Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-200/2020 11.06.2020 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada QSC-nin xeyrinə 5368,83 ABŞ dolları əsas borc, 944,46 ABŞ dolları faiz borcu, 536,88 ABŞ dolları cərimə borcu, cəmi 6850.17 ABŞ dolları və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bununla bağlı, Məhkəmə 14 iyun 2017-ci il tarixdə 2(034)-833/2017 saylı məhkəmə əmri ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5368,83 ABŞ dolları əsas borc, 944,46 ABŞ dolları faiz borcu, 536,88 ABŞ dolları cərimə borcu, cəmi 6850.17 ABŞ dolları borc və20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını əmr etmişdir. Lakin, cavabdeh GöyüşovRealİlyasoğlu 11.01.2018-ciil tarixdə Zəngilan Rayon Məhkəməsinin14 iyun 2017-ciil tarixdə 2(034)-833/2017 saylı məhkəmə əmrinə etiraz verdiyindən, Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 283-cü maddəsinin tələblərinə riayət etməklə 2(034)-155/2018 saylı18 yanvar2018-ciil tarixli qərardadı ilə Zəngilan rayon Məhkəməsinin 14iyun 2017-ciil tarixdə 2(034)-833/2017 saylı məhkəmə əmrini ləğv edib mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı QSC ilə Cavabdeh1arasındabağlanmış 16.11.2012-ci il tarixli 05L000002506 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdehin iddiaçı ilə bağladığı 30.09.2014-cü il tarixli, 05R000011689 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 05.10.2015-ci il tarixli, 05R000011689S saylı, 06.06.2016-cı il tarixli 05R000011689SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşması üzrə götürdüyü kredit borcundan 4631,17 ABŞ dolları ödəmiş, 5368.83 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu kreditora qaytarmadığı üçün 25.05.17-ci tarixə 178 gün üçün hesablanmış faiz borcu 944,46 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin tam 0,5 % məbləğində cərimə ödəməlidir. 20 gün üçün hesablanmış cərimə 536,88 ABŞ təşkil edir. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3 kredit müqaviləsindən irəli gələn borclunun öhdəliklərin icrası üçün kreditor qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdehə verilməli olan konpensasiya borcundan silinmiş və hazırda cavbdehin banka cəmi 1792,57 ABŞ dolları məbləğində borcu qalmışdır. Sonda iddiaçının nümayəndəsi qeyd olunanları nəzərə alaraq, cavabdehlərdən həmin məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X3 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC ilə bağladığı 30.09.2014-cü il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə borcundan ödəniş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16.11.2012ci il tarixli 05L000002506 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 30.09.2014-cü il tarixli, 05R000011689 saylı kredit razılaşmasına əsasən cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 05.10.2015-ci il tarixli, 05R000011689S saylı, 06.06.2016-cı il tarixli 05R000011689SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan01.06.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 25.05.2017-ci il tarixə banka5368,83 ABŞ dolları məbləğində əsas borc, 944,46 ABŞ dolları məbləğində faiz borc, 536.88ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6850,17 ABŞ dolları borcu vardır. İddiaçı tərəfindən təqdim olunmuş 11.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 26.07.2018-ci il tarixə banka 1792,57 ABŞ dolları məbləğində əsas borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin10.08.2018-ci il tarixli 5502 nömrəli rəyindən görünür ki, rəyint ədqiqa thissəsində göstərilənlər əsasən, təqdim olunmuş hesabdan çıxarış məlumatları, 30 sentyabr 2014-cü il tarxli 05R********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 25.05.2017-ci il tarixə X4 İddiaçı QSC-nə olan borcu 6313,29 ABŞ dolları məbləğində müyyən edilir, o cümlədən əsas kredit borcu 5368,83 ABş dolları faiz borcu isə 944,46 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Göstərilənlərə əsasən və cavabdehlərin 26.07.2018-ci il tarixinə 1792.57 ABŞ dolları məbləğində borcunun qalmasını nəzərə alıb, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 1792,57 ABŞ dolları məbləğində borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İiddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehlərdən tutularaq iddiaçının xeyrinə, 140 manat ekspertiza xərc iisə dövlət büdcəsinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 1792,57 (bir min yeddi yüz doxsan iki ABŞ dolları, əlli yeddi sent) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza xərci olan 140 (yüz qırx) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-200/2020
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-200/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver