Məhkəmə qərarları › İş №2(034)-184/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-184/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-184/2024 17.04.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-55/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi və alimentin tutulmasının isə mediasiyaya müraciət etdiyi vaxtadan hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Nikahdan onların xx.xx.2003cü il təvəllüdlü Fərid, xx.xx.2007-ci il təvəllüdlü Oruc adlı iki uşaqları anadan olmuşlar. Uşaqlardan Fərid artıq yetkinlik yaşına çatmış, Oruc isə yetkinlik yaşına çatmamışdır. Ailə münasibətləri alınmadığı üçün cavabdehlə aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-55/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında saxlanılmış və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa 20 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda uşaq böyüyür, onun xərcləri artmış, o, uşağın aylıq xərclərini ödəmək qabiliyyətində deyildir. Buna görə də, onun saxlanması üçün cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Cavabdeh ona heç bir maddi yardım etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2004-cü ildə rəsmi ailə həyatı qurmuş, nikahdan xx.xx.2003-cü ildə Fərid və xx.xx.2007-ci ildə Oruc adlı övladları anadan olmuşlar. Uşaqlardan Fərid artıq yetkinlik yaşına çatmış, Oruc isə yetkinlik yaşına çatmamışdır. Ailə münasibətləri alınmadığı üçün nikahları Zəngilan Rayon Məhkəməsində pozulmuş və həmin vaxt hər uşağa 20 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh artıq iki ildir ki, heç bir maddi yardım etmir. Məhkəmədn xahişi isə cavabdehdən 235 manat aliment tutulmasıdır. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hər ay uşağın saxlanması üçün 235 manat aliment ödəməyə və aimentin tarixinin isə fevral ayından hesablanmasına razı olmasını bildirmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-55/2008 nömrəli, 23 iyun 2008-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında olan nikah ləğv edilmiş, tərəflərin birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü Fərid, xx.xx.2007-ci il təvəllüdlü Oruc adlı uşaqlar nikahın pozulmasından sonra anaları İddiaçı yanında qalmaları və onların yetkinlik yvaşına çatana kimi saxlanmaları üçün 05 may 2008-ci il tarixdən başlayaraq, hər ay Cavabdeh sabit pul məbləğində 20 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır. İş materiallarında olan nikahın pozulması barədə şəhadətnamədən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2008-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2007-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/16/2024-00165 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. -Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar görə 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-55/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaqlar iddiaçının himayəsində saxlanılmış və uşaqların saxlanması üçün hər ay hər uşaq üçün cavabdehdən iddiaçının xeyrinə 20 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Tərəflərin birgə nikahlarından olan uşaqlardan biri artıq yetkinlik yaşına çatmış, digər xx.xx.2007-ci il təvəllüdlü X2 isə yetkinlik yaşına çatmamışdır. İddiaçı iddia ərizəsində uşağın böyüməsini, onun xərclərinin artmasını və uşağın aylıq xərclərini ödəmək qabiliyyətində olmamasını əsas gətirərək, cavabdehlə birgə nikahlarından olan uşağın saxlanması üçün hər ay 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə araşdırması zamanı cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə birgə nikahlarından olan uşağın saxlanması üçün hər ay 235 manat aliment ödəməyə razı olmasını bildirmişdir. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahdan olan uşağın mənafeyini, nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 55/2008 nömrəli, 23 iyun 2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh birgə nikahdan olan 12 sentyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər ay 235 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı aliment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-55/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar