Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-210/2023 19.06.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı “RN BOLT" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçılar İddiaçı1 və “RN BOLT» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş maddi ziyanın tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və “RN BOLT" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş maddi ziyanın tutulması tələbinə dair” iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1 Kazim oğlunun və İddiaçı2 MMC-nin xeyrinə 4220 manat maddi ziyanın, müstəqil ekspert üçün ödənilmiş 200 manat, həmçinin dövlət rüsumu kimi ödədiyi 72,20 manat olmaqla, ümumillikdə 4492,20 manat məbləğində vəsaitin müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Toyota Prius” markalı ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ikinci iddiaçının sahibliyinə və istifadəsinə icarə müqaviləsi əsasında vermişdir. Hər iki cavabdeh tərəfindən məlum nəqliyyat vasitəsi idarə edilmişdir. xx.xx.2022-ci il tarixdə birinci cavabdeh tərəfindən avtoqəza törədilmiş və avtomobilə ümumillikdə 4220 manat ziyan dəymişdir. Hazırda hər iki cavabdehə zəng çatmır və məsuliyyətdən yayınırlar. Bu səbəbdən aidiyyatı üzrə cavabdehin rəsmi qeydiyyatı üzrə Zəngilan Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Həmçinin avtomobilə dəymiş ziyanı müəyyən etmək üçün müstəqil ekspertizaya müraciət etmiş və bu zaman 200 manat rüsum ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “RN BOLT" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, keçən məhkəmə iclasında Sabunçu Rayon Məhkəməsində inzibati araşdırma getmiş və məhkəmənin qərarıda var. Onlar Cavabdeh2 digər cavabdeh qismindən çıxarılması ilə bağlı ərizə yazmışlar. Çünki Cavabdeh2 sükan arxasında olmamışdır. Məhkəmədən Cavabdeh1 və İddiaçı1 maddi ziyanın müştərək qaydada tutulmaısnı xahiş edir. Cavabdeh qismində Cavabdeh2 çıxarmışlar ki, maddi ziyan yalnız Cavabdeh1 tutulsun. İki iddiaçı var. İddiaçı1 nəqliyyat vasitəsinin mülkiyyətçisidir. Ancaq İddiaçı2 MMC ilə İddiaçı1 xeyrinə 4220 manat, 200 manat ekspertizaya ödənilən və 72 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4272 manat pul tutulmasını xahiş edir. Yol nəqliyyat hadisəsi xx.xx.2022-ci ildə olmuşdur. Nəqliyyat vasitəsinin sığortası var idi. 5700 manat ödənilmişdir. Onlara dəyən ümumi zərər 4220 manat olubdur. Digər nəqliyyat vasitəsinə dəymiş ziyan artıq qaytarılmışdır. **-BJ-*** dövlət qeydiyyat nişanlı avotomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ilə üzü Sabunçu İcra Hakimiyyəti istiqamətində əsas baş yol ilə təxminən 30/40 km saat sürətlə hərəkətdə olarkən ikinci dərəcəli Kamil Şamilov küçəsinin kəsişməsində «Toyota Pirus» markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil əsas baş yolu gözləmədən ön hissəsi ilə «Kia» markalı avtomobilin qabaq sağ qanad hissəsindən vurmuş, zərbədən hər iki avtomobil fırlanaraq əks yolda dayanmış, nəticədə isə yol nəqliyyat hadisəsi baş vermişdir. «Toyota Pirus» markalı nəqliyyat vasitəsi hal-hazırda onların istifadələrindədir. Uzun müddətdir ki, həmin nəqliyyat vasitəsi yararsız vəziyyətdə qaldığına və Cavabdeh1 tərəfindən yol nəqliyyat hadisəsi baş verdiyinə görə sahibliklərində olan nəqliyyat vasitəsinə ziyan dəymişdir. **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə bağlı ekspertiza rəyi əlavə edilmişdir. Cavabdeh2 nəqliyyat vasitəsini idarə edən şəxsdir. Cavabdeh1la əlaqə saxlamış, smendədir. Onlarda smen qrafiklədir, həmin gün isə Cavabdeh2 qrafikdə olmuşdur. Rahim onlardan Nicatla əvəzləşdirməsini xahiş etmişir. Nicat işçiləri olmamışdır. Nicata etibarnamə vermişlər. Sürücülük vəsiqəsi olan şəxslər onlara müraciət edir, onlar həmin şəxsləri yoxlayırlar, məhkumluqların olubolmasına baxırlar, MMC-nin kriteriyasına daxil olan şəxslər normal biridirsə xidməti və ya əmək müqaviləsi bağlayırlar. Səhv etmirsə Cavabdeh2 ilə müqavilələri olmalıdır, etibarnamə vermişlər. Cavabdeh2 əlaqə saxlamış, şəxsi işləri ilə əlaqədar olaraq, onun əvəzinə Cavabdeh1 tərəfindən xidmət göstərilməsini xahiş etmişdir. Sonra hadisə baş vermişdir. Onların maşında yararsız vəziyyətdədir. Sumqayıtda Nicat axtarışda olduğu üçün onlarda axtarış dayandırılmışdır. 200 manat ödənişi isə müstəqil ekspertin özünə ödəmişlər. Onlar tərəfləri dəvət etmiş, lakin tərəflərin heç biri gəlməmişlər. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin tam təmin olunmasını və Cavabdeh1 iddia ərizəsində müəyyən olunmuş vəsaitin tutulması ilə bağlı qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iddia tələbinə münasibət bildirərək izahatında göstərmişdir ki, baş vermiş nəqliyyat hadisəsi üzrə "xxxx" tərəfindən icbari sığortası olan **-BJ-*** dövlət qeydiyyat nişanlı və bu Boltun istifadəsində olan nəqliyyat vasitəsinin icbari sığortası onlarda olmuşdur. Bu yol nəqliyyat hadisəsi üzrə zərərçəkən tərəf **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur. İcbari sığorta isə nəqliyyata dəymiş üçüncü şəxsə zərərçəkən ödəyir. Onlar bu əsasla həmin avtomobili, yəni **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumi zərər məbləği olan 6805 manat, icbari sığorta üzrə isə yuxarı həddi 5000 manat olduğuna görə 5000 manat ödəmişlər. Eyni zamanda hadisə zamanı Müleyli Dünyaəli qızı yüngül xəsarət almışdır. Bununla bağlı yüngül xəsarət üzrə sığorta qanunvericiliyinə əsasən 750 manat ödəniş olduğuna görə 750 manatda həmin şəxsə ödəmişlər. Hal-hazırda onların Cavabdeh1 qarşı məhkəmənin icraatında iddia ərizələri mövcuddur. Dəymiş 5750 manatı onlar tələb etmişlər. Bu əsasla ki, sürücü yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmış və bununla bağlı məhkəmənin qərarı var. Qərarada göstərilmişdir ki, sürücü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin təqsirin tərkibində isə 327.6-cı maddə öz əksini tapır. Onlar Boltun istifadəsində olan nəqliyyat vasitəsinin icbari sığortası olduğundan zərərçəkən tərəfə ödəniş etmişlər.Onlar bu avtomobilə ödəniş etmirlər. Həmin nəqliyyat vasitəsinin icbarisidirlər. Hər iki tərəf sığorta ödəmir. Kasko sığorta olsaydı hər iki tərəf ödəyir, amma icbarı sığorta üzrə isə zərərçəkənə ödəyir. Zərər vuranın İcbarisi zərərçəkənin zərərini ödəyir. İcbari sığorta qanunvericilik həddindən, yəni zərər 7000-8000 olsa, onlar 5000 manat ödəyirlər. Nəqliyyat vasitəsinə və yaxud dəymiş digər əmlaka sığorta həddləri 5000 manatdır. Xəsarətlər isə fərqlənir. Yüngül xəsarət 750 manat, az ağır və ağır xəsarət 2500 manat və ölümə isə 5000 manatdır. Subroqasiya halı onlarda ona görə yaranmışdır ki, 327.6-cı maddə ilə inzibat xəta tərkibi olduğuna görə iddia tələbi vermişlər. Qarşı tərəf isə onların istifadəsində olan nəqliyyat vasitəsinə dəymiş zərərə görə həmin nəqliyyat vasitəsini idarə edən şəxsdən həmin məbləği tələb edir. Onların öhdəlikləri zərərçəkən tərəfdir.Qarşı tərəfə sual verməkdə məqsədləri odur ki, onlar məhkəmədən öncə sığorta məbləğinin onlara geri ödənilməsi ilə bağlı bildiriş göndərmişlər və İddiaçı2 MMC-ni isə cavabdeh qismində göstərmişlər. Onlar isə məktub vermişlər ki, Cavabdeh1 barəsində şikayət olunmuş, müvafiq tədbir görülməsi ilə bağlı məhkəmədə iş davam edir. 4220 manat **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərdir. Sonda üçüncü şəxsin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. İş üzrə İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək yaşlı insan olması və ailə vəziyyəti ilə əlaqədar olaraq işə onun iştirakı olmadan baxıb yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 19 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, X1 və X5 yolnəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Toyota Prius markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 gələcəkdə müəyyən edildikdə Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, «Kia Ceed» markalı avtomobilin ehtiyyat hissələri üçün 4.600 manat, 2.205 manat zəhmət haqqı olmaqla, cəmi yekun olaraq 7050 manat pul ödənilmişdir. İş materiallarında olan müstəqil ekspert tərəfindən verilmiş aktdan görünür ki, «Toyota Prius» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 4.220 manat təşkil etmişdir. Aktda əlavə edilmiş qəbzdən görünür ki, ekspertə iddiaçı tərəfindən 200 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş X3 şəhadətnaməsinin surətindən görünür ki, «X18» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı1dur. İş materiallarında olan “RN BOLT" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş etibarnamədən görünür ki, X12 məxsus dövlət nömrə nişanlı ** DE *** «X16» minik markalı avtombilin idarə etmək hüququ Azərbaycan Resrublikası MM-nin 362.5-ci maddəsinə uyğun Cavabdeh2 etibar edilmişdir. İş materiallarında olan “RN BOLT" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş etibarnamədən görünür ki, X12 məxsus dövlət nömrə nişanlı ** DE *** «X16» minik markalı avtomobilin idarə etmək hüququ Azərbaycan Respublikası MM-nin 362.5-ci maddəsinə uyğun Cavabdeh1 etibar edilmişdir. İş materiallarında olan “RN BOLT" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin ünvanladığı sorğusuna polis idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-49/2-159715 nömrəli məktubundan aydın olur ki, bütün axtarış tədbirlərinə baxmayaraq, Cavabdeh1 tapmaq mümkün olmamış, Tərəflərindən axratış tədbirləri davam etdirilir, müsbət nəticə olduğu təqdirdə əlavə məlumat veriləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(008)-2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Əlizadə X6 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcələlnin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «X18» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı1dur və o avtomobillərin idarə olunması üçün Cavabdeh2 və Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə idarə etdiyi «X18» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində hərəkət edərkən manevr qaydalarını pozaraq «Kia Ceed» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində «Kia Ceed» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və avtomobildə olan digər sərnişin yüngul bədən xəsarətləri almışlar. Baş vermiş nəqliyyat hadisəsi nəticəsində zərərçəkən tərəf **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur. "xxxx" tərəfindən icbari sığortası olan **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumi zərər məbləği olan 6805 manat, icbari sığorta üzrə isə yuxarı həddi 5000 manat olduğuna görə 5000 manat pul ödənilmişdir. Eyni zamanda hadisə zamanı «Kia Ceed» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişini X2 yüngül xəsarət aldığına gbrə "xxxx" tərəfindən qanunvericiliyə əsasən ona 750 manat məbləğində ödəniş edilmişdir. «X18» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomoilin sücürüsü Cavabdeh1 yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Cavabdeh1 tərəfinlən törədilmiş hadisə ilə bağlı barəsində inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(008)-2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Əlizadə X6 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Həmçinin müstəqil ekspert tərəfindən verilmiş aktda isə «Toyota Prius» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 4.220 manat təşkil etmişdir.Göründüyü kimi Cavabdeh1 hərəkətləri nəticəsində «Toyota Prius» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilə 4.220 manat məbləğində ziyan dəymişdir.Bundan başqa İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Belə ki, araşdırma zamanı o da məlum olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsində X15 heç bir məsuliyyət daşımır və onun baş vermiş hadisə ilə bağlı heç bir əlaqəsi olmamışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 4220 manat məbləğində maddi ziyanın iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 72.20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72.20 manat və ekspertiza xərci olan 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 4220 manat məbləğində maddi ziyan, 72.20 manat məbləğində ödənilmiş dövlət rüsumu və 200 manat məbləğində ekspertiza xərci tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-210/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-210/2023
19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver