Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-301/2024 24.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı «YapıKredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı «YapıKredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 242.60 manat məbləğində maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı «YapıKredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2021-cı ii tarixli, e-2(034)-581/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. İddiaçı "xxxx" QSC "X1" MMC ilə bağlanmış xx.xx.2016- ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "X1"xxxx"X1 MMC" öz növbəsində cavabdeh bərəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məhkəmə qətnaməsi üzrə ödənimlməmiş pul borcu, o cümlədən ödənilən xx.xx.2022-ci il tarixindəki 225 manat, xx.xx.2022-ci il tarixindəki 450 manat, xx.xx.2023-cü il tarixindəki 225 manat, xx.xx.2023cü il tarixindəki 225 manat, xx.xx.2023-cü il tarixindəki 450 manat, xx.xx.2023-cü il tarixindəki 42.31 manatın geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait "X1" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X2 Azərbaycan» QSC tərəfindən "X1" MMC-yə 242.60 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "X1" MMC-yə cavabdeh (lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 242.60 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış müqavilənin 5 və 6-cı bəndində «Borcverən»-in hüquq və vəzifələri/ Borcalanın hüquq və vəzifələr (öhdəlikləri)ndə qeyd edilmişdir ki, «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı "Borcverənın" çəkdiyi və\və ya çəkməli olduğu bütün xərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə "Borcverənin" əldən çıxmış faydasını ödəmək.iddia tələblərini bir iddia ərizəsində birləşdirməklə bağlı isə onu qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü ii qərarında isə qeyd olunur ki, iddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2020ci il tarixli müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə 19.9% dərəcəsi olmaqla 1500 manat istehlak yönümlü kredit verilmişdir. İş materiallarında olan " X1 " MMC ilə YapıKredi Bank Azərbaycan» QSC arasında xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" QSC ilə "X1" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən son tarix xx.xx.2023-cü il tarixinə 1617.31 manat “X1 " MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də "xxxx" QSC tərəfindən «X1 " MMC-yə 242.60 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin e-2(034)-581/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1395,48 manat əsas, 145,98 manat faiz, 42.45 manat cərimə borcu olmaqla, cəmi 1583,91 manat borcun, 3.40 manat poçt xərci və 30 manat dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmənin qətnaməsi ilə ərizə təmin edilmiş. Cavabdeh 1395,48 manat əsas, 145,98 manat faiz, 42.45 manat cərimə borcu olmaqla, cəmi 1583,91 manat borc, 3.40 manat poçt xərci və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə əərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh 242.60 manat məbləğində maddi zərər tutularaq iddiaçı “X2 Azərbaycan” QSC xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 242.60 manat məbləğində maddi zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-301/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-301/2024
24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver