Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-263/2023 10.07.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı Quliyeva (Məmmədova) Xatirə Talış qızının iştirakı ilə, İddiaçı Quliyeva (Məmmədova) Xatirə Talış qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Quliyeva (Məmmədova) Xatirə Talış qızı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Zəngilan Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(034)-21/2022 saylı qətnaməsi ilə 26 dekabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat məbləğində tutulan alimentin miqdarı artırılaraq 26 dekabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Quliyeva (Məmmədova) Xatirə Talış qızına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 15 fevral 2005-ci il tarixdə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 28 sentyabr 2004-cü il təvəllüdlü X6 və 26 dekabr 2007-ci il təvəllüdlü X7 doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğu üçün Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. Zəngilan Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(034)-21/2022 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilərək, cavabdehlə bağlanmış nikahları pozulması, uşaqların ananın himayəsində saxlanılması və 28 sentyabr 2004-cü il təvəllüdlü X6 və 26 dekabr 2007- ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 oktyabr 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Aşağıda göstərilənlərə əsasən Zəngilan Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(034)-21/2022 saylı qətnaməsi ilə 26 dekabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq 26 dekabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Quliyeva (Məmmədova) Xatirə Talış qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Quliyeva (Məmədova) Xatirə Talış qızı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2003-cü ildə ailə qurmuş, 2022-ci ilin fevral ayında boşanmışlar, iki övladı var. Övladları 16 və 19 yaşlarındadırlar. 220 manat aliment istəyir, boşandıqdan sonra 175 manat aliment təyin olunmuşdur. Özü Al marketdə xadimə işləyir, 370 manat maaş alır. Yetkinilik yaşına çatan övladı tələbədir, işləmir. Kirayədə qalmır. Cavabdeh obyekt işlədir. Cavbadehlə danışmamışdır. Cavabdeh bildirir ki, pulu var amma, vermir. Cavabdeh ona hədə qorxu gəldiyi üçün telefon nömrəsini dəyişmiş, lazım olanda icraçı ilə əlaqə saxlayır. Cavabdeh uşaqlarından imtina etmişdir. O, həmişə işdən icazə alıb məhkəməyə gələ bilmir. Cavabdeh icraçıya rüşvət təklif etmişdir ki, süründürməçilik etsin aliment ödəməsin. Sonda iddiaçı məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/3- 2023-00304 nömrəli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2007-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)- 21/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər 15 fevral 2005-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 28 sentyabr 2004-cü il təvəllüdlü X6 və 26 dekabr 2007-ci il təvəllüdlü X7 doğulmuşlar. Ailə münasibətləri alınmadığı üçün tərəflər arasında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-21/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan uşaqlar ananın himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflərin birgə nikahlarından olan 28 sentyabr 2004-cü il təvəllüdlü X6 artıq yetkinlik yaşına çatmış, hazırda tələbə olduğundan onunda bütün təlabatını iddiaçı ödəyir, digər uşaq 26 dekabr 2007-ci il təvəllüdlü X7 isə yetkinlik yaşına çatmamışdır. Hazrıda uşaq böyüdükcə onun maddi təlabatları artır və 175 manat sabit pul məbləğində aliment uşağın heç bir maddi təlabatını qarşılamır. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya heç bir əlavə maddi yardım etmir,uşaqlarla maraqlanmır. İddiaçı tək qadın olaraq uşağın saxlanmasında maddi çətinlik çəkir. Bu səbəbdən də, iddiaçı məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 220 manat sabit pul məbləğində cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd olunanları və cavabdehin maddi vəziyyətini və stabil gəlirinin olmamasını nəzərə alaraq hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-21/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 26 dekabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının hər ay 220 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(034)-21/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 26 dekabr 2007ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində sabit pul məbləğində aliment iddiaçı Quliyeva (Məmmədova) Xatirə Talış qızının xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsinin aldığı gündən başlayaraq hesablansın. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-263/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-263/2023
10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver