərək qalan 400 manatı oğlunun kartına atmışdır. Sabunçu yol polisinə müraciət etmiş və ordan Cavabdeh1 ünavnını ona vermişlər. Cavabdeh xəstələri olmasını, Gürcüstan vətəndaşı olmaqlarını bildirdiyi üçün insaniyəlik baxımından razılaşmış, cavabdeh ona hissəhissə 500 manat ödəniş etmiş, 2700 manat isə qalmışdır. O, ilk öncə hadisə yerinə gələndə maşını tanımamış, maşının təkəridə qırılmışdır. Oğlu polisdə izahat yazanda Cavabdeh2 solda yoldan çıxıb onu vurduğunu, onun da sağdakı maşına dəydiyini bildirmişdir. Polis sonradan onu çağıraraq hər iki tərəfin izahatlarını almış, hər ikisinin də izahatı üst-üstə düşdüyünü, günahın cavabdehdə olduğunu bildirmişdir. Oğlunun yanında əyləşən dostu təhlükəsizlik kəmərini taxmadığı üçün başı patpresə dəymişdir. O, polisdə xəsarət alanın olmadığını bildirmişdir. Xəsarət alanın olduğunu bildirsəydi cinayət işi açılacaq idi. Polis video görüntü olmadığını bildirmişdir. Qəza olan yerdə həyət evlərinin birində video-kamera olduğu üçün oğlu video görüntünü əldə etmişdir. O, görüntünü polisə aparıb təqdim etmişdir. Ekspertin rəyi ilə razı deyildir. Tələb etdiyi məbləğ 2700 manatdır. Sığorta ona 3748 manat ödənişi etmiş, 1520 manat da o biri tərəf vemişdir. Cavabdeh ona 500 manat ödəniş etmişdir. Ekspertin qeyd etdiyi məbləğlə razı deyildir, çünki məbləğ çox az yazılmışdır. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olumasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Qaraçuxur istiqamətində həyət evlərinin arası ilə “Toyota Prius” markalı maşınla yoluna davam etmiş, sağa çıxmaq istəyərkən iddiaçının oğlu Təhmin Əliyev “Mercedes” markalı maşınla ötüb keçmək istəyərkən qarşıdakı “Prius” markalı avtomobil gəlib onu vurmuşdur. Sağ qolundan xəsarət almış, maşını da pis gündə olmuşdur. X6 yanına getmiş, günahının olmadığını ona bildirmişdir. Ona orda forma 4 vermiş, sonra Paşa sığortaya getmiş və 5000 qiymətləndirmə etmişlər. Sonradan ona günahın onda olduğunu bildirmişlər. Bir neçə ay keçəndən sonra qarşı tərəf ona zəng etmiş və maşınına dəyən zərərin ödənilməli olduğunu bildirmişdir. Qarşı tərəflə oturub danışmış, ona 500 manatla maşının düzəldəcəyini bildirmişdir. Həmin vaxt iddiaçıya 100 manatı-20 manat, 40 manat olaraq hssə-hissə ödəmişdir. Çünki öz maşınına da 5000 manat ziyan dəymişdir. O, iddiaçıya dostunun ona 400 manat pul borcu olduğu üçün borcunu qaytaranda qalanını da verəcəyini bildirmiş, qarşı tərəf də onunla razılaşmışdır. Bir neçə müddət gecikdirəndən sonra pulu ödəməmişdir. Protokol ikinci dəfə tərtib edilmiş və 40 manat cərimə olunmuşdur. Bir hadisəyə iki protokol tərtib olunmuşdur. Ekspertin rəyi ilə razıdır. Sonda cavabdeh məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, yoldaşı ona zəng edən zaman hadisə barədə məlumatı olmuşdur. Sığortaya getmiş və qiymətləndirmə olmuşdur. İlk öncə yoldaşına günahının olmadığını demişlər. Sənan Hüseynov onlara iş məhkəməyə getməsin deyə 500 manat ödəniş etmələrini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallaırnda olan «X10» tərəfindən verilmiş ilkin qüsur aktından görünür ki, İddiaçı məxsus «Mercedes E240” markalı, 90 EF-024 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin təmir və bərpası üçün çəkilən xərc cəmi 6680 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan X1 Şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes E240” markalı, 90 EF-024 dövlət qeydiyyat nişanlı avtomobilin sahidi İddiaçıdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin idarə edilməsi barədə etibarnamənin surətindən görünür ki, «Mercedes E240” markalı, 90 EF-024 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı avtomobilin idarə olunması üçün X3 xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək etibarnamə vermişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Füzuli rayonunda məcburi köçkündür. İş materiallarına əlavə edilmiş notarial təsdiq olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh1 arasında xx.xx.2023-ci il tarixində 6 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən nikah aktı bağlanmış və bu barədə 6 saylı Bakı «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsində akt qeydləri kitabında 2435 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 8/1606 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfinən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/4390 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında “X9” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mercedes E240” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4870 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrinin qiyməti 2470 manat, təmir-bərpa işlərinin qiyməti 2400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Enyi Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinin tələblərinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, «Mercedes E240” markalı, 90 EF-024 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur və o, həmin avtomobilin idarə olunması üçün oğlu X3 xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək etibarnamə vermişdir. Bakı şəhəri Sabunçu rayon X8 Şöbəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna və xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına görə Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, saat 21:05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi ərazisində Cavabdeh1 məxsus və etibarnamə əsasında idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, 77 BY-871 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək, X2 idarə etdiyi «Mercedes E240” markalı, 90 EF-024 dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib barəsində cərimə tənbeh növü tətbiq edilmişdir. «X9» xidməti tərəfindən verilmiş ilkin qüsur aktına əsasən «Mercedes E240” markalı, 90 EF-024 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği cəmi 6680 manat hesablanmışdır.Məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin düzgün hesablanmasından ötrü iş üzrə məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-avtotexniki ekspertizasının 9/4390 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə görə nəzəri hesablama yolu ilə iş materiallarında “X9” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mercedes E240” markalı 90 EF-024 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4870 manat, o, cümlədən, dəyişilməli hissələrinin qiyməti 2470 manat, təmir-bərpa işlərinin qiyməti isə 2400 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdehin iddiaçıya cəmi 500 manat məbləğində ödəniş etməsi müəyyən olmuşdur. Belə olan halda məhkəmə «Mercedes E240” markalı, 90 EF-024 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğini ekspertiza rəyində müəyyən edilmiş avtomobilin təmir-bərpa xərci olan 4870 manat, sığortaçı tərəfindən iddiaçıya ödənilmiş 3478 manat, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 500 manat nəzərə alınaraq hesablanmasını məqsədə müvafiq hesab edir. Nəticədə «Mercedes E240” markalı, 90 EF-024 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 4870 (ümumi təmir-bərpa xərci)-3478 (sığortaçı tərəfindən iddiaçıya ödənilmiş məbləğ)=1392-500 (cavabdeh tərəfindən iddiaçıya ödənilmiş məbləğ)=892 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 892 manat məbləğində maddi ziyan İddiaçı xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 52 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52 manat dövdət rüsmunun 30 manatı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, dövlət rüsmunun yerdə qalan 22 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda 100 manat ekspertiza xərcinin 50 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 50 manatı isə İddiaçı tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 892 manat məbləğində maddi ziyan və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsmunun qalan 22 manat hissəsi iddiaçının özünə aid edilsin. Ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaitinin 50 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 50 manatı isə İddiaçı tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar