Məhkəmə qərarları › İş №2(034)-315/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-315/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-315/2021 13.07.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19.03.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 27126.79 manat məbləğində kredit borcu, 4401.32 manat məbləğində faiz borcu və 11346.88 manat məbləğində cərimə borcu olmaqla, cəmi 42874 (qırx iki min səkkiz yüz yetmiş dörd) manat 99 (doxsan doqquz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun, 120 (yüz iyirmi) manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında ümumi sahəsi 149.2 kv.m olan xüsusi mülkiyyətli qeyri- yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 42874 (qırx iki min səkkiz yüz yetmiş dörd) manat 99 (doxsan doqquz) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında ümumi sahəsi 149.2 kv.m olan xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 19.03.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 27126.79 manat məbləğində kredit borcu, 4401.32 manat məbləğində faiz borcu və 11346.88 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 42874 (qırx iki min səkkiz yüz yetmiş dörd) manat 99 (doxsan doqquz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında ümumi sahəsi 149.2 kv.m olan xüsusi mülkiyyətli qeyri- yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 42874 (qırx iki min səkkiz yüz yetmiş dörd) manat 99 (doxsan doqquz) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması,Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında ümumi sahəsi 149.2 kv.m olan xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.03.2019-cu il tarixli 5L**********49 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur.Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC bağladığı 19.03.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 manat məbləğində kredit götürmüşdür.Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla əməli olduğu vəsaitləri 21.01.2020-ci il tarixdən banka qaytarmamışdır.Cavabdeh1 götürdüyü kredit borcundan 12873.21 manat ödəmiş, onun 27.126,79 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə m ü ə y y ə n olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu saitləri kreditora qaytarmadığı üçün 02.03.2021-ci il tarixə 406 gün üçün hesablanmış faiz borcu 31.32 manat təşkil edir.Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona rsablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 02.03.2021-ci il tarixə 406 gün üçün hesablanmış cərimə 11346.88 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan . ıfıc olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasım təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsisən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 səndi nə əsasən yuxanda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin eras: üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır ə uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini era etməlidir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin enək məqsədi ilə cavabdeh- ipoteka qoyan və əsas borclu Cavabdeh1 və Bank arasında bağlanılmış 19.03.2019-cu il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında ümumi sahəsi 1 kv.m olan xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 1 nömrəli reyestr kitabımın 177 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışla Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında ümumi 149,2 kv.m olan xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü ecllməsi qeydiyyata alınmışdır.ipoteka qoyanın arvadı Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanda yerləşən ümumi sahəsi 149.2 kv.m olan xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsi “Access Bank» QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəssmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. Sonda iddiaçının nümayəndəsi qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianı təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etdiyini, bankdan 40000 manat pul götürdüyünü,lakin pandemiya dövrü olduğundan obyekti işləmədiyinə görə ödənişlər edə bilmədiyini, hazırda həmin krediti ödəməyə imkanının olmadığını,bank ilə razılığa gəlmək üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.03.2019-cu il tarixli 5L**********49 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC bağladığı 19.03.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 19.03.2019-cu il tarixli 005M**********01nömrəli ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında ümumi sahəsi 1 kv.m olan xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışından göründüyü kimi Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində 25.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışından göründüyü kimi Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı QSC qarşısında 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətin 2 saylı Ərazi İdarəsinin 23.02.2021-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanının yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabehin banka 27.126,79 manat əsas, 4401,32 manat faiz, 11.346,88 manat cərimə borcu olmaqla, 42874,99 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 notarial qayda təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə və ya onun hərhansı bir filialına kreditin təminatı üçün ipoteka (girov) qoyulmasına razıdır, ipotekaya (girova) qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qtənaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 741-ci maddəsinə əsasən «Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir». Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Məhkəmə iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girov ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə isə girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 317-ci maddəsinə əsasən «Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414–416-cı maddələrinə uyğun olaraq həyata keçirilir». Beləliklə, iddiaçı MM-nin yuxarıda qeyd olunan, habelə 319, 414 – 416-cı maddələrində əsasən cavabdehin ipoteka predmeti olan əmlakının açıq hərracdan satılmasını tələb edə bilər. İddiaçı X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsinə tutima yönəldikdə və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə isə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə həmin tələblə bağlı qeyd edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27126.79 manat məbləğində kredit borcu, 4401.32 manat məbləğində faiz borcu və 11346.88 manat məbləğində cərimə borcu olmaqla, cəmi 42874,99 (qırx iki min səkkiz yüz yetmiş dörd manat, 99 doxsan doqquz qəpik) məbləğində pul İddiaçı X4 xeyrinə tutulmalı; tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən tutma ipoteka predmetinə yönəldilərək, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərrcada satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılmalı və satışdan əldə olunan vəsait hesabana cavabdehin banka olan borcu ödənilməli, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılmalı və alıcıya təhvil verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 10 manat, 120 manat isə xidmət haqqı ödənilmişdir. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 10 manat, 120 manat isə xidmət haqqı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27126.79 manat məbləğində kredit borcu, 4401.32 manat məbləğində faiz borcu və 11346.88 manat məbləğində cərimə borcu olmaqla, cəmi 42874,99 (qırx iki min səkkiz yüz yetmiş dörd manat, 99 doxsan doqquz qəpik) məbləğində pul, 40 manat ödənilmiş dövlət rüsumu və 120 manat xidmət haqqı iddiaçı AccessBank» X4 xeyrinə tutulsun. Tutma ipoteka predmetinə yönəldilməklə Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərrcada satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılsın və satışından əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh1 banka olan borcu ödənilsin. İddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti Cavabdeh1 qaytarılsın. Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılsın və alıcıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar