Məhkəmə qərarları › İş №2(034)-292/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-292/2022

21.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-292/2022 21.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Zəngilan Rayon Məhkəməsinin 2(034)- 356/2019 saylı qətnaməsi ilə kəsilmiş alimentin miqdarının artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sabit pul məbləğində hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onunla Cavabdeh ilə arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış, nikahları xx.xx.2019-cu il tarixdə Zəngilan Rayon Məhkəməsinin 2(006)-356/2019 saylı qətnaməsi ilə pozulmuş və uşaqlar onun yanında saxlanmışdır. Belə ki, onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Zəngilan Rayon Məhkəməsinin 2(034)-356/2019 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay uşaqlara cəmi 320 manat aliment kəsilmişdir. Uşaqlar hazırda böyük uşaqlardırlar. Uşaqlar böyüdükcə onların tələbatları daha da artır. Hazırkı vaxtda cəmi 320 manat alimentlə uşaqları saxlamaq çox çətindir. Prezidentin sərəncamı ilə uşaqlara görə yaşayış minimumu 2022-ci il üçün 193 manatdır. Cavabdeh ata olaraq uşaqlarından imtina etmiş, uşaqlarla maraqlanmamışdır. Dörd ildir ki, nikahları pozulmuş, lakin aliment almamışdır. Belə ki, barışıq olduğu üçün aliment almamışdır. Barışmaqları cəmi iki ay çəkmişdir. İşləri Nərimanov rayon İcra şöbəsində olmuşdur. Ona görə də məhkəmədən alimentin artırılmasını istəyir. 500 manata kirayə qalır. Uşaqlar hazırlığa gedir, cavabdeh ata olaraq heç bir köməklik etmir. Ona görə də, məhkəmədən alimentin artırılmasını istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında olan nikah pozulmuş, uşaqların saxlanması üçün iddiaçıya aliment ödəmiş, əlində çekləri var. İddiaçı gözəllik salonunda işləyir, ayına 4000-5000 manat pul qazanır. İddiaçının qazancı onun qazancından daha çoxdur. İddiaçı salonda olan qızların sözlərinə qulaq asdığı üçün evdə dava-dalaş salırdı. Cavabdehin hərəkətləri uşaqların psixikasını pozmuşdur. Özü 2-ci qrup əlildir, 180 manat pensiya alır, hər iki uşağa 90 manat olmaqla, cəmi 180 manat aliment verə bilir. Yanıq xəsarətləri olduğu üçün hər yerdə işləyə bilmir. Yüngül işlərdə fəhlə işləyir. İddiaçı özü alimentdən imtina etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, tələbkar İddiaçınn ərizəsi əsasında Zəngilan Rayon Məhkəməsinin 2(034)-356/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də həmin Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanlar aradan qaldırılmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 356/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verildiyindən hazırkı iş baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət verlilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar