Məhkəmə qərarları › İş №2(034)-329/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-329/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-329/2021 13.07.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22.08.2014 il tarixli kredit müqaviləsi üzrə 11632.92 ABŞ dolları əsas borc, 8868.27 ABŞ dolları faiz borcu, 18407 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 22.08.2016-cı il tarixdən-16.04.2021 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 2723.3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 41632.19 ABŞ dolları borcun və 30 (otu) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.08.2014 il tarixli kredit müqaviləsinə əsasən o, bankdan illik 22 faizlə 24 ay müddətinə 12700 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 22.08.2014 il tarixli zaminlik müqaviləsi bağlanmışdır, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.16.04.2021-ci ilədək Cavabdeh1 banka 22.08.2014 il tarixli kredit müqaviləsi üzrə 11632.92 ABŞ dolları əsas borc, 8868.27 ABŞ dolları faiz borcu,18407.7 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 22.08.2016-ci il tarixdən, 16.04.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 2723.3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 41632.19 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştrak edən Cavabdeh1 nümayəndəsi X4 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, cavabdeh bankdan illik 22 faiz olmaq şərti ilə 24 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit götürmüşdür.Borcdan hər ay hissə-hissə ödənişlər etmişlər. Evləri yandığından və maddi vəziyyətləri pis olduğundan ödənişlərdə müəyyən gecikmələr olmuşdur. Bank tərəfindən hesablanmış əsas borcla razıdır. Lakin faiz və cərimə borcu ilə razı deyildir. Sonda cavabdehin nümayəndəsi məhkəmədən onlara kömək olunmasını və borcun silinməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.08.2014 il tarixli kredit müqaviləsinə əsasən o, bankdan illik 22 faizlə 24 ay müddətinə 12700 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 22.08.2014 il tarixli zaminlik müqaviləsi bağlanmışdır, İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin banka 11.632,92 ABŞ dolları əsas, 8868,27 ABŞ dolları faiz, 18.407,7 manat cərimə geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 2723.3 ABŞ dolları faiz borcu olmaqla, cəmi 41632.19 ABŞ dolları borcu vardır. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehlərin üzərinə götürdükləri öhdəliyi lazımınca icra etmədiklərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa məhkəmə qeyd edir ki, MM-nin 399.4-cü madəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər.Odur ki, məhkəmə hesab edir ki, iddiaçı faiz borcunu kredit müqaviləsinin bitdiyi 22.08.2016-cı il tarixinə olan məbləğdə tələb etmək hüququna malikdir. İş materiallarına əlavə olan 16.04.2021-ci il tarixli arayışdan göründüyü kimi cavabdehin ödəniş cədvəli üzrə (kredit müqaviləsinin bitdiyi 22.08.2016-ci il tarixinə) 855,09 ABŞ dolları faiz borcu yaranmışdır. Odur ki, məhkəmə faiz borcunu 855,09 ABŞ dolları məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə iddiaçının kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənilməmiş əsas borca hesablanan illik 5% pulun tutulması ilə bağlı qeyd edir ki, iddiaçının bu tələbi də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflərin bağladıqları kredit müqaviləsinə əsasən iddiaçı krediti cavabdehə 22.08.2016-ci il tarixədək qaytarmaq şərti ilə vermişdir.Cavabdeh üzərinə götürldüyü öhdəlikləri yerin yetirməydi üçün borcun ödəniləmsi ilə bağlı iddiaçı tərfindən cavabdehə sonucu xəbərdarlıq 31.03.2021-ci il tarixdə etmişdir. Lakin, iddiaçı, müqavilənin qüvvəsinin bitdiyi vaxtdan sonra iddia verməklə, müqavilənin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün müqavilədə nəzərdə tutulan faizləri tələb etməklə, qanunvericilikdə nəzərdə tutulan hüquqdan (iddia müddəti) suiistifadə edərək, başqasına ziyan vurmaqla mənfəət əldə etmək məqsədi daşımışdır. Halbuki iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün müəyyən olunmuş müddətdir, yəni iddiaçı müqavilə üzrə yaranan tələb hüququnu iddia müddəti çərçivəsində həyata keçirə bilər. Bu müddətin müəyyən olunması müqavilənin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün müqavilədə nəzərdə tutulan faizlərin hesablanması imkanının verilməsi kimi qiymətləndirilə bilməz. Əks mövqe hüquqdan sui-istifadəyə yol açır. İddiaçının məhkəməyə gec müraciət etməsinin mənfi nəticələrini cavabdeh deyil, iddiaçı daşımalıdır. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 18407,7 ABŞ dolları məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 500 ABŞ dolları məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11.632,92 ABŞ dolları əsas, 855,09 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə ərizə verərkən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq 30 manat rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cavabdeh Muradova X9 rayonundan məcburi köşkündür. Odur ki iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu digər cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11632,92 ABŞ dolları əsas, 855,09 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12988.01 (on iki min doqquz yüz səksən səkkiz dollar bir sent) ABŞ dolları borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh X2 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar