Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-187/2024 24.04.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-15/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından onların xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı iki övladları dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri alınmadığından Zəngilan Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(034)-15/2023 nömrəli qətnaməsi ilə nıkahları pozulmuş, birgə nikadan olan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hazırda uşaqlar böyüyür, onların xərcləri artmış, o, uşaqların aylıq xərclərini ödəmək qabiliyyətində deyildir. Özü heç bir yerdə işləmir. Özü və uşaqları valideynlərinin himayəsinə sığınmışlar. Cavabdeh onlara heç bir əlavə maddi yardım etmir. Məhkəmə qətnaməsi ilə kəsilmiş aliment uşaqların heç bir təlabatına çatmır. Dəfələrlə cavabdehə birgə nikahdan olan uşaqların saxlanması üçün ona əlavə köməklik etməsini xahiş etsə də, bunun heç bir əhəmiyyəti olmamışdır. Buna görə də, birgə nikahdan olan uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf heç bir üzürlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş və aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmamışdır. Mediasiya xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh mediasiyada iştirak etməmişdir. Cavabdehin aliment borcu var. Cavabdeh Xaçmazda dəmir işi ilə məşğul olur, maşın alqı-satqısı ilə məşğuldur. Onun işlə bağlı heç bir yerə müraciət etməməsinin səbəbi anasının şəkər xəstəsi olmasıdır, çünki uşaqlarını kimin yanında qoyub gedib işləyə bilər. Cavabdeh ata olaraq bir dəfə də olsun uşaqlarını gəlib görməyə cəhd etməmişdir. 340 manat alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Uşaqları müəllim yanına gedir. O, cavabdeh X7 xx.xx.2013-cü ildə ailə qurmuş, bu nikahdan xx.xx.2014-cü ildə X5 və xx.xx.2017-ci ildə X6 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri alınmadığından Zəngilan Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(034)-15/2023 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2014-cü ildə X5 və xx.xx.2017-ci ildə X6 onun himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hazırda uşaqlar böyüyür, onların xərcləri artmış, o, uşaqların aylıq xərclərini ödəmək qabiliyyətində deyildir. Özü heç bir yerdə işləmir. Özü və uşaqları valideyinlərinin himayəsinə sığınmışlar. Cavabdeh onlara heç bir əlavə yardım etmir. Dəfələrlə cavabdehə birgə nikahdan olan uşaqların saxlanması üçün ona əlavə köməklik etməsini xahiş etsə də, bunun heç bir əhəmiyyətli olmamışdır. Buna görə də, birgə nikahdan olan uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilməlidir. Cavabdeh fərdi əməklə, taksi fəaliyyəti ilə məşğuldur. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdehin öz qardaşının yoldaşı ilə münasibəti olduğu üçün ailəsindən ayrılmışdır. Vəkil cavabdehin dayısı oğludur. Cavabdeh işləyir, yaxşı imkanıda var. 340 manat hər iki uşağın saxlanılması üçün kifayət etmir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, cavabdehin dayısı oğlu olması onun bu işdə vəkil kimi çıxış etməsinə mane olmur. Qarşı tərəf işin mahiyyəti qalıb kənarda şər-böhtan, sübutsuz danışırlar. Qarşı tərəf uşaqları ata ilə görüşünə maneçilik törədir. Cavabdehin Xaçmazda dəmir sexi olmasını indi öyrənir. Cavabdeh günəmuzd fəhlə işləyir. Uşaqların saxlanması hər iki valideynin borcudur. Cavabdeh günə muzd işləyir. Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-15/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X8 arasında xx.xx.2013-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6-anaları X3 himayəsində saxlanılmış, iddiaçı Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X3 xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00200 nömrəli arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar görə 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan tərəflərin xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı iki övladları dünyaya gəlmişdir. Tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-15/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 anaları X3 himayəsində saxlanılmış, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq, hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməsi qərara alınmışdır. İddiaçı birgə nikahdan olan uşaqların böyüməsini, onların aylıq xərclərinin artmasını, onları təkbaşına ödəməkdə çətinlik çəkməsini, özünün heç bir yerdə işləməməsini, uşaqları ilə bir birlikdə valideynlərinin himayəsinə sığınmasını, cavabdeh tərəfindən onlara heç bir əlavə maddi yardım edilməməsini, ödənilən alimentin uşaqların heç bir təlabatına çatmamasını əsas gətirərək, alimentin miqdarının artırılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahdan olan uşaqların mənafelərini, cavabdehin stabil olaraq gəlirlərinin olmamasını, gəlirlərinin dəyişkən olmasını nəzərə alıb hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 15/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı aliment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-15/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-187/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-187/2024
24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver