Məhkəmə qərarları › İş №2(034)-280/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-280/2023

17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-280/2023 17.08.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-557/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaq onun yanında saxlanılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşağa 185 manat aliment kəsilmişdir. Cavabdeh maddi cəhətdən ona hec bir köməklik etmir. Cavabdeh tərəfindən ödənilən aliment hazırkı vəziyyətdə uşağın heç bir maddi təminatını ödəmir. O, heç bir yerdə işləmir, özü uşaqla yataqxanada anasının yanında yaşayırlar, uşağın bütün xərclərini anası çəkir, onun hec bir yerdən gəliri yoxdur və uşağı tək saxlamaqda maddi cəhətdən çətinlik çəkir, çünki uşaq böyüdükcə onun xərci də artır. Uşağ məktəbə, hazırlığa gedir, uşağın sumkası, kitabları, məktəb paltarları, hazırlığı və hər ay ödənişləri var. Cavabdeh bir dəfə də olsun uşağla maraqlanmır. Cavabdeh şəxsi biznezlə məşğul olur, özünün şəxsi avtoyuma məntəqəsi var icarəyə maşın verir, aylıq gəliri 1500-2000-min manat arasıdır. Ona görə də uşağı saxlamaq üçün alimentin miqdarı artılaraq hər ay uşağa 220 manat pulun Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştitrak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə qızı 2010-cu ildə ailə qurmuş, bu nikahdan xx.xx.2012-ci ildə X4 anadan olmuşdur. 2017-ci ildə boşananda 117 manat aliment kəsilmişdir. Uşağı saxlamağa gücü çatmır.Uşaq məktəbə gedəcək, dolanmaq çətindir. Cavabdeh alimentdən başqa heç bir köməklik etmir. Cavabdeh avto yumada işləyir. Cavabdehin işin məhkəmədə olması barədə məlumatı var.Məcburi köçkündür. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-557/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-332/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 185 (yüz səksən beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/16-00266 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında olan nikh xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətlərndən görünür ki, tərəflər xx.xx.2012-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Əliyeva X2 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. -Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X4 adlı bir uşaqları olmuşdur. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və uşaq ananın yanında saxlanılmışdır. Zəngilan Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşağa 185 manat aliment kəsilmişdir. İddiaçı bildirir ki, cavabdeh alimentdən başqa ona heç bir əlavə olaraq maddi köməklik etmir. Cavabdeh tərəfindən ödənilən aliment hazırkı vəziyyətdə uşağın heç bir maddi təlabatını ödəmir. Özü heç bir yerdə işləmir, uşaqla birlikdə yataqxanada anası ilə qalır. Uşağın bütün xərclərini anası çəkir, onun başqa yerdən gəliri yoxdur, uşağı tək saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Belə ki, uşaq böyüdükcə onun xərci də artır. Cavabdeh fərdi əməklə məşbuldur, aylıq gəliri hardasa 1500-2000-min manat arası olur. Ona görə də, məhkəmədən alimentin miqdarının artırılmasını tələb edir. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahdan olan uşağın mənefeyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilərək Zəngilan Rayon Məhkəməsinin 2(034)- 557/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər ay uşağa 220 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu oğlundan Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-557/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı Seyfulla qızının xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hesablansın. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar