Məhkəmə qərarları › İş №2(034)-258/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-258/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-258/2021 18.05.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcun qaytarılması ” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcun qaytarılması ” tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 83.37 manat əsas, 143.48 manat faiz, 120.91 cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qrarına əsasən hesablanmış 9,93 manat faiz borcu olmaqla, cəmi 357.69 manat borcun və 30 manat ödənilmiş dövlət rüsmunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31.03.2017-ci il tarixli KM006T03170047S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə 401 (dörd yüz bir ) manat 15 (on beş) məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə Kart vasitəsilə mallar iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.12.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 357 (üç yüz əlli yeddi) manat 69 (altmış doqquz) qəpik təşkil edir. Bundan 83.37 manat əsas, 143.48 manat faiz, 120.91 cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qrarına əsasən hesablanmış 9,93 manat faiz borcu təşkil edir. Sonda iddiaçının nümayəndəsi qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası BPQMİ-nin MAPS arayışından məlum olur ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və yaşayış yeri Zəngilan rayonu, Zəngilan şəhəri, 28 may küçəsi, ev-4-dür. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, cavabdehin banka 83.37 manat əsas, 143.48 manat faiz, 120.91 cərimə, gecikdirilmiş vaxt üşün 9,93 manat faiz borcu olmaqla, cəmi 357,69 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında 31.03.2017-ci il tarixli KM006T03170047S01 nömrəli kredit müqaviləsi bağlanmasını əsas gətirərək, cavabdehdən 83.37 manat əsas, 143.48 manat faiz, 120.91 cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qrarına əsasən hesablanmış 9,93 manat faiz borcu olmaqla, cəmi 357.69 manat borcun və 30 manat ödənilmiş dövlət rüsmunun iddiaçının xeyyrinə tutulmasını tələb etsə də, tərəflər arasında bağlanan 31.03.2017-ci il tarixli KM006T03170047S01 nömrəli kredit müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarında Cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-ndən kredit götürməsi barədə hər hansı bir sübut mövcüd deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan “xxxx” ASCnin Cavabdeh qarşı “kredit borcun qaytarılması ” tələbinə dair iddia ərizəsi iddiaçı tərəfindən kifayət gədər sübut məhkəməyə təqdim təqdim edə bilmədiyi üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcun qaytarılması ” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar