Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-2/2024 11.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «məhkəmə əmrinin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1966-cı ildə doğulmuş Cavabdeh xx.xx.2021-ci il tarixli 8MKK5953275 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 192 manat əsas borc, xx.xx.2021-ci il tarixli 8mkk6107225 saylı alqı-satqı müqaviləsinə əsasən 2300 manat əsas borc, xx.xx.2021-ci il tarixli 8MKK6107789 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2060 manat əsas borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4652 manat məbləğində pulun alınaraq kreditor İddiaçı MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə əmrinin verilməsi bardədə ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli, 8MKK5953275 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətində olmaqla kreditor İddiaçındən dəyəri 539 manat olan məişət avadanlığı əldə etmişdir.Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 192 manat borcu qalmışdır.Bundan başqa, xx.xx.2021-ci il tarixli 8MKK6107225 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 24 ay müddətində olmaqla kreditor İddiaçındən dəyəri 2706 manat olan məişət avadanlığı əldə etmişdir.Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 2300 manat borcu qalmışdır.Bundan başqa, xx.xx.2021-ci il tarixli 8MKK6107789 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 20 ay müddətində olmaqla, kreditor İddiaçındən dəyəri 2300 manat olan məişət avadanlığı əldə etmişdir.Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 2060 manat borcu qalmışdır. Borclu Cavabdeh xx.xx.2021-ci il tarixli saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 192 manat əsas borc, xx.xx.2021-ci il tarixli 8mkk6107225 saylı alqı-satqı müqaviləsinə əsasən 2300 manat əsas borc, xx.xx.2021-ci il tarixli 8MKK6107789 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2060 manat əsas borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4652 manat məbləğində pulun alınaraq kreditor İddiaçı MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Bununla bağlı, Məhkəmə xx.xx.2022-ci il tarixdə 2(034)-758/2022 saylı məhkəmə əmri iləİddiaçı xeyrinə 2699.29 ABŞ dolları əsas, 3061.51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4652 manat məbləğində borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını əmr etmişdir. Lakin, X2 etiraz ilə məhkəməyə müraciət edərək atası Cavabdeh rəhmətə getdiyindən məhkəmə əmrinin ləğv edilməsi və işin iddia icraatina keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə borclu Cavabdeh xx.xx.2022-ci il tarixdə qaraciyərin başqa rublikalda təsnif olunmayan piy degenerasiyası xəsətəliyindən Qax rayonunda vəfat etmişir Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 283cü maddəsinin tələblərinə riayət etməklə 2(034)-758/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-758/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə əmrini ləğv edib mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-61/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı X1 Cavabdeh qarşı «borc tələbinə dair» mülki iş üzrə Cavabdeh hüquqi varisi müəyyən edilənədək icraat dayandırılmışdır. İş materiallarına olan və Elektron Məhkəmə İnformasiya Sistemində əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh vərəsəliyi ilə bağlı məlumat aşkar edilməmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-2/2024 nömrəli,xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, məhkəmə iclası xx.xx.2024-cü il tarxə təyin edilmiş, həmin tarixli qərardadla mülki işin məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə, saat 09:00-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verlilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-2/2024
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-2/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver