Məhkəmə qərarları › İş №2(034)-173/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-173/2025

10.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-173/2025 10.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərc» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 alimentin tələbi ilə bağlı yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər bir uşağa hər ay 246 manat olmaqla, cəmi 492 manat alimentin və əlavə 300 manat xərcin onun xeyrinə tuulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş və bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 övladları doğulmuşdur.Ailə qurandan bəri ailə münasibətləri yaxşı olmamış və münasibətləri pozulmuşdur.Səbəb isə cavabdehlə xasiyyətlərinin uyğunsuzluğudur.Belə bir vəziyyətdə cavabdehlə birgə qalaraq ailə münasibətini davam etdirmək qeyri mümkündür.Bu səbəbdən də nikah məhkəmə qaydasında pozulmuşdur.Eyni zamanda, boşanmadan sonra uşaqların yanında saxlanılmasını tələb etmişdir.Göstərilənlərə əsasən, Cavabdeh ilə onun arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli nikahın pozulması, onun yanında saxlanılması və azyaşlı uşaqların və hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment onun xeyrinə müəyyən edilmişdir.Bildirmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü X5 birinci qrup əlildir.X1 müalicələrinə aylıq 300 manat xərc çıxmasına baxmayaraq, o tək öhdəsindən gələ bilmədiyindən cavabdehdən 300 manat əlavə xərc də tələb edir.Ona uşaq saxlamaq çox çətindir.Ona görə də Prezidentin sərəncamına uyğun kəsilməsini istəyir.Bildirir ki, ona məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir.Ona görə ki, Prezindetin də sərəncamlı ilə uşaqlar üçün yaşayış minimumu 2025-ci il üçün 246 manatdır.Uşaqlar böyüdükcə tələbatı daha da çoxalır.Ona görə də o, alimentin artırılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verlilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar