Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-181/2022 24.05.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması tələbinə dair» iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 24.12.2019-cu il tarixli müqavilə üzrə 5958.37 manat əsas borc, 20.34 manat faiz, 1.01 manat cərimə borcu olmaqla, cəmi 5979.72 manat borcun və 79.80 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit kartı vastəsilə illik 01 %-lə 60 ay müddətinə 7184.85 manvt kredit götürmüşdür .Borcun təminatı olaraq Cavabdeh1 ilə 24 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 04 fevral 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 5958.37 manat əsas borc, 20.34 manat faiz borcu, 2.01 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5980.72 manat borcu vardır. Cavabdeh1 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka cərimə borcu 2.01 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 1.01 manat məbləğində tələb olunmuşdur və cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar.Lakim məhkəmə gedişatı dövründə cavabdehlər tərəfindən ödəniş olduğundan, ödənilmiş məbləğ əsas borcundan silindiyini bildirərək iddianın təmin edilməsini və təqdim olunmuş sonuncu maliyyə arayışının nəzərə alınmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki,iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit kartı vastəsilə illik 01 %-lə 60 ay müddətinə 7184.85 manvt kredit götürmüşdür .Borcun təminatı olaraq Cavabdeh1 ilə 24 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 04.02.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi cavabdehin banka 5958.37 manat əsas borc, 20.34 manat faiz, 2.01 manat cərimə borcu olmaqla, cəmi 5980.72 manat borcu vardır. İş materiallarında olan 20.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 5755.53 manat əsas, 32.83 manat faiz, 62.02 manat cərimə borcu olmaqla, cəmi 5850.38 manat məbləğində borcu vardır. Bank tərəfindən təqdim edilmiş 23.05.2022-ci il tarixli son maliyyə arayışından görünür ki, cavabdehin banka 5654.28 manat əsas, 38.06 manat faiz, 90.14 manat cərimə borcu olmaqla, cəmi 5782.48 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, məhkəmə gedişatında cavabdeh kredit borcundan ödəniş etmiş və həmin ödəniş bank tərəfindən əsas borcdan silindiyindən hazırda cavabdehin banka 5654.28 manat məbləğində əsas borcu qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5654.28 manat əsas borc, 20.34 manat faiz, 1.01 manat cərimə borcu olmaqla, cəmi 5675.63 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 79.80 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 79.80 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5654.28 manat əsas borc, 20.34 manat faiz, 1.01 manat cərimə borcu olmaqla, cəmi 5675.63 manat məbləğində borc və ödənilmiş 79.80 manat məbləğində dövlət rüsumu tutulataq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-181/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-181/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver