Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-302/2024 08.07.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Cavabdeh qarşı «təbiətə dəymiş 18.284,08 manat məbləğində ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında X1 Xidməti Cavabdeh qarşı «təbiətə dəymiş 18.284,08 manat məbləğində ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan nəticəsində hesablanmış məbləğ üzrə ödənilməmiş 18.284,08 manat pulun tutularaq Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-37/2021 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 247-ci və 308.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci və 64.4-cü maddələrinə əsasən ona təyin edilən cəzalar qismən toplanmış və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Cavabdeh xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının keçmiş Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti Kommersiya X5 Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisi olmaqla, həmin tarixdən müəssisəyə faktiki rəhbərlik edərək Cəmiyyət üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 aprel 2006-cı il tarixli, 093 nömrəli sərəncamı əsasında mişardaşı istehsal etmək məqsədi iiə “Güzdək” əhəngdaşı yatağında dövlət mülkiyyətində oian 17 sayiı “Quzu qıran” qış otlaq sahəsindən X3 İcarə qaydasında ayrılmış 3,5 ha torpaq sahəsinin 1 hektarını sonuncu ilə aralarında bağlanmış 14 yanvar 2012-ci il tarixli müqavilə əsasında icarəyə götürüb 2013-cü ilin yay aylarından 24 avqust 2018-ci il tarixədək olan müddətdə həmin torpaq sahəsində lisenziya və “dağ mədən ayırması” aktı almadan qanunsuz dağ mədən qazma işləri aparmaqla 3024 m3 əhəngdaşı istehsal edib mişardaşı məhsulu kimi sataraq dövlətə və təbiətə xeyli miqdarda olmaqla, 23284,8 manat məbləğində ziyan vuraraq, yerin təkindən faktiki istifadə etməklə, istismar etdiyi həmin obyektdə təbiəti mühafizə üzrə cavabdeh şəxs kimi ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərini yerinə yetirməli olduğu halda, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu, 21 -ci və 46-cı maddələrində nəzərdə tutulmuş yerin təkindən istifadə üzrə standartlara (normativlərə, qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi,yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, eləcə də, “Ətraf mühitin mühafizəsi” 8 iyun 1999-cu il tarixli, 678–İQ nömrəli Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən müəssisənin, qurğular və obyektlərin və ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş, bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilməli olduğu halda qanunvericiliyin həmin tələblərini yerinə yetirməyərək dövlətin və cəmiyyətin qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Cinayət işi üzrə materiallarda olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 379/Ü nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən aparılmış monitorinq nəticəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixii rəydən görünür ki, "xxxx" MMC-nin təsisçisi Cavabdeh xx.xx.2012-ci ildə icarə müqaviləsi əsasında “Güzdək” əhəngdaşı yatağında mişardaşı istehsal etmək üçün 1 ha torpaq sahəsini icarəyə götürüb 2013-cü ilin yay aylarından 2018-ci ilin avqust ayına kimi istismar işləri aparmış və istismar müddəti zamanı karxana fəaliyyəti göstərməyə icazə verən yerin təkindən istifadəyə dair sənədlər-dağ mədən ayırma aktı olmadan fəaliyyət göstərmiş, ekoloji ekspertiza rəyi, ekoloji pasport və dağ mədən işlərinin inkişaf planı olmamış və nəticədə bərpası mümkün olmayan texnogen relyef yaranmış, faydalı qazıntıları çıxarmaq üçün səmərəli effektliyə maiik üsulları və işlənmə sistemləri tətbiq etmədən faydalı qazıntının normadan artıq itkisinə, kasadlanmasına və keyfiyyətinin aşağı düşməsinə yol vermiş, yerin təkindən istifadə zamanı texnoloji tullantıları toplamaq üçün tullantı anbarları təşkil etməmiş, texnoloji tullantıların həcmi normadan artıq olmuş, torpaq sahələrinin dağ-texniki rekultivasiyasını aparmamış, atmosferdə azot oksidlərinin 1 m3 havada qəbul edilmiş hədd norması 6 mq təşkil etdiyi halda, karxanada monitorinq zamanı bu normanın 120 mq olması müəyyən edilmiş, atmosferin həddindən artıq çirklənməsi və təbiətə ağır ziyan vurulmaqla, ətraf mühitin mühafizəsi qaydaiarı pozulmuşdur. Həmçinin cinayət işi üzrə materiallarda olan məhkəmə mühəndis texniki ekspertizasının 12.2020-ci il tarixili, 1771 nömrəli və kompleks məhkəmə texniki və məhkəmə mühasibathq ekspertizasının xx.xx.2020-ci il tarixli 4103/04 nömrəli rəylərindən görünür ki, dağ-mədən, dağ və buruq qazmaların aparılması üçün lisenziya, dağ-mədən ayırması aktı, eləcə də digər ekoloji sənədləri olmadan Abşeron rayonunun ərazisində “Güzdək” əhəngdaşı yatağında mişardaşı istehsalı ilə məşğul olduğuna görə "xxxx" MMC-nin rəhbəri Cavabdeh tərəfindən “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 9-10-cu, 21-ci, 41-ci və 46-cı maddələrinin və “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2-ci və 1.5-ci bəndlərinin tələbləri pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-37/2Q21 nömrəli hökmü ilə təqsirləndiriiən şəxs Cavabdeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək dövlətə və təbiətə vurulmuş 23.284,8 manat ziyandan 5000 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən faydalı qazıntı yatağının qanunsuz işlənməsi nəticəsində hesablanmış ziyan məbləği üzrə ödənilməmiş 18.284,8 manat məbləğin Cavabdeh tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-37/2021 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 247-ci və 308.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci və 66.4-cü maddələrinə əsasən ona təyin edilən cəzalar qismən toplanmış və üzərində qəti olaraq 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Cavabdeh xx.xx.2010cu il tarixdə Azərbaycan Respublikasının keçmiş Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti Kommersiya X5 Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış "xxxx"MMC-nin təsisçisi olmaqla, həmin tarixdən müəssisəyə faktiki rəhbərlik edərək cəmiyyət üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 aprel 2006-cı il tarixli, 093 nömrəli sərəncamı əsasında mişardaşı istehsal etmək məqsədi ilə “Güzdək” əhəngdaşı yatağında dövlət mülkiyyətində olan 17 saylı “Quzu qıran” qış otlaq sahəsindən X3 icarə qaydasında ayrılmış 3.5 ha torpaq sahəsinin 1 hektarını sonuncu ilə aralarında bağlanmış 14 yanvar 2012-ci il tarixli müqavilə əsasında icarəyə götürüb 2013-cü ilin yay aylarından 24 avqust 2018-ci il tarixədək olan müddətdə həmin torpaq sahəsində lisenziya və “dağ mədən ayırması” aktı almadan qanunsuz dağ mədən qazma işləri aparmaqla 3024 m əhəngdaşı istehsal edib mişardaşı məhsulu kimi sataraq dövlətə və təbiətə xeyli miqdarda olmaqla, 23284,8 manat məbləğində ziyan vuraraq, yerin təkindən faktiki istifadə etməklə istismar etdiyi həmin obyektdə təbiəti mühafizə üzrə cavabdeh şəxs kimi ətraf mühtin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərini yerinə yetirməli olduğu halda “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu,10-cu,21-ci və 46-cı maddələrində nəzərdə tutulmuş yerin təkindən istifadə üzrə standartlara riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə,keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, eləcə də “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun1999-cu il tarixli ,678-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə əsasən müəssisənin, qyrğular və obyektlərin istismarışətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş,bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilməli olduğu halda qanunvericiliyin həmin tələblərini yerinə yetirməyərək dövlətin və cəmiyyətin qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Cavabdeh 23.284.8 manat ziyandan 5000 manat ödəniş etmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, izahatında bildirmişdir ki, «Kəpəz-Ağbulaq” MMC-nin təsis edərək 2013-cü il tarixdən karxana fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmiş, 100 faizlik payla MMC-nin təsisçisi olsa da, müəssisənin direktoru həyat yoldaşı X4 olmuşdur. Yoldaşı direktor olsa da faktiki olaraq bütün işlərə rəhbərlik və nəzarət onun tərəfindən həyata keçirilmiş, MMC 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və müəssisəyə verilmişdir. Karxana fəaliyyəti ilə məşğul olmaq üçün “Güzdək“ əhəngdaşı yatağında yerləşən Bəhram Məlikov adlı şəxsə məxsus 3.5 hektar torpaq sahəsinin 1 ha sahəsini istismar etmək üçün icarəyə götürmüş, karxana sahəsini icarəyə götürdükdən sonra 2013-cü ilin yanvar ayından başlayaraq ərazidə təmizlik işləri aparmış, 2013-cü ilin yay aylarından fəaliyyətə başlamaq üçün ehtiyyat hissələri alaraq 1 ədəd kombayn və 1 ədəd şırımaçan maşın düzəltdirmişdir. Bu işlə bağlı cinayət işi açılmış, barəsində hökm var, ona 2 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. 23.284.8 manat ziyandan 5000 manat ödəniş etmişdir. Sonda cavabdeh məhkəmədən məsələnin həllini məhkəmənin mülahihzəsinə verdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-37/2012 nömrəli, xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Yusif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Cavabdeh Yusif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Cavabdeh Yusif oğluna təyin edilən cəzalar qismən toplanılsın və üzərində qəti olaraq, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 238.3-cü madədsinin tələbinə görə əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının keçmiş Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti Kommersiya X5 Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisi olmaqla, həmin tarixdən müəssisəyə faktiki rəhbərlik edərək Cəmiyyət üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 aprel 2006-cı il tarixli, 093 nömrəli sərəncamı əsasında mişardaşı istehsal etmək məqsədi ilə “Güzdək” əhəngdaşı yatağında dövlət mülkiyyətində olan 17 saylı “Quzu qıran” qış otlaq sahəsindən X3 icarə qaydasında ayrılmış 3,5 ha torpaq sahəsinin 1 hektarını sonuncu ilə aralarında bağlanmış 14 yanvar 2012-ci il tarixli müqavilə əsasında icarəyə götürüb 2013-cü ilin yay aylarından 24 avqust 2018-ci il tarixədək olan müddətdə həmin torpaq sahəsində lisenziya və “dağ mədən ayırması” aktı almadan qanunsuz dağ mədən qazma işləri aparmaqla 3024 m3 əhəngdaşı istehsal edib mişardaşı məhsulu kimi sataraq dövlətə və təbiətə xeyli miqdarda olmaqla, 23.284,8 manat məbləğində ziyan vuraraq, yerin təkindən faktiki istifadə etməklə, istismar etdiyi həmin obyektdə təbiəti mühafizə üzrə cavabdeh şəxs kimi ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərini yerinə yetirməli olduğu halda, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu, 21 -ci və 46-cı maddələrində nəzərdə tutulmuş yerin təkindən istifadə üzrə standartlara (normativlərə, qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi,yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, eləcə də, “Ətraf mühitin mühafizəsi” 8 iyun 1999-cu il tarixli, 678–İQ nömrəli Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən müəssisənin, qurğular və obyektlərin və ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş, bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilməli olduğu halda qanunvericiliyin həmin tələblərini yerinə yetirməyərək dövlətin və cəmiyyətin qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.Cavabdeh törətdiyi cinayət əməlinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-37/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 247-ci və 308.1 -ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci və 64.4-cü maddələrinə əsasən ona təyin edilən cəzalar qismən toplanmış və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Cavabdeh dövlətə və təbiətə vurulmuş 23.284,8 manat ziyandan 5000 manat ödəniş etmiş, hazırda onun ödənilməmiş 18.284,8 manat məbləğində borcu qalmışdır. İddiaçı həmin ödənilməmiş 18.284,08 manat məbləği cavabdehdən tələb edir. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 18.284,08 manat məbləğində maddi ziyan tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 18.284,08 manat məbləğində maddi ziyan tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-302/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-302/2024
08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver