Məhkəmə qərarları › İş №2(034)-228/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-228/2022

03.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-228/2022 03.06.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Cavabdeh onun xeyrinə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-608/2018 saylı qətnaməsi ilə kəsilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər uşağa hər ay 193 manat, cəmi 579 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında olan xx.xx.2004-cü il tarixdə 182 saylı Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, xx.xx.2002-cü il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa 100 manat, cəmi 300 manat aliment kəsilmişdir. Uşaqlar hazırda böyümüşlər və böyüdükcə də onların tələbatları daha da artır. İddiaçı uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyi üçün uşaqları müvəqqəti internata yerləşdirmişdir. Lakin hazırda uşaqları internatdan götürmüşdür. Uşaqlarsız qala bilmir, bir ana kimi əziyyət çəkir. Lakin məcburiyyətdən uşaqları internata yerləşdirmişdir. Hazırda 300 manat uşaqların saxlanılması üçün çox az məbləğdir. Cavabdeh uşaqlarla bir valideyin kimi maraqlanmır. Maddi cəhətdən heç bir köməklik göstərmir. Ona görə də alimentin prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. Belə ki, prezidentin sərəncamı ilə uşaqlar üçün yaşayş minimumu 2022-ci il üçün 193 manat göstərilmişdir. Cavabdehin rəsmi iş yeri yoxdur, taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh kəsilən 300 manat alimenti hər ay ödəsə də, sonrada ödəməmişdir. Uşaqlar böyükdür və təlabatlarıda çoxdur. İddiaçı işləmir və hazırda əməliyyat olunmuşdur. Dolanışıqları olduqca ağırdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən alimentin artırılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən aydın olur ki, tərəflər xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 validenyləridirlər. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-608/2018 saylı, 11 09.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər uşağa hər ay 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan tərəflərin xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X11 adlı üç uşaqları doğulmuşlar.Tərəflər arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqlar iddiaçının yanında saxlanmış və cavabdehdən iddiaçının xeyrinə uşaqların saxlanması üçün hər uşağa hər ay 100 manat miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı Zəngilan Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2022-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı cavabdehin rəsmi iş yerinin olmadığı və onun taksi fəaliyyəti ilə məşğul olması bildirilsə də, cavabdehin gəlirləri barədə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda iddiaçının iddia etdiyi cəmi 579 manat məbləğdə alimentin cavabdehdən tutulması mümkün olmağından məhkəmə alimetin miqdarını hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-608/2018 saylı, 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh Qulu oğlundan xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh Qulu oğlundan 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar