Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-236/2024 17.04.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-93/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərəkartırılaraq, xx.xx.2015-ei il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 93/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, xx.xx.2015ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 onun himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 manatcəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment övladlarının maddi və s. ehtiyaclarının təmin edilməsi üçün kifayət etmədiyindən alimentin mələği dəyişdirilərək artırılması zərurəti yaranmışdır. Hazırki aliment məbləğ qanunvericiliklə uşaqlar üçün müəyyən edilmiş minimum dolanacaq xərclərini ödəmir. Uşaqlar böyüdükcə onların maddi və digər ehtiyacları artır. Buna görə də, Zəngilan Rayon Məhkəməsinin 2(034)-93/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2015-ei il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mediasiyada iştirak edib razılığa gələ bilməmişlər. Cavabdeh hər ay vaxtlıvaxtında alimenti ödəyir. Onunla Cavabdeh arasında olan nikah xx.xx.2022-ci ildə Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 onun himayəsində saxlanılmış və uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment övladlarının maddi və mənəvi ehtiyaclarının təmin edilməsi üçün kifayət etmədiyindən alimentin məbləğinin dəyişdirilərək artırılması zərurəti yaranmışdır. Qızı Ayan ürəyindən əməliyyat olunmuş və qızına baxdığı üçün işləyə bilmir. Cavabdeh alimentdən başqa heç bir maddi köməklik etmir. Cavabdehlə öz aralarında razılığa gələ bilməmişlər. Əgər cavabdeh 250 manat aliment ödəyə bilmirsə, onda cavabdehin 200 manat aliment ödəməsinə razıdır. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin oulnmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 670 manat maaş alır, onun 300 manatını uşaqlara aliment ödəyir. Hər gün kafedə 3-4 manat yeməyinə pul verir. Aliment artırılsa, o, ödəniş edə bilməyəcəkdir, çünki xəstə atası var və onada o, baxır. O, hər ay 300 manat alimenti ödəməkdə çətinlik çəkir. İddiaçının tələb etdiyi 200 manat alimenti o, ödəyə bilməyəcəkdir. Özü fəhlə işləyir və dolanışığında çətinlik çəkir. Sonda cavabdeh məhkəmədən alimentin artırılmamasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-93/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014cü il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmış, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00235 nömrəli arayışdan görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar görə 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-93/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmış, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixindən başlayaraq, hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. İddiaçı birgə nikahdan olan uşaqların böyüdükcə maddi və digər ehtiyacları artdığından məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay iki uşağın saxlaması üçün cəmi 500 manat məbləğində alimentin tutulmasını xahiş etsə də, məhkəmə iclasında uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa 200 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh hazırda uşaqların saxlanması üçün hər ay cəmi 300 manat məbləğində aliment ödəməsini, alimentin miqdarı dəyişdirilərsə ödəmək imkanını olmayacağını bildirmişdir. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahdan olan uşaqların mənafelərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-93/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-93/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-236/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-236/2024
17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver