Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-3/2023 02.10.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh1 iştirakı ilə, İddiaçı “Nikoyl» X1 (indiki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" X3 (indiki Yelobank ASC) borclular Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə» ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(034)-752/2015 saylı məhkəmə əmri ilə kreditorun tələbi təmin edilmiş, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8980 ABŞ dolları əsas,1101 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları (ödənildiyi gün manatla ekvivalentində) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" X2 verilməsi əmr edilmişdir. Lakin, cavabdehlər Cavabdeh1 və Gülüşov X6 Rayon Məhkəməsinin 2(034)- 752/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə etiraz verdiyindən, Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 283-cü maddəsinin tələblərinə riayət etməklə 2(034)-752/2015 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-752/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrini ləğv edib mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Yelobank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4833.20 ABŞ dolları əsas, 6604.76 ABŞ dolları faiz, 8044.46 ABŞ dolları cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1971.50 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 21.453.92 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli bank hesab, kredit zaminlik müqaviləsi üzrə zaminliyinə xitam verilməsi barədə qətnam qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor ”Nikoyl” İKB ASC (indiki "xxxx"ASC) borclular Cavabdeh1 və X7 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və Zəngilan rayon Məhkəməsinin 2(034)-752/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8980 ABŞ dolları əsas borc və 1101 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları borcun tutularaq "xxxx" İKB ASC-yə (indiki "xxxx"ASC) ödənilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 4833.2 ABŞ dolları əsas borc, 6604.76 ABŞ dolları faiz borcu, 8044.46 ABŞ dolları cərimə borcu,xx.xx.2016-cı il tarixdən xx.xx.2022-c il tarixə gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanmış 1971.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilkidə cəmi 21.453.92 ABŞ dolları borcu vardır. Məhkəmə əmri 2015ci ildə çıxmış, əmrdən sonra ödəniş əsas borcdan silinmiş, sonuncu ödəniş isə 19 avqust 2015-ci ildə olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçınının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ekspertin rəyi ilə razıdırlar. Cavabdeh tərəfindən ödənişlər olmuş, son ödəniş isə 12 iyun tarixində 62 manat məbləğində olumşdur. Əsas borcda azalma əmələ gəlmişdir. Hesabdan çıxarışda tarixləri ilə qeyd olunmuşdur. Sonunucu ödəniş 30 avqust tarixində olmuşdur. Prezidentin fərmanının təsiri altına düşməsi ilə bağlı məlumat verilməmişdir. 4833,20 ABŞ dolları əsas borcdur. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını, ekspertizanın rəyi ilə razı olmasını və zaminliyə xitam verilməsinə etiraz etməsini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının digər nümayəndəsi X4 izahatında bildirmişdir ki, 24 fevral arayışında ödəniş göstərilmişdir. Bunu faiz borcu toplama çıxma ilə 4595 dollar göstərirsə bundan öncə 2624 faiz borcu müqavilə bitən tarixdə göstərirsə faiz hesablana bilməz. Onlar faiz hesablamırlar, 4595 dollardan 2624 dollar çıxılanda 1870 dollar qalır. Onların tələbləri 1970 dollardır. Ekspertlə onlar arasında olan fərq 100 dollardır. Nəzər yetirilsə 3964 dollar ödəniş var. 700 dollar zaminin maaşından çıxılmış, cavabdehdən isə hər ay 100 manat ödənişlə olmuşdur. 800 dollar ödəniş var. Eksperin rəyi ilə razıdırlar. Kompensasiyaya düşmüş, hesabdan çıxarışda var. Həmin dövrdə manat dollardan baha olmuşdur. Məhkəmə iclasında iştiran edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə əsas borclu odur, Anar isə kredit müqaviləsi üzrə zamindir. Himayəsində 3 uşağı var və onlardan biri xəstədir. Bankdan zəng edərək kredit verildiyini bildirmişlər, o, da ehtiyacı olduğu üçün bankdan kredit götürmüşdür. Bank tərəfindən ona 10.000 manat məbləğində pul verilmiş, amma 12.000 ABŞ dolları kimi yazılmışdır, imkanı olan kimi kredit borcundan ödənişlər etmiş, lakin sonradan imkanı olmadığından ödəniş edə bilməmişdir. Borcla əlaqədar olaraq banka getmiş və qrafikə salınmasını xahiş etsə də, bank onları qrafikə salmaqdan imtina etmişdir. Oxumamış qol çəkmişdir. Dollar qalxanda ona bildirmişlər ki, pulu dollarla götürmüsən. Əmr veriləndə 1081 dollar idi. Ümumi puldan 8000 dollar ödəmiş, zaminin maaşından 2000 manat tutulmuşdur. Bank işçiləri ilə danışmış, hər ay 100 manat ödəyir. Ayda 100 manata imkanı çatır, onu da ödəyir. O, milli manatla pul almış, dollarla yazılmışdır. Dollar 105 manat olanda 2-3 ay ödəniş etmişdir. Prezidentin fərmanının təsiri altına düşür. O, ömrü boyu banka pul ödəməli deyil ki, belə haqsızlıq olmaz. Uşağı xəstə olduğu üçün bankdan pul götürmüşdür. Sonda cavabdeh məhkəmədən faizlərin silinməsini və zaminliyə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, o, kredit müqaviləsi üzrə zamindir və borcun ona heç bir adiyyəti yoxdur. Sonra Şaiqlə birlikdə banka getmiş və bankdan onlara borcun 5700 manat olmasını bildirmişlər. Bankda olarkən cənab prezidentin sərəncamının onlara təqdim edilməsini xahiş etsələr də, onlara sərəncamının təsiri altına düşmədiklərini bildirmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş» Nikoyl” İKB ASC-yə (indiki "xxxx"ASC) ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 27-M-1-0-158-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışıdan görünür ki, cavabdehin banka 8980 ABŞ dolları əsas, 1101ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları borcu vardır. İş materiallaırnda olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(034)- 752/2015 saylı məhkəmə əmri ilə kreditorun tələbi təmin edilmiş, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8980 ABŞ dolları əsas,1101 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları (ödənildiyi gün manatla ekvivalentində) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" X2 verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi cavabdehin banka kreditin bitmə tarixinə, yəni xx.xx.2016-cı il tarixə 8915.1 ABŞ dolları əsas, 2272.52 ABŞ dolları faiz borcu vardır. İş materillarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli 9/4340 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 27-M-1-0-158-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 19 sentyabr 2016-cı il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 11.486,63 ABŞ dolları məbləğində müəyyən olunur. O, cümlədən 19 sentyabr 2016-cı il tarixə əsas borc 8.801,61 ABŞ dolları, faiz borc isə 2.685,02 ABŞ dolları təşkil edir. İş materillarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 9/6497 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ’’Borcalan” Cavabdeh1 tərəfindən "xxxx" İKB ASC-dən (İddiaçı ASC) alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir:xx.xx.2015-ci il tarixə əsas kredit borcu üzrə 8.866,31 ABŞ dolları, faiz borcu üzrə 13,79 ABŞ dolları,xx.xx.2016-cı il tarixə (müqavilə müdədti qüvvvədə olduğu tarixədək) əsas kredit borcu üzrə 8.866,31 ABŞ dolları, faiz borcu üzrə 2.624,75 ABŞ dollarıdır. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixdən sonrakı dövrdə ümumilikdə 4.081,90 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 3.964,40 ABŞ dolları əsas borcdan, 117,50 ABŞ dolları isə faiz borcundan silinir.Belə olan halda Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27-M-1-0-158-14 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh1 "xxxx" İKB ASC-yə (İddiaçı ASC-yə) olan borcu aşağıdakı kimi müəyyən olunur:əsas borc üzrə 4.901,91 ABŞ dolları, faiz borc üzrə isə 4.495.08 ABŞ dollarıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka olan borcu 4656.97 ABŞ dolları əsas, faiz borc üzrə qalıq məbləğ 6604.76 ABŞ dolları, cərimə borcu üzrə qalıq məbləği 8044.46 ABŞ dolları, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 2166.15 ABŞ dolları olmaqla, cəmi 21.472,34 ABŞ dolları, kreditin bitmə tarixinə, yəni xx.xx.2016-cı il tarixə əsas borc üzrə qalıq məbləği 8915.1 ABŞ dolları əsas, faiz üzrə qalıq borcu isə 2272,52 ABŞ dolları təşkil edir. İş materillarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2023-cü il tarixli 9/1793 nömrəli rəyindən görünür ki, birinci sual üzrə reyin tədqiqat hissəsində göstərildiyi kimi, ’’Borcalan” Cavabdeh1 boclu tərəfindən "xxxx" İKB ASC-dən (İddiaçı ASC) alınmış kredit vəsaiti üzrə xx.xx.2016-cı il tarixdən sonra cavabdeh tərəfindən borc üzrə edilmiş ödənişlərin faiz borcuna silinmə məbləği 117,50 ABŞ dolları təşkil edir. İkinci sual üzrə reyin tədqiqat hissəsində göstərildiyi kimi, xx.xx.2014-cü il arixli kredit müqaviləsinin icra müddəti bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan müdədt üçün ödənilmiş əsas borca hesablanmış 5 faiz məbləği 1.987,83 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.20234-cü il tarixə olan maliyyə arayışından görünür ki, cavabdehin banka əsas borc üzrə qalıq məbləği 4421.94 ABŞ dolları, faiz borc üzrə qalıq məbləği 6604.76 ABŞ dolları, cərimə borcu üzrə qalıq məbləği 8044,46 ABŞ dolları, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 2283.4 ABŞ dolları olmaqla, cəmi 21.354.56 ABŞ dolları, kreditin bitmə tarixinə, yəni xx.xx.2016-cı il tarixə əsas borc üzrə qalıq məbləğ 8915,1 ABŞ dollar, kreditin bitmə tarixinə faiz borcu üzrə qalıq 2272,52 manat təşkil edir. İş materiallarında olan və "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli KBD 7972 nömrəli məktubla məhkəəmyə müraciət edərək, bildirmişdir ki, mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən əsas borcdan 3169.34 ABŞ dolları silinmişdir. Hal-hazırda 25 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı ASC-nə olan ABŞ dolları 4833.2 əsas borcu, 6604.76 ABŞ dolları faiz borcu, 8044.46 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2016cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1971.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 21453.92 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Respublikadakı bütün banklarda kredit borcunun qalıq məbləğinin reslrukturizasiya prossesi artıq yekunlaşmışdır. Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ”Nikoyl” İKB ASC (İddiaçıASC) borclular Cavabdeh1 və X7 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 2(034)-752/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8980 ABŞ dolları əsas borc və 1101 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları borcun tutularaq "xxxx" İKB ASC-yə (indiki İddiaçıASC) ödənilməsi əmr edilmişdir .Cavabdehlər Cavabdeh1 və Gülüşov X6 Rayon Məhkəməsinin 2(034)-752/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə etiraz vermiş, onların etirazı təmin edlmiş, məhkəmənin 2(034)-752/2015 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-752/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrini ləğv edilmiş mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. İddiaçı daha sonra iddia tələbinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlərin hazırda iddiaçıya xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4833.20 ABŞ dolları əsas, 6604.76 ABŞ dolları faiz, 8044.46 ABŞ dolları cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1971.50 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 21.453.92 ABŞ dolları borcu olmasını və həmin borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.Məhkəmə araşdırması zamanı cavabdehlər götürdükləri kredit borcunun Prezidentin fərmanın təsiri altına düşdüklərini bildirmiş, lakin bank isə fərmanının onlara tətbiq edilməsindən imtina etməsini bildirmiş, məhkəmə tərəfindən həmin məsələ ilə bağlı banka sorğu verilmiş və bank cavab məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən əsas borcdan 3169.34 ABŞ dolları silinmiş, hazırda Cavabdeh1 İddiaçı ASC-nə olan ABŞ dolları 4833.2 əsas borcu, 6604.76 ABŞ dolları faiz borcu, 8044.46 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1971.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 21453.92 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Respublikadakı bütün banklarda kredit borcunun qalıq məbləğinin reslrukturizasiya prossesi artıq yekunlaşması bildirilmişdir. Bundan başqa iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, müqavilənin qüvvəsinin bitdiyi vaxtdan sonra iddia verməklə, müqavilənin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün müqavilədə nəzərdə tutulan faizləri tələb etdiyindən və iddiaçının kredit müqaviləsinin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün faizlərin ödənilməsi barədə tələbinin hüquqi əsasının olmadığını,həmçinin tərəflərin bağladıqları kredit müqaviləsinə əsasən iddiaçı (borc verən) krediti cavabdehə (borc alana) xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə verdiyini nəzərə alaraq məhkəmə, faiz borcunun müqavilənin icra müddətinin bitdiyi tarixinə olan məbləğdə təmin edilməsini əsaslı hesab edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1Rəfail oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27-M-1-0-158-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 2624,75 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 8044.46 ABŞ dolları məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 200 ABŞ dolları məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4833.20 ABŞ dolları əsas borc, 2624,75 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1987.83 ABŞ dolları olmaqla, cəmi 9645,78 ABŞ dolları məbləğində borc tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə Cavabdeh2 zaminlik müqaviləsinə xitam verilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 470.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi, "xxxx" İKB (indiki "xxxx"ASC) ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “bank hesab,kredit və zaminlik” müqaviləsinə əsasən Cavabdeh2 kreditin təminatı olaraq zamin kimi öhtəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsinin icra müddəti xx.xx.2016-ci il tarixdə bitmidir.İddiaçı məhkəməyə kredit müqaviləsinin icra müddəti bitməzdən əvvəl xx.xx.2015-ci ildə əmr icraatı qaydasında müraciət etmişdir və Zəngilan Rayon Məhkəməsinin 2(034)-752/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8980 ABŞ dolları əsas borc və 1101 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları borcun tutularaq "xxxx" İKB ASC-yə (indiki "xxxx"ASC) ödənilməsi əmr edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki,zaminlik müqaviləsinə xitam verilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə ərizə verərkən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq 20 manat rüsum ödəmişdir. Məhkəmə əmrindən etiraz verildiyindən və iddia icraatına keçirildiyindən, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, ödənilməli dövlət rüsumu 140 manat müəyyən edilir. Odur ki, iddia qismən təmin edildiyinə görə dövlət rüsumunun 120 manat məbləğində ödənilməmiş hissəsi və cəmi 200 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4833.20 ABŞ dolları əsas borc, 2624,75 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1987.83 ABŞ dolları olmaqla, cəmi 9645,78 ABŞ dolları məbləğində (qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) borc və 20 manat ödənilmiş dövlət rüsmumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 120 manat məbləğində dövlət rüsumu və 200 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-3/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-3/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver