Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-226/2022 22.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" X3 (indiki Yelo Bank ASC) borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(034)-663/2014 saylı məhkəmə əmri ilə kreditorun tələbi təmin edilmiş, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12274 ABŞ dolları əsas,2114 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14388 ABŞ dolları (ödənildiyi gün manatla ekvivalentində) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" X1 verilməsi əmr edilmişdir. Lakin, cavabdeh Vəliyev X5 Rayon Məhkəməsinin 2(034)-663/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə etiraz verdiyindən, Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 283-cü maddəsinin tələblərinə riayət etməklə xx.xx.2022-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-663/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə əmrini ləğv edib mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Yelo Bank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10519.71 ABŞ dolları əsas, 5746.65 ABŞ dolları faiz, 18907.68 ABŞ dolları cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3153.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 38.327.49 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, kreditor ”Nikoyl” İKB ASC (İddiaçı ASC) borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizə ilə Zəngilan rayon Məhkəməsinə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 2(034)-663/2014 saylı, 25 dekabr 2014-cü il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12274 ABŞ dolları əsas borc və 2114 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14388 ABŞ dolları borcun tutularaq "xxxx" İKB ASC-yə (indiki İddiaçı ASC) ödənilməsi qərara alınmışdır. Hazırda məhkəmə əmri ləğv edilərək mülki iş iddia icraatına keçirilməsi ilə bağlı qərardad qəbul edilmişdir. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 10519.71 ABŞ dolları əsas borc, 5746.65 ABŞ dolları faiz borcu,18907.68 ABŞ dolları cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-c il tarixə gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanmış 3153.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 38.327.49 ABŞ dolları borcu vardır. Müqavilə 17 iyun 2014-cü ildə 24 ay müddətinə bağlanmışdır. İcra müddəti isə 17 iyun 2016-cı ildə bitmişdir. Ödəniş olmuş, hesabdan çıxarış təqdim olunmuşdur. Ödəniş az olmuşdur. Sonuncu ödəniş 2019-cu ilin fevral ayında olmuşdur. Əsas borclu Cavabdeh1dur. Ödənişlər olmuş və bu ekspert rəyində də öz əksini tapmışdır. 5% isə sistemdə olan məbləğə əsasən hesasblanır. Ödənişlərə əsasən ekspertizada çıxmalar ola bilər. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2014-cu il tarixli 24-MZ-1-0-416-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən illik 22 faiz olmaqla 24 ay müddətinə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü tarixli maliyyə arayışından göründüyü kimi cavabdehin banka 12.274 ABŞ dolları əsas, 2114 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14.388 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 10.519.71 ABŞ dolları əsas, 5746.65 ABŞ dolları faiz, 18907.68 ABŞ dolları cərimə, 5% əsas borca hesablanmış 3153.45 ABŞ dolları olmaqla, cəmi 38.327.49 ABŞ dolları, xx.xx.2016-cı il kreditin bitmə tarixinə 12.273.98 ABŞ dolları əsas, 10.799.35 ABŞ dolları faiz borcu vardır. İş materillarında olan və Zəngilan Rayon Məhkəməsinin 2(034)-226/2022 saylı, xx.xx.2022-ci il tarxli qərardadına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2022-ci il tarixli 9/4614 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 24-MZ-1-0-416-14 saylı kredit müqaviləsinə əsasən ekspert qarşısında qoyulmuş sual üzrə kredit müqaviləsinin müddətinin bitdiyi 17 iyul 2016-cı il tarixinə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 12279,79 ABŞ dolları, faiz borcu üzrə 4773,46 ABŞ dolları. Qeyd edilir ki, təqdim edilmiş mülki iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 24-MZ-3-416-14 saylı kredit müqaviləsi üzrə çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən son ödəniş tarixinə, yəni xx.xx.2019cu il tarixədək ümumilikdə 54,27 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Lakin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında borcun kredit müqaviləsinin müddətinin bitdiyi 17 iyul 2016-cı il hesablanmağa sualı qoyulduğundan, qeyd edilən tarixdən sonrakı edilən 1754,27 ABŞ dolları məbləğində ödənişlər hazırki tədqiqatla nəzərə alınmamışdır.Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş iş materiallarında iddiaçı bank tərəfindən xx.xx.2014-cü il tarixli, 24-MZ-1-0-416-14 saylı kredit müqaviləsi üzrə cərimə borcunun hesablanmasını özündə əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə (dəbbə) borcu hesablanmamışdır. Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 18907.68 ABŞ dolları məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 500 ABŞ dolları məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10519.71 ABŞ dolları əsas borc 4773.46 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3153.45 ABŞ dolları olmaqla, cəmi 18946,62 ABŞ dolları məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə ərizə verərkən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq 20 manat rüsum ödəmişdir. Məhkəmə əmrindən etiraz verildiyindən və iddia icraatına keçirildiyindən, mülki hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olan «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, ödənilməli dövlət rüsumu 30 manat müəyyən edilir. Odur ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun 10 manat məbləğində ödənilməmiş hissəsi və 100 manat məbləğində ekspertiza xərci cavabdehdən alınaraq dövlət büdcəsinə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu isə cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10519.71 ABŞ dolları əsas borc 4773.46 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3153.45 ABŞ dolları olmaqla, cəmi 18946,62 (on səkkiz min doqquz yüz qırx altı dollar altmış iki sent) ABŞ dolları ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunu İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-226/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-226/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver