Məhkəmə qərarları › İş №2(034)-337/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-337/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-337/2021 01.06.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Salahova Şahnaz Səməd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «xxxx» Kommersiya Bankının Cavabdeh qarşı «kredit borcunun qaytarılması tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «xxxx» Kommersiya Bankı Cavabdeh qarşı «kredit borcunun qaytarılması tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 21.05.2015-ci il tarixli 100/03/107962/15 saylı kredit müqaviləsi üzrə 3501,17 (üç min beş yüz manat on yeddi qəpik) manat əsas, 1289,42 (min iki yüz səksən doqquz, qırx iki) manat faiz, 1491,31 (min dörd yüz doxsan bir, otuz bir) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 498,33 (dörd yüz doxsan səkkiz manat, otuz üç qəpik) manat faiz borcu pulun və 30 (otuz) manat ödənilmiş dövət rüsmunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı «xxxx» X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21.05.2015-ci il tarixli 100/03/107962/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Lakin cavabheh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində də onun banka 3501,17 (üç min beş yüz manat on yeddi qəpik) manat əsas, 1289,42 (min iki yüz səksən doqquz, qırx iki) manat faiz, 1491,31 (min dörd yüz doxsan bir, otuz bir) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 498,33 (dörd yüz doxsan səkkiz manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 6780.23 (altı min yeddi yüz səksən manat, iyirmi üç qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı edilmiş xəbərdarlıqlar heç bir nəticəsini verməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, bank ilə aralarında bağlanmış 21.05.2015-ci il tarixli 100/03/107962/15 saylı kredit müqaviləsinə əsasən illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür.O əvvəllər banka ödənişlər etmişdir.Lakin sonra işdən çıxdığı üçün ödənişləri edə bilməmişdir. Borcun hamısını birdəfəlik ödəməyə onun imkanı yoxdur. Məhkəmədən cərimənin çox hesablandığını bildirərək cərimənin silinməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı «xxxx» X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21.05.2015-ci il tarixli 100/03/107962/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin Banka 3501,17 (üç min beş yüz manat on yeddi qəpik) manat əsas, 1289,42 (min iki yüz səksən doqquz, qırx iki) manat faiz, 1491,31 (min dörd yüz doxsan bir, otuz bir) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 498,33 (dörd yüz doxsan səkkiz manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 6780.23 (altı min yeddi yüz səksən manat, iyirmi üç qəpik) manat məbləğində borcu vardır. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, MM-nin 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddiaçının məhkəməyə gec müraciət etməsinin mənfi nəticələrini cavabdeh deyil, iddiaçı daşımalıdır.İddiaçı kredit müqaviləsinin icra müddəti 21.05.2018-ci ildə bitməsinə baxmayaraq məhkəməyə 29.04.2021-ci il tarixdə müraciət etmişdir.Məhz buna görə də iddiaçının müqavilənin icra müddəti bitdikdən sonra əsas borca hesablanmış 5% faiz borcu olan 498.33 manat cavabdehdən tutulması barədə tələbi təmin edilməməlidir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 1491,31 (min dörd yüz doxsan bir, otuz bir) manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 500 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 3501,17 manat əsas, 1289,42 manat faiz, 500 manat cərimə borcu olmaqla, cəmi 5290.59 manat borc İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «xxxx» Kommersiya Bankının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3501,17 (üç min beş yüz manat on yeddi qəpik) manat əsas, 1289,42 (min iki yüz səksən doqquz, qırx iki) manat faiz, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 5290.59 (beş min iki yüz doxsan manat əlli doqquz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsmu iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «xxxx» Kommersiya Bankının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar