Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-337/2024 27.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3400 manat əsas məbləğ, 1500 manat vurulmuş maddi ziyan, ödənilmiş 70 manat dövlət rüsumu olmaqla, cəmi 4970 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun şəxsi avtomobilində olan təmir işləri ilə bağlı ona 3400 manat məbləğində ziyan vurmuşdur. Mülkiyyətində olan **- KU-*** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobilini Cavabdeh təhvil vermiş, o da qeyd olunan avtomobilində müəyyən təmir işləri aparmalı idi. Lakin, nəyinki təmir işlərini aparmış, hətta ona xeyli ziyan vurmuşdur. Avtomobil 8 ay müddətində cavabdehdə yağışın, qarın altında qalmış və bu zaman avtomobilin akkumlyatoru, yağ sistemi, təkərləri tamamilə məhv olmuşdur. Cavabdeh qanunsuz hərəkətləri barəsində 5-ci Polis Bölməsinə müraciət etmişdir. Cavabdeh Polis Bölməsinə gələrək izahat yazmış və yuxarıda qeyd edilən ziyanları vurmasını bildirmişdir. Avtomobilin təmiri ilə bağlı bankdan kredit götürüb Cavabdeh vermişdir. Avtomobili düzəlməmiş, amma qeyd olunan kreditə görə xeyli faiz ödəmişdir. Bundan başqa avtomobilinin yersiz olaraq, cavabdehdə qalması nəticəsində (yağışın və açıq havada) avtomobilin təkərləri və akkumlyatoru tamamilə yararsız hala düşmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh onun şəxsi avtomobilində olan təmir işləri ilə bağlı ona 3400 manat məbləğində ziyan vurmuşdur. Belə ki, mülkiyyətində olan **-KU-*** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobilini Cavabdeh təhvil vermiş, o, da qeyd olunan avtomobilində müəyyən təmir işləri aparmalı idi. Lakin nəyinki təmir işlərini aparmış, hətta ona xeyli ziyan vurmuşdur. Avtomobil 8 ay müddətində cavabdehdə yağışın, qarın altında qalmış və bu zaman avtomobilin akkumlyatoru, yağ sistemi, təkərləri tamamilə məhv olmuşdur. Bununla bağlı o, Cavabdeh qanunsuz hərəkətləri barəsində 5-ci Polis Bölməsinə müraciət etmiş, cavabdeh polis bölməsinə gələrək izahat yazmış və ona qarşı ziyan vurmasını bildirmişdir. Avtomobilinin təmiri ilə bağlı bankdan kredit götürüb Cavabdeh vermişdir. Göründüyü kimi hələ də avtomobili düzəlməmiş, amma o, qeyd olunan kreditə görə xeyli faiz ödəmişdir. Bundan başqa avtomobilin yersiz olaraq cavabdehdə qalması nəticəsində yaşığın və açıq havada avtomobilin təkərləri və akkumlyatoru tamamilə yararsız hala düşmüşdür. Cavabdehlə sonuncu dəfə keçən ilin sentyabr ayında əlaqə saxlamış, ondan sonra zənglərinə cavab verməmişdir. 1620 manat cavabdehə ilkin ödəniş etmiş, cavabdeh 3400 manatı qəbul etmişdir. Cavabdeh polis bölməsində dekabr-yanvar ayında 1000 manat, qalan ödənişləri isə may ayına kimi verəcəyini bildirmişdir. 10 ay maşın avtoservisdə qalmış, ordan maşını götürəndən sonra 1500 manat əlavə xərc etmişdir. Cəlalın tik-tok hesabından maşın təmir işlərini görüb bəyənmiş, gedib görüşmüş, Cəlal onlar bu işi əla şəkildə görməklərini bildimiş, o, da ilkin ödəniş olaraq 1620 manat ödəmişdir. Cavabdeh ona maşını 1 ay ərzində təhvil verəcəyini bildirmiş, 1 ay ərzində gedib cavabdehin maşını bərbad vəziyyətə qoymasını görmüş, cavabdehə ondan şikayət edəcəyini bildirmiş, cavabdeh ona yalvarmağa başlamış, ondan şikayət etməməsini və pulunu qaytaracağını demişdir. Cavabdehlə avqust ayında danışıqları olmuş, gah atasının komaya düşməsini, gah da Şamaxıda yasda olması ilə bağlı müxtəlif bəhanələr gətirmişdir. Sentyabr ayında cavabdehin atası ilə əlaqə saxlamış, cavabdehin atası bildirmişdir ki, o, nə komaya düşmüş, nədə ki, xətəxənada qohumu falan yoxdur və oğlu onu aldatmışdır. Ondan sonra 102-yə müraciət etmiş, onu 5-ci Polis Bölməsinə dəvət etmişlər və orada Amil müəllim ona ərizədə yazdırmışdır. Daha sonra bölmədə ona oktyabr-noyabr ayı ərzində işə baxılacağını bildirmişlər. Noyabr ayında görmüşdür ki, bölmədə işinə baxılmır və cənab Vilayət Eyvazova müraciət etmişdir. Vilayət Eyvazova etdiyi şikayətindən sonra 5-ci bölmə cavabdehi tapıb gətirmişdir. Bölmədə olarkən bildirmişdir ki, cavabdeh pulunu qaytararsa, şikayət ərizəsini geri götürəcəkdir. Bölmədə olarkən cavabdehə iltizama imza etdirmişlər və cavabdeh 3400 manat pulu ondan almasını etiraf etmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh onun kimi başqa bir şəxsidə aldatmışdır. Maşın sentyabrdan aprelə qədər baxımsız vəziyyətdə qalmışdır və yararsız vəziyyətə düşmüşdür. Maşını təmir etmək üçün cavabdehə verdiyi 3400 manatdan arıq 1500 manatdan çox pul xərcləmiş, yəni akkumulyatoru, maşının yağlarını dəyişdirmişdir. Bankdan avtomobilin alınmasına görə ümumi 10.000 manat pul götürmüş, hər ayda 286 manat banka ödəniş etmişdir. 1000 manatı o,10 ay maşınsız qaldığı üçün mənəvi zərər kimi göstərmişdir. Maşını yenidən təmir etdikdən sonra ustaya ödənişlə bağlı heç bir qəbzi yoxdur. 8 ay müddəində polis maşını götürməyə icazə verməmiş, sübut kimi qalmasını bildirmişdir. Onun maşınını yenidən bərpa edən Emin ustadır. Ustaya zəng edəndə Şamıxada olmasını bildirmiş, amma işlədyi yerə gedəndə isə işdə olmasını görmüşdür. Cavabdeh ona heç bir ödəniş etməmişdir. Sonda iddiaçı məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı uzaq qohumudur. O, maşını pis vəziyyətdə görmüşdür. Ford maşını İddiaçıa aid olmuşdur. Maşın ustaya verilməzdən əvvəl normal vəziyyətdə olmuş, sonradan pis vəziyyətə düşmüşdür. Maşının istifadəsi yararsız hala düşmüşdür. Maşının pis vəziyyətdə olmasını ustaya verilən yerdə qarajda görmüşdür. Maşının buferləri, podnoşkaları yararsız halda olmuşdur. Maşının park radarları belə sökülüb oğurlanmışdır. Tərlan maşınında müəyyən işlər gördürüb dəyişiklik etmək üçün maşını ustaya vermişdir. O, ustanı tanımır. Maşını çıxaranda orda olmuş, şahid kimi imza etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı iş yoldaşı və yaxın dostudur. Usta kimi tanınan Cavabdeh Tərlanı dəfələrlə aldatmışdır. 3 ilə yaxındır ki, iddiaçını tanıyır. Tərlan keçən il iyul ayında maşını xaricdən gətirmişdir. Maşın xaricdən gətirləndə normal vəziyyətdə olmuşdur. Maşın ustaya aparılan zaman o, olmamışdır. Onlar ustaya zəng etmiş, onlara bildirmişdir ki, rayondadır, amma işlədiyi yerə getdikdə ustanın işdə olduğunu görmüş, niyə yalan danışıb onları aldadmasını deyəndə müxtəlif bəhanələr gətirmişdir. Usta hər dəfə yalan vədlərlə Tərlanı aldatmışdır. Onlar usta ilə görüşməyə gedəndə maşın çirkin içərsində qarajda olmuşdur. Usta maşına maddi ziyan vurub baqajını deşmışdir. Maşının buferini usta çıxarmışdır. Usta Tərlandan təmir pulunu alıb maşına heç bir şey etməmişdir. Hal-hazırda maşın təmir üçün başqa ustadadır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və İddiaçı Baş Mütəşəkkil Cinyətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin məzmunundan aydın olur ki, 2023-cü iyul ayında Bakı şəhər Əhməd Rəcəbli küçəsində yerləşən avto təmir yerinə maşın ustası kimi çalışan Cəlal adlı şəxs ondan 1620 manat pul alaraq ** KU *** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobilini təmir edəcəyinə vəd vermiş, lakin təmir etmək əvəzinə avtomobilinə 1800 manat əlavə zərər vurmaqla ona ümumillikdə 3420 manat zərər vurmuşdur. Zərər vurduqdan 6 ay müddət keçdikdən sonra Binəqədi rayon Polis İdarəsinin 5ci Polis Bölməsinin polis mayoru yanında 28 dekabr tarixində Cəlal adlı şəxs iltizam verərək bildirmişdir ki, yanvar ayının ilk beş günündə ziyan vurduğu məbləğin ilk 1000 manatını verəcəyini, qalan 2400 manat olan hissəsini isə may ayının 20-nə qədər tamamlayacağını bildirmiş, verdiyi iltizamdan 3 ay keçməsinə baxmayaraq, verdiyi vədi yerinə yetirməmiş, əlaqəni tam itirmişdir. Avtomobili həmin servisdədir, açarları isə Cəlal adlı ustadadadır. Onunla əlaqə yaratmaq mümkün olmamış və bu məsələ ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli M-3119 nömrəli məktubundan görünür ki, onun ərizəsində göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, İddiaçı vurduğu ziyanla bağlı xx.xx.2024-cü il tarixində 1000 manat, əlavə olaraq hər ayın 20-si 500 manat ödəyəcəyini qeyd etmiş, ümumillikdə vurduğu ziyan 3400 manat təşkil etməsini və may ayının 20-dək vurduğu ziyanın hamısını ödəyəcəyini bildirmişdir. İş materillarına əlavə edilmiş İddiaçı, X5, X3, X1, X10 və X8 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, **-KU-*** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobildə yaranmış texniki problemlərin, Cavabdeh avtomobilin detal və ehtiyyat hissələrinə verdiyi zərərin aradan qaldırılması məqsədi ilə avıtomobilin Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 304-də yerləşən Azərtrans avtotəmir mərkəzinin dayanacağından götürülməsini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli № ******* nömrəli qaimə fakturadan görünür ki, avtomobilin akkumlyatorunun alınması üçün 85 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli seriya GİG/8 № 912864 nömrəli mədaxil qəbzindən görünür ki, 5 l liqumolu 5-30 üçün 145 manat, 7 l karopka yağı üçün 170 manat, 5 l antfris üçün isə 50 manat olmaqla, cəmi 415 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 372980-1-46687№-li kredit müqaviləsinə əsasən bank tərəfindən illik dərəcəsi 16% olmaqla, 48 ay müddətində hər ay 286 manat ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, **-KU-*** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobil iddiaçı X2 mülkiyyətindədir. İddiaçı avtomobilində bəzi təmir işlərinin aparılması üçün özünü usta kimi təqdim etmiş Cavabdeh təhvil vermiş, avtomobil cavabdehə təhvil verilən zaman normal vəziyyətdə olmuş, avtomobilin təmir işləri üçün iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 1620 manat, sonrada hissə-hissə ödəməklə ümumilikdə 3400 manat pul verilmiş, lakin cavabdeh avtmobillə bağlı heç bir təmir işləri aparmamış və nəticədə iddiaçıya 3400 manat məbləğində maddi ziyan vurmuşdur. Avtomobil 8 ay müdddətində cavabdehdə yağışın, qarın altında qalmış, nəticədə avtomobilin akkumlyatoru, yağ sistemi, təkərləri tamamilə məhv olmuşdur. İddiaçı cavabdehin ona qarşı etdiyi qanunsuz hərəkətləri ilə bağlı polis orqanına müraciət etmiş, iddiaçının müraciəti əsasında cavabdehin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində izahatı alınmış və cavabdeh verdiyi izahatında iddiaçıya maddi ziyan vurmasını etiraf etmiş, həmçinin iltizama imza edərək İddiaçı vurduğu ziyanla bağlı xx.xx.2024-cü il tarixində 1000 manat, əlavə olaraq hər ayın 20-si 500 manat ödəyəcəyini, ümumillikdə vurduğu ziyanın 3400 manat təşkil etməsini və may ayının 20-dək vurduğu ziyanın hamısını ödəyəcəyini bildirsə də, cavabdeh bu vədinə əməl etməmiş və iddiaçıya vurduğu maddi ziyanı qaytarmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona vurulan ziyanla bağlı heç bir ödəniş olmamasını bildirmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iştrak etmiş şahidlərdə iddiaçıya məxsus avtomobilin cavabdehə verilməmişdən əvvəl normal vəziyyətdə olmasını və həmin avtomobilin cavabdeh tərəfindən yararsız vəziyyətə salınmasını öz ifadələri ilə təsdiq etmişlər. Araşdırma zamanı o, da məlum olmuşdur ki, iddiaçı cavabdehin onun mülkiyyətində olan **-KU-*** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobilin detal və ehtiyyat hissələrinə verdiyi zərərin aradan qaldırılması məqsədi ilə avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 304-də yerləşən «Azərtrans» avtotəmir mərkəzinin dayanacağından özünün və şahidlərin imzası ilə təsdiq edilmiş akt əsasında götürmüş, iddiaçı tərəfindən avtomobillə bağlı təmir işləri aparılmış, belə ki, avtomobilin akkumlyatorunun alınması üçün №0046850 saylı,xx.xx.2024cü il tarıxli qaimə faktura əsasında 85 manat, №912864 saylı xx.xx.2024-cü il tarixli mədaxil qəbzi əsasında 5 l liqumolu 5-30 üçün 145 manat, 7 l karopka yağı üçün 170 manat, 5 l antfris üçün isə 50 manat olmaqla, cəmi 415 manat olmaqla ümumilikdə 500 manat məbləğində ödəniş etmişdir. Lakin, iddiaçı cavabdehdən tələb etdiyi 1500 manat maddi ziyanın 1000 manatına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə maddi ziyana görə 3900 (3400+500) manat məbləğində pul vəsaiti tutulmalı, iddia ərizəsi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3900 manat məbləğində vurulmuş maddi ziyan və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-337/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-337/2024
27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver