Məhkəmə qərarları › İş №2(034)-256/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-256/2024

12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-256/2024 12.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Cavabdeh birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 270 manat sabit pul məbləğində, ümumillikdə 540 manat alimentin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-67/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikahları pozulmuşdur. Boşanmadan sonra birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına kimi saxlanılması üçün cavabdehdən hər ay qazancın 1/3 hissəsi məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. Cavabdeh ona bu günə qədər demək olar ki, aliment ödəməmişdir. Ona görə də məhkəmədən Cavabdeh birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 270 manat sabit pul məbləğində, ümumillikdə 540 manat alimentin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-67/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, boşanmadan sonra birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına kimi saxlanılması üçün cavabdehdən hər ay qazancın 1/3 hissəsi məbləğində alimentin tutlaraq ona verilməsi qət edilmişdir. Cavabdeh ona bu günə kimi demək olar ki, aliment ödəməmişdir. Cavabdeh birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 270 manat sabit pul məbləğində, ümumlikdə 540 manat alimentin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bu nikahdan iki övladı var. Cavabdeh bu günə kimi cəmi 500 manat aliment ödəmişdir. Cavabdeh əvvəl dövlət işində işləmiş, hal-hazırda isə işləmir. Cavabdehə aliment ödəmədiyinə görə 15 gün həbs verilmişdir. O, özü məktəbdə müəllimə işləyir, 400 manat maaş alır, uşaqlarının saxlanılmasına valideyinləri köməklik edir. Cavabdeh alimenti qəsdən ödəmir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh bacısı ilə 3 ildir ki, ayrı yaşayır, uşaqlarına heç bir köməklik etmir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçı ilə aralarında olan nikah xx.xx.2022-ci ildə pozulmuş, bu nikahdan onların xx.xx.2007-ci ildə X5 və xx.xx.2009-cu ildə X2 anadan olmuşlar. İddiaçı ondan aliment tələb etdiyi kimi o, da övladlarını görmək istəyir. Fəhlə işləyir, aylıq gəliri 700 manat olur. 300-350 manat aliment və 200 manatda borcundan ödəyə bilər. Uşaqları görmədiyi üçün alimenti qəsdən ödəmir. İddiaçı o, ailə qurduğu üçün uşaqları ilə görüşünə maneçilik törədir. Sonda cavabdeh hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat aliment ödəməyə razı olmasını bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 2(034)- 67/2022 nömrəli,xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Zəngilan rayon VVADQ şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 255 saylı nikah qeydi ləğv edilmiş, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılmış, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) 1\3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024cü il tarixli arayışdan görünür ki, cavabbeh mediasiya prosesində iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar görə 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nirahdan onların xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 adlı iki uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətləri alınmadığından Zəngilan Rayon Məhkəməsinin 2(034)-67/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaqlar ananın himayəsində saxlanılmış və uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) 1\3 hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Araşdırma zamanı iddiaçı cavabdehlə birgə nikahdan olan uşaqların saxlanması üçün ödənilən adimentin uşaqların təlabatlarını ödəmədiyini, uşaqların saxlanmasında valideynlərinin köməklik etməsini bildirərək, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 270 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Araşdırma zamanı cavabdeh fərdi əməklə məşğul olub fəhlə işləməsini, hər ay 700 manat məbləğində gəlirinin olmasını, iddiaçı uşaqları ona göstərmədiyinə görə qəsdən aliment ödəmədiyini, hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat aliment ödəməyə razı olmasını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Məhkəmə qeyd olunanları, cavabdehin maddi vəziyyətini, stabil gəlirlərinin olmamasını, gəlirlərinin dəyişkən olmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-67/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh iddiaçı ilə birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin məbləğinin hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-67/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaq, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar