Məhkəmə qərarları › İş №2(034)-227/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-227/2023

10.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-227/2023 10.07.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, X2i katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh İddiaçı2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı1 cavabdehlər İddiaçı2nə, Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər İddiaçı2nə, Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, əmlakına vurulmuş maddi ziyana görə cavabdehlərdən müştərək qaydada 6180 manat maddi ziyanın, həmçinin iddiaçının keçirmiş olduğu psixoloji streslərə, yəni mənəvi sarsıntılara görə 2000 manat mənəvi ziyanın, müdafiəçiyə ödədiyi 500 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Sovxoz-Pirşağı yolunda, Araz marketin yanında idarə etdiyi “Toyota”, Cavabdeh2 idarə etdiyi “Azsamand” və “Opel” maşınlarının toqquşması nəticəsində İddiaçı1 xəsarət almışdır. Əmrahovun aldığı xəsarətlə yanaşı avtomobilinə də ciddi zərər dəymişdir. Baş vermiş hadisə Sabunçu RPİ-nin Təhqiqat şöbəsində araşdırılmış və araşdırma nəticəsində «Khazar LX Minik» avtomaşının sürücüsü Cavabdeh2 təqsirli olduğu müəyyən edilmişdir. Sabunçu RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X10 “cinayət işinin başlanmasının rədd edilməsi” barəsindəki 28 yanvar 2023-cü il tarixli qərarı ilə Cavabdeh2 AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İstinad edilən qərardan görünür ki, Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində İddiaçı1, onun idarə etdiyi “Toyota” markalı avtomobilə və “Opel” markalı digər avtomobilə ciddi maddi ziyan dəymişdir. Təhqiqatın qərarına əsasən Cavabdeh2 təqsirli olduğunu etiraf etmişdir. İşdə olan sənədlərdən görünür ki, hadisə törətmiş «Khazar LX Minik» avtomobili İddiaçı2 MMCyə məxsus olmuş və 1 (bir) aylıq etibarnamə əsasında Cavabdeh2 idarə etmək üçün verilmişdir.Toplanmış sənədlərdən görünür ki, «Khazar LX Minik» avtomobili nə icbari nə könüllü sığorta edilməmişdir. Belə olduğu halda avtomobilə dəymiş ziyan yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməlidir. Hadisənin törədilməsindən keçən xeyli müddət ərzində nə "xxxx" MMC, nə də Cavabdeh2 tərəfindən vurulmuş ziyanın ödənilməsinə hər hansı cəhd edilməmişdir. Avtomobilinə dəymiş ziyanın miqdarı «Myauto Servis» tərəfindən qiymətləndirilmiş, dəymiş ziyanın qüsur aktına əsasən 6180 manat müəyyən edilmişdir. Cavabdeh İddiaçı2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı1 “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X14, Cavabdeh1 və İddiaçı2 MMC-dən 6180 manat maddi ziyanın, həmçinin iddiaçının keçirmiş olduğu psixoloji streslərə, yəni mənəvi sarsıntılara görə 2000 manat mənəvi ziyanın, müdafiəçiyə ödənilmiş 500 manat məbləğin İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 idarə etdiyi “Khazar LX” minik markalı, **-PN-*** qeydiyyat nişanlı avtomobil ilə, “Toyota” markalı, **- GF-*** dövlət qeydiyyat nişanlı toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs müəyyən edilmişdir. İddiaçının İddiaçı2 MMC-dən pul tələbinə dair iddiasına etiraz edir və bu hissədə iddianı əsassız hesab edirlər. 12 iyul 2021-ci il tarixli MAS-2875 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh1 MAS-2875 saylı «Daxili lizinq» müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 müvəqqəti s a h i b l i k və istifadəsinə verilmişdir. Həmçinin X13 imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunana kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. «Daxili Linzq» müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir. «Daxili Lizinq» müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddia ərizəsində hadisənin baş verməsini işin faktiki hallarını kifayət qədər geniş şəkildə təsvir etmişlər. Hesab edirlər ki, iddianın əsaslığı iddia ərizəsinə əlavə etdikləri sübutlarda öz təsdiqini tapmışdır. Bu bildiyiniz kimi yol nəqliyyat hadisəsidir. Burda dəymiş ziyan ortadadır. Yol nəqliyyat hadisəsinin baş vermə faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə Sabunçu rayon polis idarəsinin təhqiqat şöbəsinin qərarı iş materiallarına əlavə olunmuşdur. Təqsirkar şəxsin konkret nədə təqsirli bilinməsi öz əksini tapmışdır. Yol nəqliyyat hadisəsini törədən təqsirkar şəxsin inzibati məsuliyətini müəyyən edən Sabunçu Rayon Məhkəməsinin qərarıda iş materiallarına əlavə olunmuşdur. Əməlin sübuta yetirilməsi öz təsdiqini tapmış, şəxs inzibati məsuliyyətə cəlb olunmuşdur. Hesab edirlər ki, işin faktiki hallarında mübahisə ediləsi bu hissədə hər hansı bir fakt yoxdur. Burada sadəcə olaraq cavabdehlər olsaydı avtomobilə dəymiş ziyan, məbləğ mübahisələndirilə bilərdi. Yeganə mübahisə oluna biləcək əsas avtomobilə dəymiş ziyandır. Avtomobilə dəymiş ziyanı rəsmi qaydada “MY AUTO SERVİS” avto servis ilə Azərbaycanda avtomobil sahəsində kifayət qədər tanınmış bir brenddir. Bunun müəssəsində qüsur aktı çıxarmışlar. Qüsur aktında müəyyən olunmuşdur ki. hadisə nəticəsində zərərçəkmişə vurulmuş maddi ziyanın həcmi 6180 manat müəyyən olunmuşdur. Bu artıq mütəxəssis rəyidir. Hesab edirlər ki, bu hissədə hadisənin baş verməsi təqsirli şəxsin müəyyən edilməsi dəymiş ziyanın nədə ifadə olunması artıq mübahisə doğurmayan hallardır. Cavabdehlər bu günə qədər məhkəmə iclasına gəlməmiş, lakin işin gedişatından kifayyət qədər məlumatlıdılar. Cavabdeh ona zəng edərək məhkəmə iclasının təxirə salınmasını istəmiş və razılaşmaya gəlmək istədiyini, dəymiş ziyanı ödəmək fikrində olduğunu bildirmişdir. Təbii ki, iddia ərizəsində qeyd edilən məbləğdə deyildir. İddia ərizəsində 2000 manat mənəvi ziyanın, müdafiəçiyə ödədiyi 500 manat pulun ödənilməsini və dövlət rüsumunu tələb etmişlər. İddiaçıda bildirir ki, cavabdehlərə müəyyən güzəştlərə gedə bilərlər. İddiaçı gözləyir ki, cavabdehlərdən hər-hansı bir hərəkət olsun, onlar da iddialarını geri götürsünlər. Cavabdeh ona ən azından iki həftə vaxt verilməsini bildirmişdir .İş məhkəmənin icraatına daxil olmamışdan 10-15 gün qabaq onlar bu gün sabah ödəyəcəklərini deyirdilər. Hər bir məhkəmə iclasından sonrada cavabdehlərlə danışmışlar. Hər iki cavabdeh dəfələrlə onun yanında olmuşlar. Ən sonuncu məhkəmə iclasını təxirə salandan sonra onun yanına gəlmişlər, İlkinin atası İlham adlı şəxs bildirmişdi ki, kişi kimi söz verir ki, bu məsələni həll edəcəkdir. Bildirmişdir ki, Qarabağda işliyir, yük maşını sürür, çox vaxt burda olmur. Olsun demiş, məhkəmə davam edir. 10 gün bundan qabaq gəlmiş və o, pulu ödəyə bilmir demişdir. İddiaçı2 MMC ilə dəyən zərəri ödəmiş, İddiaçı2 MMC-yə tam şəkildə borcu bağlamışdır. Ona 3500 manat pul qaytaracaqlarını demiş, o da elə düşünmüşdür ki, 3500 manatın üstünü düzələdər sizə verə bilər. Çünki bunlar 4000 manata razılaşmışlar. Şəhid atası olmasını demiş, İlkində razılaşmışdır ki, dediyi sözə əməl et vaxtında gətir ver. 4 ay bundan qabaq razılıq olmuşdur. Azərmaşa borcunu bağladığı, ona əlavə 1200 manat pul vermələri demişdir. Bildirmişdir ki, daha alınmır məhkəmə nə edir etsin. Cavabdehlər məhkəmə bildirişlərini alırlar məhkəmənin gedişatındanda məlumatlıdılar. Qanuni qüvvəyə minmiş məhkəmə, təhqiqat orqanının qərarı var. Təqsirli şəxs müəyyən edilmişdir. Avtomobilə dəymiş ziyan iş materiallarında var. Digər hissə mənəvi zərərlə bağlı xüsusi qiymətləndirməyə ehtiyac yoxdur. Mənəvi ziyan onların ağlabatan rəqəmlərinə uyğun hesablanmalıdır. Məhkəmədə onların çəkdikləri mənəvi iztirabları, şəxsin aldığı xəsarətləri nəzərə almalıdır. Sağlamlığa dəymiş sığortanı ala bilməmiş, mübahisə burda davam edir deyə. Buna uyğun digər iki şəxsdə xəsarət almış, sığorta ödənişləri olunmamışdır. Maşın sığorta olmadığı üçün bütün problem onun üzərindədir. Sığorta olunmasına nəzarət edən qurum mülkiyyətçidir. Kasko sığortanın pulunu almışlar. Onların iddia ərizələri mülki qanunvericilyə uyğun əsaslandırılmışdır. Onlar bir maddəyə istinad edirlər digərinə yox. Onların günahları ucbatından sığorta olunmamış maşını mülki etibarnamələrdə bir neçə şəxsə verirlər. Ordada yazırlar ki, tam mülkiyyət hüququ ilə deyil, qeyri tam mülkiyyət hüququ ilə verilir. Belə bir hüquqa rast gəlməmişdir. Əgər müvəqqəti sahibliyə verilirsə bu nəqliyyat vasitəsinin mülkiyyətçisi onlardır və bunu bütün sığorta da təmin etdirməli idilər.Onlar avtomobili sığorta etdirib üçüncü şəxslərin təsirindən azad etdirməli idilər, necəki öz risqlərini kasko sığorta ilə qoruyurlar. Hazırki müqavilə üzrə hadisə törədən avtonəqliyyat vasitəsi mülkiyyətçisi “Azərmaaş» tərəfindən tam şəkildə sığorta olunmuşdur. Sığortadan pullarınıda almışlar. Cavabdeh Elvində müqavilədə aylar illər üzrə bütün pulunu almışlar. Bu zaman Azərmaşa nəyinki zərər dəymiş, əksinə qazanc etmişdir. İddiaçı1 və iş materiallarında görsənir ki, başqa bir şəxsdir, ona ziyan dəymişdir. Onların iddia tələbləri qanunvericiliyə uyğun olaraq əsaslıdır və cavabeh barədə subsidiar qaydada dəymiş ziyan onlardan tutlmalıdır . İddianın təmin edilməsini xahiş edir. İşin faktiki hallarına uyğun təqdim olunmuş sübutlara əsasən onların iddialarının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı2 nümayəndəsi X15 iddia tələbini qəbul etməyərk izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi zamanı avtomobilin icbari sığortası olmamışdır. İddianın İddiaçı2 olan hissəsi əsassızdır, mülkiyyətçi onlardır. Müqavilə və aylıq etibarnamə əsasında vermişlər. Ancaq sürmək üçün vermişdir. Müvəqqəti sahibliklə bağlı müqavilə bağlamışlar. Burda bir il müddət keçmişdir.Yol nəqliyyat hadisəsi zamanı onun verdiyi etibarnamə etibarlı idi. Onunla bağlı protokol tərtib olunmuşdur.Lizinq alan Cavabdeh1 olmuşdur. Hadisə törədən Cavabdeh2dur. Lizinq alan 100 manat xidmət haqqı ödəyir. Qanunsuz deyil, şirkəti var maşın var. geib maşın alır, istədiyi adama etibarnamə verə bilər.O, hər ay üçün vermişdir. Müqavilədə göstərilmişdir. Sığortadan faydalanan şəxs onlardır, mülkiyyətçi Azərmaşdır. Onlar kasko vermirlər, kaskosu yoxdur.Əmlakı sığortalamaq bir il müddətinədir. İcbari kaskonun satıcıya bir il müddətinə pulunu ödəyir. Öhdəlik onların üzərində deyil, lizinq alanın üzərindədir.İşlədiyi şirkətdə 10.000 maşın var, götürüb onları hər il kasko eliyən deyildir.İddiaçı iddiasını əsaslandırmışdır ki, icbarı sığortası yoxdur. Onlar da avtomobil var, 50 nəfərə etibarnamə vermişlər.Cavabdehlərin hər ikisinə eyni zamanda etibarnamə vermişdir. Lizinq verən lizinq alanın razılığı əsasında avtomobili 3-cü şəxsə verə bilər. Müqaviləni Mülki Məcəllədən yazmışlar.Sublizinq müqaviləsi yoxdur. Digər şəxsə etibarnaməni onlar vermişlər. Göstərilən 3-cü şəxsə etibarnamə verilə bilər, müqavilədə və Mülki Məcəllədə var.Məsuliyyəti lizinq alan daşıyır. Etibarnamə alan andan məsuliyyət daşıyır.Onlar 100 manat alırlar, baxırlar sürücülük vəsiqəsi varsa həmin şəxsə etibarnamə verirlər. Əmrahov X5 iddia qaldırdığı hissədə tam əssasızdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Cinayət işinin başalnması haqqında qərardan görünür ki, inzibati məsuıiyyətə cəlb olunan şəxs X7. İddiaçı2 MMC İlkinə bir ay avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Sahubliklə istifadə hüququna gəldikdə isə MM-nin 748.2.2 maddəsində göstərilir ki, lizinq müqaviləsi imzalandığı andan sahiblik və ondan istifadə hüququ tam lizinq alana keçir. Mülkiyyət hüququ onlarda qalır. Onlar mülkiyyətçi olaraq 100 nəfərə etibarnamə verə bilərlər. Buna görə İddiaçı2 MMC-yə heç kimə qadağa qoya bilməz. Sığorta etdirmək yeni avtomobil deyildir, istifadə etməkdən bir il keçmişdir. Sığorta etdirmək lizinq olanın üzərindədir, müqavilə bağlamışlar. Avtomobili icbari sığorta etdirmək onların vəzifələri deyildir. Onlar kasko sığorta etdirirlər. Onlar İlkini tanımırlar, lizinq alan deyildir.Kasko sığorta olsa da, bu işə aidiyyatı yoxdur.Cavabdeh çox söz deyir. Avtonəqliyyat vasitəsini Elvinin istifadəsinə vermişlər. Elvin xahiş etmişdir ki, avtomobilin idarə olunmasına dair 100 manat xidmət haqqı ödəyir, İlkinə etibarnamə verir. Burda qanunsuz bir şey yoxdur. Mülkiyyətində olan avtomobil istifadə edən adama etibarnamə verə bilərlər. Lizinqdə olan maşının sayını bilmirlər.100 manat xidmət haqqı alıb etibarnamə verirlər. Mülkiyyət hüququ onlarda qalır. Onlara aylıq ödəniş 300 manatdır.Əlavə xidmət haqqı 100 manat etibarnaməyə verirlər. Etibarnaməni isə Elvinin yazılı xahişi əsasında İlkinə vermişlər. Məhkəmədən iddianın təmin olunmamasını, İddiaçı2 MMC-nə qarşı iddianın əsassız olmasını, sığorta lizinq alanın üzərindədir və bu hissədə iddianın təmin edilməməsini xahiş edirlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 19 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı1 və Cavabdeh2 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətlə cəlb olunması məqsədi ilə taplanmış material Sabunçu RPİ-nin DYPŞ-si vasitəsi ilə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Khazar LX Minik» 99 PN-517 dövlət nömrə nişanlı avtomobilin sahibi İddiaçı2dir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, lizinq verən İddiaçı2 ilə lizinq alan X8 arasında xx.xx.2020-ci il tarixli MAS-2875 nömrəli X13 və müqaviləyə 1 nömrəli əlavə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının surətinldən görünür ki, 1 ədəd «Khazar LX» markalı avtomobil lizinq alan X8 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAS-2875 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən aydın olur ki, öhdəlikləri ötürən X16 tərəfindən öhdəlikləri qəbul edən X1 ötürülmüşdür. İş materiallaırnda olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, «Khazar LX» markalı 99PN517 dövlət qeydiyyat nişanzlı avtomobil X8 tərəfindən X11 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAS-2875 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən aydın olur ki, öhdəlikləri ötürən X8 tərəfindən öhdəlikləri qəbul edən X11 ötürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, «Khazar LX» markalı 99PN517 dövlət qeydiyyat nişanlı avtomobil X17 tərəfindən X1 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAS-2875 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən aydın olur ki, öhdəlikləri ötürən X9 tərəfindən öhdəlikləri qəbul edən X4 ötürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, «Khazar LX» markalı 99PN-517 dövlət qeydiyyat nişanlı avtomobil X9 tərəfindən X4 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAS-2875 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən aydın olur ki, öhdəlikləri ötürən X12 tərəfindən öhdəlikləri qəbul edən Cavabdeh1 ötürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, «Khazar LX» markalı 99PN-517 dövlət qeydiyyat nişanlı avtomobil X12 tərəfindən Cavabdeh1 təhvil verilmişdir. İş materiallarında olan «My Auto Service» tərəfindən verilmiş avtomobilin qüsür aktından görünür ki, «Toyota Prius» markalı 77 GF865 dövlət qeydiyyat nişanlı avtomobilin istifadə olunacaq ehtiyyat hissələri 2880 manat, görüləcək təmir işlərinin məbləği 3300 manat olmaqla, cəmi 6180 manat təşkil etmişdir. İş materniallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(006)- 1020/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2 ay müddətinə nəqliyyat vasitələrini idarə etəm hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin «Məhkəmə-Tibbi Ekspertiza və X6» X24 tərəfindən verilmiş 138 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı1 baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sol qaş və sol diz oynağı nahiyələrinin sıyrıqlar müəyyən olundu. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, idarə etdiyi avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Eyni Məcəllənin 1108.2-ci maddəsinin tələbinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 01.2023-cü il tarixdə Sabunçu rayonu, Sovxoz -Pirşağı yolunda, Araz marketin yanında idarə etdiyi “Toyota” markalı avtomobillə Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Azsamand” və “Opel” maşınlar toqquşmuş və toqquşması nəticəsində “Toyota” markalı avtomobilin sürücüsü İddiaçı1 xəsarət almışdır. İddiaçı1 aldığı xəsarətlə yanaşı, idarə etdiyi avtomobilə ciddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisə Sabunçu RPİ-nin Təhqiqat şöbəsində araşdırılmış və araşdırma nəticəsində «Khazar LX Minik» avtomaşının sürücüsü Cavabdeh2 təqsirli olduğu müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində cinayət tərkibinin əlamətləri olmadığından Sabunçu RPİ-nin Təhqiqat şöbəsinin 28 yanvar 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oulnması üçün material Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(006)- 1020/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.Hadisə törətmiş «Khazar LX Minik» avtomobili İddiaçı2 MMC-yə məxsus olmuş və 1 (bir) aylıq etibarnamə əsasında Cavabdeh2 idarə etmək üçün verilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Toyota Prius» markalı 77 GF865 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın miqdarı «My Auto Service» tərəfindən qiymətləndirilmiş dəymiş ziyan qüsur aktına əsasən ehtiyyat hissələri və təmir işləri də daxil olmaqla, ziyan cəmi 6180 manat müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, faktiki olaraq yüksək təhlükə mənbəyi sayılan «Khazar LX Minik» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı2 tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh2 idarə edib yol-nəqliyyat hadisəsini törətdiyinə görə həmin avtomobilin mülkiyyətçisi İddiaçı2 MMC-yə və həmin avtomobilin “Daxili lizinq” müqaviləsi əsasında müvəqqəti istifadəsində olan Cavabdeh1 qarşı yönələn tələb əsassız olduğundan iddiaçının tələbi bu hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 6180 manat məbləğində maddi ziyanın İddiaçı1 İlham oğlunun xeyrinə tutulmalıdır. İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına və əmlakına dəymiş maddi ziyan nəticəsində psixoloji streslərə, yəni mənəvi sarsıntılar keçirməsinə görə 2000 manat mənavi zərərin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki,İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanları və cavabdehin maddi vəziyyətini nəzərə alıb, məhkəmə mənavi zərərin ödənilməsi tələbini qismən,yəni 200 manat məbləğində təmin edilməsi gənaətinə gəlir. Eyni zamanda,İddiaçı1 İlham oğlunun müdafiəçiyə ödəydiyi 500 manat pulun cavabdehlərdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddia tələbinin bu hissədə təmin edilməməsi qənaitinə gəlir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 106.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106.40 manat Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 6180 manat məbləğində maddi ziyanın və 200 manat mənavi ziyan olmaqla cəmi 6380 manat ziyan və 106.40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı1 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar