Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-334/2023 07.08.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-305/2019 nömrəli, 19 iyun 2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2017-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı iki uşaqları doğulmuşlar. Ailə qurandan sonra münasibətləri normal olmuş, lakin sonradan bəzi səbəblərdən onların ailə münasibətləri pozulmuşdur. Ailə münasibətləri alınmadığından Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(034)-305/2019 nömrəli qətnaməsi ilə aralarında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaqlar onun himayəsində qalmış və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh alimentdən başqa ona heç bir əlavə maddi yardım etmir. Uşaqlar böyüdükcə onların təlabatları da günü-gündən artır. Uşaqlara baxdığı üçün özü heç bir yerdə işləyə bilmir. Bü günə kimi uşaqların təlabatlarının ödənilməsində ona valideynləri köməklik etmişlər. Hazırkı vəziyyətdə cəmi 320 manat aliment uşaqların heç bir təlabatını ödəmir. Tək qadın olaraq uşaqların təlabatlarını ödəməkdə çox böyük çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, alimentin artırılmasını məhkəmədən xahiş edir. Uşaqları saxlamağa gücü çatmır. Dörd il bundan öncə 2019-cu ildə cavabdehlə boşanmış və hər uşağa görə 160 manat aliment təyin olunmuşdur. İki övladı var. Övladları 6 və 5 yaşlarındadır. Toplam 320 manat aliment alır. Onlar boşanan zaman cavabdeh santexnik işləmişdir. Hal-hazırda da işləyir, amma aliment verməməyə görə rəsmi iş yeri yoxdur. Onlar ailəli olan zaman cavabdeh 3500 manat maaş alırdı. Cavabdehin iş yeri Nərimanovdadır. Uşaqları balaca olduğu üçün onları qoyub işləyə bilmir. O, Binəqədidə valdeyinləri ilə yaşayır. Hal-hazırda da uşaqlarının saxlanılmasına valdeyinləri köməklik edir. 160 manat aliment uşaqları saxlamağa bəs etmir. Uşaqlardan biri 1-ci sinifə, o biri də məktəbə qədər hazırlığa gedir, bununla yanaşı böyük qızının gözündə çəplik var, buda müalicə tələb edir. Alimentin 400 manatdan yuxarı olmasını xahiş edir. Onlar ailəli olan zamanda cavabdehin maaş kartı dostunun adına olmuşdur. Cavabdehin 2100 manat aliment borcu var. Cavabdeh acığa düşüb aliment vermir. Cavabdeh icrada rəis ilə kobud danışdığı üçün 1 sutkalıq həbs olunmuşdur. Uşaqları ilə cavabdeh maraqlanmır. Böyük qızı atasına bağlı olduğu üçün yığır ki, gəl uşağı gör, deyir uşaqlar ona lazım deyildir. Boşanmaq üçün məhkəməyə o, müraciət etdiyi üçün aliment verməyəcəyini deyir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(034)-305/2019 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, tərəflərin birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-cu il təvəllüdlü X3 analarının yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında olan nikh xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq olunmuş surətlərndən görünür ki, tərəflər xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Həsənli X4 rayonundan məcburi köçkündür. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/16-00865 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. -Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-cu il təvəllüdlü X3 adlı iki uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmiş, uşaqlar ananın yanında saxlanılmış və uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. İddiaçı hazırda alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlə birgə nikahlarından olan uşaqların saxlanması üçün ödənilən cəmi 320 manat məbləğində aliment uşaqların heç bir təlabatını ödəmir. Uşaqlar böyüdükcə onların maddi təlabatları günü-gündən artır. Cavabdeh alimentdən başqa ona heç bir əlavə maddi yardım etmir. Uşaqlara baxdığı üçün özü heç bir yerdə işləyə bilmir. Bü günə kimi uşaqların təlabatlarının ödənilməsində ona valideynləri köməklik etmişlər. Tək qadın olaraq uşaqların təlabatlarını ödəməkdə çox böyük çətinlik çəkir. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahdan olan uşaqlarını və cavabdehin gəlirlərinin dəyişkən olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-305/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin hər ay hər uşağa 190 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən tələbi təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-305/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 190 manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-334/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-334/2023
07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver